Icma.az
close
up
RU
Moskva və Bakı arasında saziş layihəsi təsdiqləndi

Moskva və Bakı arasında saziş layihəsi təsdiqləndi

Rusiya Federasiyası Hökuməti Moskva və Bakı arasında Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi ilə tranzit yükdaşımaların birgə inkişafı haqqında saziş layihəsini təsdiqləyib.

"Ölkə.az" xəbər verir ki, bu, barədə Rusiya hökumətinin sədri Mixail Mişustin sərəncam imzalayıb.

Sazişin məqsədi nəqliyyat əlaqələrinin səmərəliliyinin artırılması və Şimal-Cənub nəqliyyat dəhlizinin qərb marşrutunun potensialının artırılmasıdır.

Sazişə əsasən, Rusiya Federasiyası və Azərbaycan iki ölkənin sənəd və qanunvericiliyinin tələbləri nəzərə alınmaqla, tranzit daşımalar zamanı malların öz əraziləri üzrə sərbəst hərəkətini təmin edəcəklər.

Gömrük nəzarəti qaydaları həm qanunvericiliklə müəyyən edilmiş razılaşmalara, həm də Moskva və Bakının iştirak etdiyi beynəlxalq müqavilələrə əsaslanacaq.

Sənəddə dəmir yolu infrastrukturu yeniləndikdən sonra hər il Rusiya Federasiyasından Azərbaycana daşınmalı olan yüklərin zəmanətli həcmi də müəyyən edilib. Bu, 2028-ci il yanvarın 1-dən ən azı 5 milyon ton olacaq, müvafiq qərar qəbul edildikdən sonra isə hər il 15 milyon tona yüksələcək.(APA)

seeBaxış sayı:37
embedMənbə:https://olke.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri