Icma.az
close
up
RU
Moskvada akademik Məmmədbağır Əliyevin 70 illik yubileyi qeyd olunub

Moskvada akademik Məmmədbağır Əliyevin 70 illik yubileyi qeyd olunub

Icma.az, Xalqcebhesi portalına istinadən məlumatı açıqlayır.

Moskvada Rusiya Elmlər Akademiyasının həqiqi üzvü, azərbaycanlı akademik Məmmədbağır Əliyevin 70 illik yubileyi qeyd olunub.

APA-nın Moskva müxbiri xəbər verir ki, P.A.Qertsen adına Moskva Onkologiya Elmi-Tədqiqat İnstitutunda keçirilən tədbirdə Rusiya və beynəlxalq tibb elminin aparıcı nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edən Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayev akademik Məmmədbağır Əliyevin “Şərəf” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamını oxuyub, özünün və diplomatik korpusdakı həmkarlarının şəxsi təbriklərini çatdırıb. Səfir akademikin yeni müalicə üsullarının və cərrahi yanaşmaların inkişafına verdiyi töhfəni qeyd edərək, bunu onun elmi tərcümeyi-halının mühüm tərkib hissəsi adlandırıb.

R.Mustafayev xatırladıb ki, Məmmədbağır Əliyevin onkologiya mərkəzində işlədiyi ilk illərdə Azərbaycan elmi məktəbinin nümayəndələrinin sayı az olub: “Bu gün Məmmədbağır Əliyevin sayəsində Rusiya, Azərbaycan və əcnəbi alimlərin bütöv pleyadası formalaşıb ki, onlar məhz onun rəhbərlik etdiyi məktəbdən keçiblər”, - diplomat qeyd edib.

Səfir çıxışında yubilyarın ictimai fəaliyyətinə xüsusi diqqət yetirilib: “Məmmədbağır Əliyev uzun illər Ümumrusiya Azərbaycan Konqresinə rəhbərlik edib. Bu struktur o vaxt Vladimir Putinin prezidentlik kampaniyası zamanı yaradılıb. Məmmədbağır Əliyevin şəxsiyyəti Rusiyadakı Azərbaycan icması üçün birləşdirici qüvvəyə çevrilib. Ümumrusiya Azərbaycan Konqresi isə Azərbaycanla Rusiya arasında münasibətlərin hərtərəfli inkişafına yönəlmişdi”, deyə səfir yekunlaşdırıb.

M. Əliyev Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən yüksək mükafata layiq görülməsinin onunüçün böyük xoşbəxtlik olduğunu söyləyib. “İlham Əliyevin məni “Şərəf” ordeni ilə təltif etmək barədə sərəncam verdiyini bildikdə böyük sevinc hissi keçirdim. Xüsusilə də Azərbaycanın qalib ölkə statusunda olması daha böyük xoşbəxtlikdir. Bu halda mükafatlar daha dərin gözəl hisslər bəxş edir. Əvvəlki mükafatlar da xoş təsir bağışlayıb, amma indi bu hiss tamam fərqlidir”.

Onun sözlərinə görə, hərçənd 70 yaşında artıq peşəkar kimi özünü təsdiqləyib, amma əsas məsələ təcrübəni bölüşməkdir: “Mənim parlaq məktəbim var. Bu gün Rusiyada 15 klinika eyni standartlarla əməliyyatlar aparır. Biz Rusiyada və MDB məkanında ciddi bir komanda formalaşdırmışıq. Azərbaycanda Cəmil Əliyevin və Əhliman Əmiraslanovun da gözəl məktəbləri var. Biz vahid protokollarla, bir komanda kimi işləyirik”.

M. Əliyev bildirib ki, 70 yaşdan sonra insan üçün tələbələrinin uğurlarına sevinmək xüsusilə önəmlidir və o, öz işinin davamını məhz onların nailiyyətlərində görür.
Tibb elmləri doktoru, professor, Rusiya Elmlər Akademiyasının həqiqi üzvü, “Radiologiya Milli Tibbi Tədqiqatlar Mərkəzi”nin baş direktoru , P.A.Qertsen adına Moskva Onkologiya Elmi-Tədqiqat İnstitutunun direktoru Andrey Kaprin Rusiya Prezidenti Vladimir Putinin Məmmədbağır Əliyevin 70 illik yubileyi ilə bağlı təbrik teleqramını oxuyub.

Mərasimdə yubilyarın ünvanına tanınmış alimlər, həmkarları, akademik və tibb dairələrinin nümayəndələri, eləcə də diplomatik ictimaiyyət tərəfindən çoxsaylı təbriklər gəlib.
Tədbir çərçivəsində Rusiya Səhiyyə Nazirliyinin “Radiologiya Milli Tibbi Tədqiqatlar Mərkəzi”ndə yubilyarın “Sümük və yumşaq toxumaların şişləri” adlı kitabının təqdimatı da keçirilib. Kitab Rusiyada dayaq-hərəkət aparatının şişlərinin müalicəsində klinik, diaqnostik və terapevtik yanaşmaları birləşdirən ilk fundamental praktik nəşrdir. Monoqrafiyanın hazırlanmasında ölkənin aparıcı mütəxəssisləri iştirak ediblər. Kitab müasir onko-ortopediyanın inkişafına mühüm töhfə kimi artıq elmi ictimaiyyət tərəfindən yüksək qiymət alıb.

Qeyd edək ki, akademik Məmmədbağır Cavad oğlu Əliyev ömrünü xərçənglə mübarizəyə həsr etmiş görkəmli alimdir. Tibb elmləri doktoru, professor, Rusiya Elmlər Akademiyasının və Rusiya Tibb Elmləri Akademiyasının akademiki, Gürcüstan Milli Elmlər Akademiyasının xarici üzvü, Dövlət Mükafatı və Rusiya Hökuməti Mükafatı laureatı, Rusiya Federasiyasının əməkdar elm xadimidir.

Məmmədbağır Əliyev peşə fəaliyyəti ilə yanaşı, Rusiyada ictimai xadim kimi də tanınır. O, 15 ildən artıq həmyerlilərimizin Rusiyada ən böyük diaspor təşkilatı olan Ümumrusiya Azərbaycan Konqresinə rəhbərlik edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:213
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 09 Aprel 2025 09:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see298

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see262

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see248

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see248

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see240

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see238

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see234

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see224

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see222

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see221

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see218

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see215

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see207

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see206

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see204

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see201

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see198

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri