Moskva Türkiyə Ermənistan münasibətlərinə “daş qoyacaq”
Cebheinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
“Ermənistan-Türkiyə münasibətlərində istiləşmə Türkiyənin regional təsirini gücləndirə və eyni zamanda Ermənistanın Rusiyadan asılılığını qismən azalda bilər.
Lakin bu proses Moskvanın təsiri ilə məhdudlaşacaq”.
“Cebheinfo.az”-ın məlumatına görə, “Stratfor” Araşdırmalar Mərkəzinin məqaləsində belə deyilir.
Analitiklərin fikrincə, son illərdə Ermənistan və Türkiyə uzun müddət davam edən gərginlikdən sonra, xüsusilə də Azərbaycanın Qarabağ üzərində tam nəzarəti təmin etməsi fonunda münasibətləri normallaşdırmaq üçün cəhdlər göstəriblər.
Eyni zamanda, İrəvan Rusiyadan daha böyük müstəqillik əldə etməyə və Qərblə daha geniş siyasi, iqtisadi və hərbi əlaqələrin inkişafına çalışır.
“Stratfor” qeyd edir ki, Ermənistanla Türkiyə arasında yaxınlaşma Ankaranın Avropa, Qafqaz və Yaxın Şərqi birləşdirən regional orta “oyunçu” kimi mövqeyini gücləndirə, həmçinin İranın bölgədəki təsirini qismən zəiflədə bilər:
“Bu, Ermənistan üçün ticarət yollarının genişləndirilməsi və Qərb bazarlarına çıxış, eləcə də xarici iqtisadi əlaqələrin şaxələndirilməsi demək ola bilər.
Eyni zamanda, Rusiyanın hər iki ölkə ilə münasibətlərində yaxınlaşmanı məhdudlaşdıran əsas amil olaraq qaldığı qeyd edilir. Ermənistanın Türkiyə və Qərbə çox yaxınlaşması halında Moskvanın iqtisadi təsir vasitələrindən istifadə edəcəyi gözlənilir”.
Qeyd olunur ki, Ermənistan-Türkiyə sərhədlərinin mümkün açılması Ermənistandakı daxili siyasi proseslərdən və qarşıdan gələn seçkilərin nəticələrindən asılı ola bilər.
Müşfiq Abdulla
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:131
Bu xəbər 02 İyun 2026 20:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















