Icma.az
close
up
RU
Moskvada “erməni batalyonunun” yaradıcına qarşı sui qəsd Binanın girişində partladıldı + VİDEO

Moskvada “erməni batalyonunun” yaradıcına qarşı sui qəsd Binanın girişində partladıldı + VİDEO

Azpolitika.az saytına istinadən Icma.az xəbər verir.

Moskvada “Alye Parusa” yaşayış kompleksində partlayış baş verib. “AzPolitika” yerli teleqram kanallarına istinadla xəbər verir ki, ilkin məlumata görə, bir nəfər ölüb, bir neçə nəfər isə yaralanıb.

Sakinlərin verdiyi məlumata görə, hadisə yerinə bir neçə təcili yardım briqadası və yanğınsöndürənlər cəlb edilib. Hadisə şahidləri partlayışın hündürmərtəbəli binanın lift foyesində baş verdiyini ehtimal edir.

Bundan əvvəl Rusiyanın telegram kanalları, “Alye Parusa” yaşayış kompleksinin şüşə qırıqları ilə dolu olan girişindən kadrlar yayıb. Kadrlarda yerdə bir kişinin uzandığı, ona tibbi yardm göstərildiyi görünür.

“Baza” telegram kanalı partlayış nəticəsində bir nəfərin öldüyünü, ən azı beş nəfərin yaralandığını iddia edir. TASS agentliyi isə fövqəladə hallar xidmətinə istinadla daha bir nəfərin öldüyünü bildirir.

Teleqram kanalları partlayıcı qurğunun işə salındığını və ya qumbaranın partladığını yazıb. Rusiya dövlət mediası cinayət işi açıldığını bildirib. Onlar partlayışı “teror aksiyası” adlandırıblar.

RBC-nin hüquq-mühafizə orqanlarındakı mənbəsi bildirir ki, əsas versiyaya görə, olay sifarişli qətl olub. Bundan əvvəl bir sıra KİV-lər ölən şəxsin üzünün ciddi zədələndiyini və onun şəxsiyyətini hələlik müəyyən etmək mümkün olmadığını yazmışdı.

Versiyalardan birinə görə, partlayışda ölən şəxs qondarma “DXR”in boks federasiyasının prezidenti, “erməni batalyonu”nun yaradıcısı kimi tanınan Armen Sarkisyandır. Bu bölmə Müdafiə Nazirliyinin nəzarətində olan “Redut” PMC-yə tabedir və Rusiyanın Ukraynaya hücumunda iştirak edib. Sarkisyanın öldüyü barədə ilk məlumatı onun kirayədə qaldığı mənzilin sahiblərinə istinadən "VÇK-OGPU" teleqram kanalı verib.

Hökumətyönlü “Mash” kanalı da yazır ki, baş verən partlayış Ukraynada axtarışda olan Armen Sarkisyana qarşı sui-qəsd ola bilər. Onun ağır yaralanaraq reanimasiyaya göndərildiyi iddia edilir. Oxşar məlumat “Baza” və “Şot” tərəfindən təsdiqlənib.

“AzPolitika.info”


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:70
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 03 Fevral 2025 14:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see257

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see236

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see162

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see156

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see151

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see148

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see146

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see145

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see144

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see139

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri