Icma.az
close
up
RU
Pekin və Moskva Tehrana dönük çıxıblar?

Pekin və Moskva Tehrana dönük çıxıblar?

Icma.az, Azvision portalına istinadən məlumat yayır.

AzVision.az xəbər verir ki, Amerikanın “The Atlantic” jurnalının yazdığına görə, illərlə ABŞ-yə qarşı antaqonizmə əsaslanan yaxınlaşmaya baxmayaraq, son hadisələr birbaşa hərbi münaqişəyə gəldikdə anti-Qərb ritorikasının belə ittifaqı möhkəmləndirməkdə aciz olduğunu göstərdi.
“İsrailin ilk zərbəsindən sonra Çin İranın suverenliyinin pozulması ilə bağlı rəsmi bəyanatlarla kifayətləndi. Çinin Xarici İşlər naziri Van İ iyunun 14-də israilli həmkarı ilə söhbətində İsrailin hərəkətlərini pisləmədi. Yalnız dörd gün sonra Çinin sədri Si Cinpin gərginliyi azaltmağa çağırdı və Yaxın Şərqdə sabitliyin bərpasında “konstruktiv rol oynamağa” hazır olduğunu bildirdi”, - nəşr xatırladır.
İran parlamenti Hörmüz boğazının bağlanmasına səs verəndə isə, Çinin Xarici İşlər nazirliyinin sözçüsü regionun qlobal ticarət üçün əhəmiyyətini vurğulayaraq, sabitliyin pozulmasının qarşısını almağa çağırıb ki, bu da Tehrana xəbərdarlıq kimi səslənib.
- Sülh dövründə Çin də Rusiya kimi İrandan Qərbə təzyiq vasitəsi kimi istifadə edir. Lakin hərbi eskalasiya və qlobal sabitliyə təhdidlər bu strategiyanı daha az cəlbedici edir. Pekin İranı dəstəkləmək naminə ABŞ və Avropa İttifaqı (Aİ) ilə iqtisadi və diplomatik əlaqələri qurban verməyə hazır deyil”, - jurnal vurğulayır.
Nəşr bildirir ki, Çin İran neftinin təxminən 90 faizini alır və İranın müdafiə sənayesini təmin edir. Lakin Pekin üçün bu, neft idxalının yalnız 10 faizinə bərabərdir. Çinin iqtisadiyyatı İrandan 40 dəfədən çox böyükdür və Pekin Qərblə əhəmiyyətli dərəcədə daha çox ticari əlaqələrə malikdir.
Jurnal Rusiyanın da Tehranın köməyinə gəlmədiyinə diqqət çəkib. Çin mallarından və Çinə neft ixracından asılı olan Moskva, çətin ki, Pekinin ehtiyatlılığından məmnundur. Rusiya iqtisadiyyatı Çininkindən səkkiz dəfə kiçikdir. Həmçinin, Çin Rusiya neftinin ən böyük alıcısı və Ukrayna ilə müharibəni davam etdirmək üçün lazım olan texnologiya tədarükçüsüdür.
Sahil İsgəndərov
AzVision.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:212
embedMənbə:https://azvision.az
archiveBu xəbər 30 İyun 2025 15:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see452

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see417

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see330

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see311

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see279

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see278

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see270

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see265

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see262

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see254

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see253

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see235

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see220

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see217

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see213

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see210

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see210

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see204

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see202

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri