Moskvada Putin Əliyev Paşinyan görüşü keçirilə bilər
Icma.az, Modern.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Rusiya prezidenti Vladimir Putin mayın 9-da Moskvada Qızıl Meydanda keçiriləcək illik paraddan əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan və Azərbaycan prezidenti İlham Əliyevlə görüşəcək.
Modern.az xəbər verir ki, bu iddia ilə Ermənistanın “Joğovurd” qəzeti çıxış edib.
"Rusiya dairələrindən bizə verilən məlumata görə, razılıq əldə olunacaq ki, may bayramlarından sonra Ermənistan və Azərbaycan Alma-Atada hansısa sülh sənədi imzalayacaqlar. Paşinyan Alma-Ata bəyannaməsini Ermənistan-Azərbaycan danışıqlarının mərkəzinə qoyduğu üçün imzalanma yeri kimi Qazaxıstan, Alma-Ata təsadüfən seçilməyib. “Joqovurd” qəzeti bu məlumatı Ermənistan Respublikasının baş nazirinin mətbuat katibi Nazeli Bağdasaryanla dəqiqləşdirməyə çalışıb, lakin o, heç bir cavab verməkdən imtina edib”, – nəşr yazır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:97
Bu xəbər 11 Aprel 2025 10:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















