Icma.az
close
up
RU
Moskvada 9 may Qələbə Günündə Putin, Əliyev və Paşinyan arasında üçtərəfli görüş keçiriləcək? MÜSAHİBƏ

Moskvada 9 may Qələbə Günündə Putin, Əliyev və Paşinyan arasında üçtərəfli görüş keçiriləcək? MÜSAHİBƏ

Ses qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Dmitri Solonnikov: Ermənistanın Zəngəzur dəhlizi layihəsinin həyata keçirilməsinin guya Azərbaycanın sülh üçün yeni ilkin şərti olması barədə bəyanatları manipulyasiyadır

Rusiya Müasir Dövlət İnkişafı İnstitutunun direktoru Dmitri Solonnikov “Moskva-Baku” portalına müsahibəsində Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında görüş, o cümlədən Moskvada 9 may faşizm üzərində Qələbənin 80 illiyi tədbirləri çərçivəsində Azərbaycan prezidenti ilə Ermənistanın baş naziri arasında ayrıca danışıqların mümkünlüyünü şərh edib. Müsahibəni oxucularımıza təqdim edirik.

- Dmitri Vladimiroviç, Moskvada 9 may Qələbə bayramı şənliyi çərçivəsində Ermənistan-Azərbaycan nizamlanması üzrə Putin, Əliyev və Paşinyan arasında üçtərəfli görüş, eləcə də Əliyev və Paşinyan arasında ikitərəfli görüş hansı perspektivlərə malikdir?

- Düşünürəm ki, Moskvada Rusiya prezidenti, Azərbaycan prezidenti və Ermənistanın baş naziri arasında üçtərəfli görüş gözləmək lazım deyil. Birincisi, mayın 9-da keçiriləcək tədbirlərə çoxlu sayda liderlər gələcək, bu, kifayət qədər irimiqyaslı tədbir olacaq və gərgin qrafikə görə belə bir görüşün hətta texniki baxımdan mümkün olması mümkün deyil. Bundan əlavə, xatırladığımız kimi, son illərdə Ermənistan tərəfi Rusiya Federasiyasının daha azərbaycanyönlü mövqe tutmasını əsas gətirərək, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılmasına dair Rusiya ilə üçtərəfli danışıqlar formatından imtina etməyə başlayıb. Amma bu cür bəyanatlar İrəvanın Rusiya ilə ikitərəfli münasibətlərdən sakit şəkildə faydalanmasına mane olmur. Burada nədənsə neqativ ifadələr eşidilmir.

Əlbəttə, İlham Əliyevlə Nikol Paşinyan arasında Moskvada ikitərəfli görüş mümkündür, amma burada da ciddi nəticə gözləməzdim. Birincisi, ona görə ki, yenə də- həm Azərbaycan prezidentinin, həm də Ermənistanın baş nazirinin Qələbə paradına görə Moskvaya səfərinin formatı nümayişkaranə addımdır. İkincisi, Bakı ilə İrəvan arasında sülh sazişinin imzalanması istiqamətində irəliləyiş hazırda qeyri-mümkündür, çünki bu sənədi imzalamaq üçün Azərbaycanın şərti – Azərbaycan Respublikasına qarşı ərazi iddialarının Konstitusiyadan çıxarılması- Ermənistan hakimiyyətinin yalnız 2027-ci ildə yerinə yetirməyə hazır olduğu bir şeydir. Ona görə də İrəvan Bakını nə qədər razı salmağa çalışsa da, hələlik heç bir sülh müqaviləsi imzalana bilməz. Və Azərbaycanın fundamental şərtlərini yerinə yetirmədən, münasibətlərin normallaşmasından müəyyən bonuslar almaq üçün İrəvana bu imza lazımdır.

- Azərbaycan Xarici İşlər Nazirliyinin rəhbəri Antalya Diplomatik Forumu çərçivəsində erməni həmkarı ilə son danışıqları məhsuldar adlandırıb, baxmayaraq ki, heç bir irəliləyişin olmadığını qeyd edib. Eyni zamanda, nazir qeyd edib ki, Bakı və İrəvan danışıqlar prosesi çərçivəsində (sülh müqaviləsinin imzalanması məsələsindən kənar) sərhədlərin delimitasiyası prosesinin davam etdirilməsi və nəqliyyat-iqtisadi əlaqələrin blokunun açılmasını müzakirə edir; Azərbaycan da Zəngəzur dəhlizi layihəsinin həyata keçirilməsində israrlıdır... Ermənistanda isə artıq bəyan etməyə başlayıblar ki, bu yolla Bakı guya İrəvana daha bir ilkin şərt qoyur...

- Prinsipcə, sərhədin delimitasiyası prosesinin davam etdirilməsi mövzusu Əliyevlə Paşinyan arasında Moskvada keçiriləcək potensial görüşdə müzakirə oluna bilərdi, çünki sülh müqaviləsinə görə, dediyim kimi, bu halda heç bir irəliləyiş olmayacaq. Liderlər yalnız öz mövqelərini təkrarlayacaqlar. Ermənistanla müvəqqəti sülh müqaviləsi Bakını qane edə bilməz. Lakin delimitasiya ilə bağlı irəliləyiş ola bilər. Burada prosesə təsir edə biləcək xüsusi hüquqi məsələlər yoxdur; Burada yaxşı niyyət və qərar vermədə bütün tərəflərin faydası prosesi stimullaşdırmalıdır. Ancaq ümumiyyətlə, prosesi yekunlaşdırmaq üçün, əlbəttə ki, nəsə edilməlidir. Və bu heç nə etməməkdən yaxşıdır.

Ermənistanda Zəngəzur dəhlizi layihəsinin həyata keçirilməsinin guya Azərbaycanın sülh üçün yeni ilkin şərti olması barədə bəyanatlara gəlincə, təbii ki, bu, Ermənistan tərəfinin növbəti manipulyasiyasıdır. İrəvan davamlı olaraq bununla bağlı heç nə imzalamadığını və heç nə ilə razılaşmadığını, heç kimə heç nə vəd etmədiyini, heç kimə borcu olmadığını təkrarlayır. Və onlar bu fikirlə yaşayırlar ki, 2020-ci ildən bu qədər illər keçib və guya belə bir şey olmayıb. Rahat mövqedir- istəyəndə söz verirsən, istəyəndə sözünü geri götürürsən...

- Artıq bir neçə gündür ki, Ermənistan Xarici İşlər Nazirliyinin rəhbəri Ermənistan-Türkiyə münasibətlərinin normallaşmasının Ermənistan və Azərbaycanın mövqelərinin yaxınlaşmasına faydalı təsir göstərə biləcəyini deyir... Amma Bakı və Ankara birmənalı olaraq bununla razılaşmır. Ərdoğanın mövqeyi ondan ibarətdir ki, əvvəlcə Ermənistan-Azərbaycan normallaşması, daha sonra Türkiyə ilə Ermənistan arasında normallaşma istiqamətində konkret addımlar atılmalıdır...

- Hesab edirəm ki, İrəvan bu fikri Türkiyədə potensial hakimiyyət dəyişikliyinə vurğu ilə səsləndirir. Əgər qəfildən hakimiyyətə qərbyönlü müxalifət gəlsə, çox güman ki, o, Ermənistan-Azərbaycan nizamlanması üçün heç bir ilkin şərt qoymadan Ermənistanla münasibətləri normallaşdırmaq istəyəcək. Amma Ərdoğanın bu istiqamətdə mövqeyi sərtdir. Türkiyə isə Ermənistan qarşısında şərt qoyur ki, Ankara ilə İrəvan arasında münasibətlərin normallaşması üçün Ermənistanla Azərbaycan arasında sülh yaranmalıdır.

Tərcümə - Elçin Bayramlı

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:123
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 21 Aprel 2025 15:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see274

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see255

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see243

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see234

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see221

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see206

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see199

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see186

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see180

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see175

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see175

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see165

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see164

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see163

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see151

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see150

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see148

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see145

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see143

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see142
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri