Icma.az
close
up
RU
Türkiyə Ermənistan sərhədinin açılmasında mühüm detal Moskva oyundan çıxır

Türkiyə Ermənistan sərhədinin açılmasında mühüm detal Moskva oyundan çıxır

GlobalInfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Türkiyə-Ermənistan arasında “Alican” (“Marqara”) sərhəd-keçid məntəqəsinin müvəqqəti açılması müzakirə edilir. Azərbaycanda bu hadisə xüsusi narahatlıq yaradıb. Türkiyə tərəfi isə bundan narahat olmağa dəymədiyini bildirib.

Bəzi təhlilçilər iddia edir ki, məsələyə sıradan humanitar aksiya kimi yanaşmaq doğru olmaz. Belə düşünən analitiklərin fikrinə görə, prosesin arxasında Qərb dayanır. Belə ki, Qərb Ermənistanı Rusiya təsirindən və təzyiqindən tam xilas etmək üçün İrəvanı Ankara ilə yaxınlaşdırmaq xətti seçib.

21 martda Ermənistanın yük maşınları Suriyaya humanitar yardım aparmaq üçün Türkiyə-Ermənistan sərhəd qapısından keçib. Həmin maşınlar 31 martda geri dönəcək. Buna rəğmən bir sıra ekspertlər deyir ki, bu, qlobal miqyasda mesajdır və yeni geopolitik oyunun baş məşqləridir.

Globalinfo.az-a danışan politoloq Oqtay Qasımova görə Türkiyə-Ermənistan sərhədinin açılması heç şübhəsiz geopolitik məqsəd daşıyır:

“Öncə onu deyim ki, həm Ermənistan, həm də Türkiyə sərhədin açılmasında maraqlıdır. Bununla belə İrəvan sərhədin qeyd-şərtsiz Türkiyə isə şərt əsaslı açılmasın istəyir. Sərhəd 21 martdan 31 marta qədər açıq olsa da Ankaranın şərti aktual olaraq qalır. Söhbət Ermənistan- Azərbaycan sülh müqaviləsi imzalanmadan sərhədin tam açılmamasından gedir.

Şübhəsiz ki, Qərb indiki məqamda Ermənistandan daha çox sərhədlərin açılması istəyir. Hətta uzun illərdir bu istiqamətdə Türkiyəyə müraciətlər, bəzən isə təzyiqlər edilirdi. 2010-cu ildə İsveçrənin Sürix şəhərində imzalanan protokolları və həmin prosesdə iştirak edən gücləri yaxşı xatırlayırıq.


Oqtay Qasımov

Qərb Ermənistanı Rusiya təsirindən çıxarmaq üçün əslində sərhədin açılmasında maraqlıdır. Belə ki, sərhədlər bağlı qaldığı təqdirdə Ermənistan iqtisadiyyatı inkişaf etməyəcək. Amma sərhədlərin açılması Qərbə ticarət bərpa ola bilər. Bu halda İrəvan Moskvanın iqtisadi təsirindən çıxa bilər.

Hazırkı durumda sərhədlərin açılması məsələsi sırf humanitardır. Təsadüfi deyil ki, ötən gün Türkiyə XİN də məsələ ilə bağlı açıqlama verdi. Hesab edirəm sərhədlərin bu formada açılması həm də Ermənistan cəmiyyətinə mesajdır. Çünki bu gün Ermənistanda hələ də ciddi bir türk düşmənliyi var. Sərhədlər açılacaqsa, ilk növbədə xalqlar buna hazır olmalıdır”.

Turan Rzayev
Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:160
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 25 Mart 2025 19:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see170

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see166

BMT: İsrail Livanın cənubundakı sülhməramlı patrul xidmətinə bir gündə iki dəfə hücum edib

27 Dekabr 2025 02:04see154

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

27 Dekabr 2025 04:45see152

Qəfil qonaq üçün 10 dəqiqəlik tava börəyi resepti

27 Dekabr 2025 07:10see148

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

27 Dekabr 2025 09:30see148

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see147

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see141

2025 ci il Qafqaz Müsəlmanları İdarəsi üçün nə ilə yadda qaldı?

27 Dekabr 2025 00:47see137

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see137

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see137

Beyaz bu tarixdə ekranlara dönür Video

27 Dekabr 2025 03:02see136

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see136

Elm adamları araşdırdı: Uşaqlar niyə yemək seçir?

27 Dekabr 2025 08:08see134

Türkiyə millisinin üzvü keçmiş komandasına qayıda bilər

27 Dekabr 2025 00:52see133

“Mançester Yunayted” 3 xalı 1 qolla qazandı

27 Dekabr 2025 07:40see132

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see131

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see130

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see129

İlk kitabın poetikası və mənəvi yaddaş

27 Dekabr 2025 16:12see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri