Icma.az
close
up
RU
Akademik Telman Əliyevin 90 illik yubileyi qeyd olunub

Akademik Telman Əliyevin 90 illik yubileyi qeyd olunub

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakı, 13 may, AZƏRTAC

Mayın 13-də AMEA-nın Mərkəzi Elmi Kitabxanasında Şərq-Qərb Nəqliyyat Dəhlizində Logistika, İdarəetmə və İstismar Problemləri üzrə 4-cü beynəlxalq konfrans (PLMO 2025) öz işinə başlayıb.

AZƏRTAC xəbər verir ki, konfrans Azərbaycanda informatika və kibernetika sahələrinin inkişafında müstəsna xidmətləri olan görkəmli alim, AMEA-nın müşaviri akademik Telman Əliyevin anadan olmasının 90 illiyinə həsr edilib.

Beynəlxalq konfransda elm xadimləri, elm və təhsil müəssisələrinin rəhbərləri, özəl və dövlət qurumlarının nümayəndələri, eləcə də Polşa, Gürcüstan, Bolqarıstan, Çin, Özbəkistan və digər ölkələrin tanınmış alimləri iştirak ediblər.

Tədbiri AMEA-nın prezidenti akademik İsa Həbibbəyli açaraq ölkə rəhbərinin “Azərbaycan Milli Elmlər Akademiyasının 80 illiyinin qeyd edilməsi haqqında” Sərəncamı çərçivəsində AMEA-da müxtəlif tədbirlərin həyata keçirildiyini bildirib. O, akademiyanın inkişafında mühüm xidmətləri olan görkəmli alimlərin yubileylərinin qeyd edilməsinin də bu kimi tədbirlər sırasında olduğunu söyləyib: “Belə şəxsiyyətlərdən biri də akademik Telman Əliyevdir. Alimin yubileyinin yüksək səviyyədə təşkil edilməsi, eyni zamanda, AMEA-nın uzun illər ərzində əldə etdiyi nailiyyətlərə və bu nailiyyətlərin qazanılmasında əməyi olan alimlərin xidmətlərinə geniş bir baxış imkanı yaradır”.

Akademik İsa Həbibbəyli qeyd edib ki, görkəmli alim Azərbaycanda informatikanın inkişafında həlledici rola malik və əsası 1959-cu ildə qoyulmuş Elektron hesablama maşınları laboratoriyasının təşkilatçısı olub, uzun müddət bu laboratoriyaya rəhbərlik edib. O, kibernetika, informatika və fizikanın kəsişməsində aparılmış bir sıra fundamental işlərin müəllifidir.

Əmək fəaliyyətinə Hesablama Mərkəzində (hazırda İdarəetmə Sistemləri İnstitutu) texnik kimi başlayan Telman Əliyev mühəndis, baş mühəndis, kiçik elmi işçi, böyük elmi işçi, laboratoriya rəhbəri, elmi işlər üzrə direktor müavini və direktor vəzifəsinədək yüksəlib. Kibernetika İnstitutunun əsas yaradıcıları sırasında akademik Telman Əliyevin xüsusi yeri var. Müxtəlif ölkələrdə nəşr olunmuş elmi əsərlərin müəllifi olan görkəmli alim Azərbaycan elmini keçmiş SSRİ məkanında və onun hüdudlarından kənarda layiqincə təmsil edib.

Akademik Telman Əliyevin elmi-təşkilati fəaliyyətinin dövlətimiz tərəfindən daim yüksək qiymətləndirildiyini söyləyən AMEA rəhbəri onun “Şöhrət” ordeni ilə təltif olunduğunu, “Əməkdar elm xadimi” fəxri adına layiq görüldüyünü xatırladıb. Qeyd edib ki, alim, həmçinin N.Tusi adına mükafat, akademik Azad Mirzəcanzadə adına beynəlxalq gümüş medal, “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı və Azərbaycan Respublikası Ağsaqqallar Şurasının Döş nişanı ilə təltif olunub.

Çıxışının sonunda AMEA prezidenti görkəmli alim Telman Əliyevin bu gün də akademiyanın müşaviri kimi elmi islahatların həyata keçirilməsində yaxından iştirak etdiyini, Azərbaycan elminin inkişafına dəstək verdiyini vurğulayıb.

Daha sonra Elm və Təhsil Nazirliyi İdarəetmə Sistemləri İnstitutunun baş direktoru akademik Əli Abbasov yubilyarın həyat və fəaliyyətinə həsr olunmuş geniş məruzə ilə çıxış edib.

Tədbirə onlayn qoşulan Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının baş katibi akademik Asəf Hacıyev alimin yüksək insani keyfiyyətlərindən söz açıb, onun tükənməz enerjisi və gərgin axtarışlarının gələcək nəsillər üçün bir məktəb olduğunu bildirib.

Konfransda, həmçinin AMEA-nın vitse-prezidenti, Elm və Təhsil Nazirliyi İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru akademik Rasim Əliquliyev, Riyaziyyat və Mexanika İnstitutunun baş direktoru AMEA-nın müxbir üzvü Misir Mərdanov, Geologiya və Geofizika İnstitutunun baş direktoru akademik Akif Əlizadə, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova, Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev, Azərbaycan Elm Fondunun icraçı direktoru Mehriban İmanova, Nobel Sülh Mükafatına layiq görülmüş Beynəlxalq Atom Enerjisi Agentliyində çalışan həmyerlimiz Bəxtiyar Siracov, Milli Aviasiya Akademiyasının birinci prorektoru professor Ədalət Səmədov, Polşanın Sileziya Texnologiya Universitetinin nümayəndəsi, “Nəqliyyat problemləri” beynəlxalq elmi jurnalının baş redaktoru, professor Aleksandr Sladkovski, Memarlıq və İnşaat Universitetinin rektoru professor Gülçöhrə Məmmədova, Sumqayıt Dövlət Universitetinin rektor əvəzi AMEA-nın müxbir üzvü Əminağa Sadıqov, Azərbaycan Texniki Universitetinin rektoru professor Vilayət Vəliyev, YAP Yasamal rayon təşkilatının sədri dosent Bəxtiyar Nəbiyev və başqaları çıxış edərək akademik Telman Əliyevin Azərbaycan elminə töhfələrindən danışıblar.

Sonda çıxış edən akademik Telman Əliyev müəllimi olmuş akademiklərdən, taleyində mühüm rol oynamış böyük şəxsiyyətlərdən danışıb, Azərbaycan elminin tərəqqisi naminə bundan sonra da əzmlə çalışacağını vurğulayıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:264
embedMənbə:https://azertag.az
archiveBu xəbər 13 May 2025 18:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see323

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see269

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see255

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see249

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see248

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see243

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see228

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see224

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see219

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see215

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see213

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see210

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see205

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see205

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see199

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see190

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see186

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see182

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see180

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri