Icma.az
close
up
RU
Növbəti Əliyev Paşinyan görüşü keçirilə bilər

Növbəti Əliyev Paşinyan görüşü keçirilə bilər

Modern.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Yanvarın 20-dən 24-dək dünyanın müxtəlif ölkələrindən olan liderlər İsveçrənin Davos şəhərində illik Dünya İqtisadi Forumunda əsas qlobal problemləri və 2025-ci il üçün prioritetləri müzakirə edəcəklər.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, iclasda 130-dan çox ölkədən 350 hökumət nümayəndəsi, o cümlədən 60 dövlət və hökumət başçısı, eləcə də Avropa Komissiyasının sədri Ursula fon der Lyayen, Almaniya kansleri Olaf Şolz və digər rəsmilər iştirak edəcək. Ukrayna prezidenti Vladimir Zelenski Forumda xüsusi müraciət edəcək.
Foruma İsrail prezidenti İsaak Hersoq, Fələstin Muxtariyyətinin Baş naziri Məhəmməd Mustafa, həmçinin İranın vitse-prezidenti Məhəmməd Cavad Zərifin də iştirak edəcəyi gözlənilir.
Suriyanın müvəqqəti xarici işlər naziri Əsəd əl-Şeybaninin də tədbirə qatılacağı qeyd edilir.
Dünya İqtisadi Forumunun rəsmi saytının məlumatına görə, konfransda Ermənistanın baş naziri Nikol Paşinyan da iştirak edəcək.

Azərbaycan prezidenti İlham Əliyevin də Furumda iştirak edəcəyinə dair məlumat yayılıb.

Forumda həmçinin biznes, beynəlxalq təşkilatlar, vətəndaş cəmiyyəti, elm, media və incəsənət nümayəndələri iştirak edəcək.
Tədbirdə ümumilikdə 3 min adam iştirak edəcək.

Forumda qlobal iqtisadiyyatda yeni artım mənbələri, əsas geoiqtisadi və texnoloji dəyişiklikləri nəzərə almaqla biznes strategiyalarının uyğunlaşdırılması, insan kapitalının inkişafına investisiya qoyuluşu və cəmiyyətin inkişafına töhfə verən iş yerlərinin yaradılması, ekoloji təmiz texnologiyaların tətbiqi, beynəlxalq səviyyədə həll yollarını inkişaf etdirmək üçün əməkdaşlıq etmək üçün yeni yollar tapmaq kimi məsələlər gündəmə çıxarılacaq.
Digər əsas mövzu süni intellekt olacaq – forumda onun tənzimlənməsi məsələləri qaldırılacaq.
Azərbaycan və Ermənistan liderlərinin eyni forumda iştirakı onlar arasında hər hansı görüşün mümkünlüyünü də gündəmə gətirir.
Xatırladaq ki, İlham Əliyevlə Nikol Paşinyan sonuncu dəfə 2024-cü il oktyabrın 24-də Rusiya Federasiyasının Kazan şəhərində keçirilən XVI BRICS Sammiti çərçivəsində görüşüblər. Həmin görüşdə tərəflər ikitərəfli sülh gündəliyinin irəli aparılmasını, o cümlədən sülh sazişini, sərhədlərin delimitasiyası və demarkasiyasını, qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:196
embedMənbə:https://modern.az
archiveBu xəbər 16 Yanvar 2025 12:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrəvanın Qərbə meyllənməsi iqtisadiyyata zərbə vurur Açıqlama

06 Avqust 2026 20:05see619

Azərbaycana hər məhsulu gətirmək mümkün olmayacaq Yeni QAYDALAR

07 Avqust 2026 00:37see523

Donuz zənn edib atəş açdı, atasını öldürdü

07 Avqust 2026 03:09see470

ABŞ nin Səudiyyə Ərəbistanından neft idxalı sıfıra enib

07 Avqust 2026 00:21see440

Korrupsiyaya qarşı komitə rəhbərinin gizli milyonları üzə çıxdı

07 Avqust 2026 02:46see355

Dini və milli tolerantlığın Azərbaycan modeli

07 Avqust 2026 12:23see343

Real Madrid Vinisius Junior ilə müqaviləni uzadıb

07 Avqust 2026 02:09see325

Avropanın 80 dək səhiyyə təşkilatı Aİ ni əhalinin istidən qorunması üçün tədbirlər görməyə çağırıb

06 Avqust 2026 21:40see260

Belçika Qrenlandiyaya qoşun göndərir: Təlimlər başlayır

07 Avqust 2026 14:00see241

Ermənistana səfərlər rusiyalılar üçün təhlükəli ola bilər Matviyenko

07 Avqust 2026 02:00see238

Eboladan ölənlərin sayı 1800 ü keçib

07 Avqust 2026 02:34see223

Qurban Qurbanov: “Hava həddindən artıq isti idi...”

07 Avqust 2026 00:31see204

Azərbaycan “Qlobal Sülh İndeksi”ndə 110 cu yerdə qərarlaşıb Siyahı

07 Avqust 2026 18:16see204

Bu oteldə qalanlar pul ödəmir, bağ işlərinə kömək edirlər (Foto)

08 Avqust 2026 04:05see203

Yeni “Bugatti” belə olacaq Fotolar

07 Avqust 2026 01:42see201

Çeçenistanda seçki marafonu: Kadırov yenidən rəhbər postuna iddialıdır

06 Avqust 2026 21:39see187

Tramp “doğum turizmi”ni qadağan edən sərəncamı imzaladı

07 Avqust 2026 01:28see185

Vinisiusdan şok qərar

06 Avqust 2026 22:31see183

Cəlilabadda maşın aşıb Yaralılar var

07 Avqust 2026 01:44see181

Səbail in yeni İdarə Heyətinin təqdimatı keçirildi FOTOLAR

07 Avqust 2026 22:21see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri