Icma.az
close
up
RU
Moskvada böhrana hazırlıq: Rusiya hökuməti indi ehtiyatdan “yeyir”

Moskvada böhrana hazırlıq: Rusiya hökuməti indi ehtiyatdan “yeyir”

Ayna saytına istinadən Icma.az xəbər verir.

"Biz xərcləri yeni reallıqlara uyğunlaşdırmalıyıq” və ya, “istəklərimizdə daha təvazökar olmalıyıq"

Müharibəyə 20 trilyon rubldan çox pul xərcləyən və Milli Rifah Fondunun ehtiyatlarının üçdə ikisini “yeyən” Rusiya hakimiyyəti xammal gəlirlərinin ikirəqəmli azalması ilə üzləşən büdcə qənaət rejiminə keçməyə hazırlaşır. Ölkənin Baş naziri Mixail Mişustin Nazirlər Kabinetinin sonuncu kollegiya iclasında bildirib ki, Maliyyə Nazirliyi “dəyişən vəziyyətə hazır olmalı, müxtəlif ssenarilər hazırlamalı” və qlobal iqtisadiyyatın sabitliyinin pozulması təhlükəsi ilə bağlı “büdcə risklərinin qarşısının alınmasına xüsusi diqqət yetirməlidir”.

Maliyyə naziri Anton Siluanov həmin kollegiya iclasında bildirib ki, bu risklərdən əsas biri ticarət müharibələri səbəbindən iqtisadiyyatın ixrac gəlirlərinin azalmasıdır. Onun sözlərinə görə, Rusiya neftinin qiymətinin bir aydır 60 dollardan aşağı olduğu və qısa müddət ərzində 50 dollardan aşağı düşəcəyi proqnozlaşdırılır. Bildirib ki, neft bazarında “stress ssenarisi” baş verərsə, Milli Rifah Fondunun doldurulması və xərclənməsi üçün yeni büdcə qaydası hazırlanmalıdır.

"Biz xərcləri yeni reallıqlara uyğunlaşdırmalıyıq. İstəklərimizdə daha təvazökar olmalıyıq", - Siluanov vurğulayıb.

ABŞ Prezidenti Donald Trampın tarifləri və OPEC+ hasilatının artması ilə neft qiymətlərinin düşməsi səbəbindən fevral və mart aylarında Rusiya büdcəsi artıq neft və qaz gəlirlərinin 17 faizini itirib. Aprel ayında, “Reuters”in hesablamalarına görə, azalma illik müqayisədə 22 faizə qədər sürətlənib və Maliyyə Nazirliyi kəsiri ödəmək üçün 16 ayda ilk dəfə olaraq Milli Rifah Fondundan gündəlik valyuta satmağa başlayıb.

Martda “Urals” neftinin orta qiyməti 59 dollara düşüb, büdcədə nəzərdə tutulan qiymət isə 69,7 dollar olub. İlin sonuna isə cəmi 56 dollar təşkil edəcək. Yəni aprel-dekabr aylarında İqtisadi İnkişaf Nazirliyinin yenilənmiş makro proqnozuna görə 53 dollara düşəcək. İqtisadi İnkişaf Nazirliyinin hesablamalarına görə, bu, iqtisadiyyatı 35 milyard dollarlıq ixrac gəlirindən məhrum edəcək, illik həcmi isə 8 illik minimuma - 410,6 milyard dollara çatdıracaq.

Neftin 60 dollardan aşağı olduğu bir şəraitdə Maliyyə Nazirliyi büdcədəki xammal icarə haqqının kəsirini ödəmək üçün Milli Rifah Fondundan valyuta satmalıdır. Lakin Fondda 2008-ci ildə yaradılandan bəri əvvəlkindən daha az pul var: təxminən 40 milyard dollar. Vəziyyətlə tanış olan mənbələr “RBC”ya bildiriblər ki, hökumət Milli Rifah Fondu ilə əməliyyatlar üçün istifadə edilən büdcə qaydasının “kəsmə nöqtəsini” 50 dollara endirə bilər.

“Alfa Bank”ın baş iqtisadçısı Natalia Orlova hesab edir ki, bu, büdcə xərclərinin 1,5-1,6 trilyon rubl azaldılması zərurəti demək ola bilər. İqtisadçı “The Moscow Times”a bildirib ki, “bununla belə, büdcə xərclərinin məhdudlaşdırılması ilə bağlı istənilən qərar büdcə alıcıları üçün ağrılı olacaq və bunu qəbul etmək asan olmayacaq. Çünki geosiyasi prioritetlər hələ də dominant rol oynayır”.

“Aricapital Management Company”nin baş direktoru Aleksey Tretyakov isə bildirib ki, neftin 50 dollar səviyyəsində olması ilə büdcə planlaşdırılan neft və qaz gəlirlərinin təxminən 30 faizini itirəcək – yəni 10,9 trilyon rubldan 3,1 trilyon rublu.

Tretyakov hesab edir ki, rublun bir dollar üçün 110-120 rubla qədər devalvasiyası balansı bərpa edə bilər: “Lakin bu, Rusiya Mərkəzi Bankının əsas faiz dərəcəsinin son iki onillikdə rekord həddə olmasına baxmayaraq, 10 faizdən yuxarı qalmaqda davam edən inflyasiyanı sürətləndirəcək”.

“Karnegi” Rusiya Avrasiya Mərkəzinin tədqiqatçısı Aleksandra Prokopenko isə xəbərdarlıq edib ki, neftin qiyməti sabitləşməsə, hökumət “xərclərin əhəmiyyətli bir hissəsini yenidən nəzərdən keçirməli olacaq”.

“Bloomberg Economics”in Rusiya üzrə iqtisadçısı Aleksandr İsakov deyib ki, neftin qiymətinin düşməsi büdcə gəlirlərinə və neft şirkətlərinə zərbə vuracaq, lakin çətin ki, bu, müharibə iqtisadiyyatına təsir etsin. Onun sözlərinə görə, cari il üçün hərbi-sənaye kompleksi üzrə müqavilələr, görünür, birinci rübün nəhəng xərclərinə görə, artıq böyük ölçüdə ödənilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:210
embedMənbə:https://ayna.az
archiveBu xəbər 27 Aprel 2025 17:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see276

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see259

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see257

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see244

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see243

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see237

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see236

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see235

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see232

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see227

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see222

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see221

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see210

Valideynlərinə 5000 manat ziyan vuran oğul saxlanıldı

28 Noyabr 2026 17:55see209

Sultan IV Mehmetin krala göndərdiyi məktub üzə çıxdı

29 Noyabr 2026 08:01see205

PAŞİNYAN RUSİYANI ERMƏNİSTAN SƏRHƏDLƏRİNDƏN ÇIXARIR Moskva nə edəcək?

28 Noyabr 2026 17:02see205

Türkiyədə 10 qız uşağının itkin düşməsi ilə bağlı yeni təfərrüat

29 Noyabr 2026 00:23see200

Üç ildən sonra ilk dəfə: Bu ölkə faiz dərəcələrini artırdı

29 Noyabr 2026 12:43see198

Rassel qalib oldu

28 Noyabr 2026 23:49see193

Bu bitkiləri çarpayınızın yaxınlığından götürün

29 Noyabr 2026 04:04see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri