Moskvada qətl törədən azərbaycanlılara bu tarixdə HÖKM OXUNACAQ
Lent az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Rusiyanın paytaxtı Moskvada motosikletçini öldürən azərbaycanlıların məhkəmə istintaqı başa çatıb.
Lent.az yerli mediaya istinadla bildirir ki, Moskva Şəhər Məhkəməsi noyabrın 6-da motosikletçinin qətlə yetirilməsi işi üzrə təqsirləndirilən şəxslərə hökm oxuyacaq.
Xatırladaq ki, dövlət ittihamçısı 2024-cü ilin aprelində Moskvada motosikletçi Kirill Kovalyovun qətlinə görə təqsirləndirilən şəxslərə 9,5 ildən 17 ilə qədər azadlıqdan məhrumetmə cəzası tələb edib.
Məlumata görə, 17 aprel axşamı Azərbaycan vətəndaşı 21 yaşlı Şahin Abbasov, Krasnodarskaya küçəsindəki binanın qarşısındakı səkiyə avtomobilini park edib. 24 yaşlı yerli sakin Kirill Kovalyov ona irad bildirib. Bundan sonra Abbasov Kovalyova hücum edib, onu döyüb və sonra qarnından bıçaqlayaraq, qaçıb. Abbasovun Luqansk ərazisinə qaçmağı planlaşdırdığı qeyd olunur. Təqsirləndirilənlər Rostov vilayətinin Kazanskaya kəndinə tanışlarının yanına gediblər və orada yerli polis tərəfindən saxlanılıblar.
Sonradan məlum olub ki, Moskvada saxlanılan yol polisi inspektoru Dmitri Bovtunov cinayət yerindən qaçan Şahin Abbasovu 30 min rubl müqabilində azad edib.
Baxış sayı:52
Bu xəbər 01 Noyabr 2025 09:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















