Icma.az
close
up
RU
Moskva regionunda bir gün ərzində 10dan çox yanğın və partlayış törədilib Azərbaycanda özəl xəbərlər, araşdırmalar, təhlillər və müsahibələrin tək ünvanı

Moskva regionunda bir gün ərzində 10dan çox yanğın və partlayış törədilib Azərbaycanda özəl xəbərlər, araşdırmalar, təhlillər və müsahibələrin tək ünvanı

Telefon dələduzlarının tapşırığı ilə Moskva və eyniadlı vilayətdə son 24 saat ərzində ictimai yerlərdə 10-dan çox bankomat yandırılıb və pirotexniki məmulatlar partladılıb.

AZXEBER.COM "Report”a istinadən xəbər verir ki, bu barədə TASS-a hüquq-mühafizə orqanlarından bildirilib.

"Son 24 saat ərzində ticarət mərkəzlərində və digər ictimai yerlərdə 10-dan çox bankomat yandırılması, fişəng və petardaların partladılması qeydə alınıb. Pozucular saxlanılıb, bütün hallarda insanlar telefon dələduzlarının tapşırıqları ilə hərəkət ediblər”, – agentliyin həmsöhbəti deyib.

Onun sözlərinə görə, saxlanılanlar arasında çoxlu yaşlı insanlar var.

"Hazırda bu faktlarla bağlı araşdırmalar aparılır, nəticələrinə əsasən qanunvericiliklə nəzərdə tutulmuş qaydada qərar qəbul ediləcək”, – hüquq-mühafizə orqanlarının nümayəndəsi əlavə edib.

seeBaxış sayı:107
embedMənbə:https://azxeber.com
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri