Moskva regionunda bir gün ərzində 10dan çox yanğın və partlayış törədilib
Icma.az, Report.az portalına istinadən məlumatı açıqlayır.
Telefon dələduzlarının tapşırığı ilə Moskva və eyniadlı vilayətdə son 24 saat ərzində ictimai yerlərdə 10-dan çox bankomat yandırılıb və pirotexniki məmulatlar partladılıb.
“Report” xəbər verir ki, bu barədə TASS-a hüquq-mühafizə orqanlarından bildirilib.
“Son 24 saat ərzində ticarət mərkəzlərində və digər ictimai yerlərdə 10-dan çox bankomat yandırılması, fişəng və petardaların partladılması qeydə alınıb. Pozucular saxlanılıb, bütün hallarda insanlar telefon dələduzlarının tapşırıqları ilə hərəkət ediblər”, – agentliyin həmsöhbəti deyib.
Onun sözlərinə görə, saxlanılanlar arasında çoxlu yaşlı insanlar var.
“Hazırda bu faktlarla bağlı araşdırmalar aparılır, nəticələrinə əsasən qanunvericiliklə nəzərdə tutulmuş qaydada qərar qəbul ediləcək”, – hüquq-mühafizə orqanlarının nümayəndəsi əlavə edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:68
Bu xəbər 22 Dekabr 2024 08:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















