Icma.az
close
up
RU
Menu

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

"28 Mall"un qarşısında ölüm

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

Çin üçtəkərli avtomobil buraxdı

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

2027 ci ildə zamanın hesablanması dəyişəcək Saatlar necə olacaq?

İldırım vuran sevgilisini iki dəfə “diriltdi”

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

Xorvatiyada “Turan”a məğlubiyyəti şərh etdilər: “Evdə daha yaxşı oynayacağıq”

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

Moskvada tanınmış azərbaycanlı rəssamın sərgisi açılıb

Moskvada tanınmış azərbaycanlı rəssamın sərgisi açılıb

Icma.az, Report.az portalına istinadən məlumatı açıqlayır.

Moskvanın Paytaxt Rəssamlar Qalereyasında Azərbaycanın və Rusiyanın Əməkdar rəssamı Əsgər Məmmədovun əsərlərindən ibarət “Nar dastanı” adlı sərgi açılıb.

"Report"un Rusiya bürosunun məlumatına görə, sərgidə 40-dan çox rəsm – natürmort, portret, mənzərə, qrafika nümayiş etdirilir.

Rəssam qeyd edib ki, nar və onunla bağlı qədim adət-ənənələr Azərbaycan xalqının həyatında, folklorunda, mifologiyasında xüsusi yer tutur.

“Nar bayramı, ənənəvi nar festivalı və mədəniyyəti” UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrsi üzrə Reprezentativ Siyahısına daxil edilib. Mənim yaradıcılığımda da narın xüsusi yeri var. Nar kainatın görünüşüdür, onun dənələri isə həm də səma cisimlərini əks etdirir və mənim üçün onun hər bir dənəsi tam bir dünyadır. Budəfəki sərgimin məqsədi Rusiya tamaşaçılarına Azərbaycan haqqında, xalqım haqqında bəhs etməkdir. Ümummilli Lider Heydər Əliyevin bizə vəsiyyət etdiyi kimi, Vətəndən uzaqlarda yaşayan azərbaycanlılar öz milli adət-ənənələrini, dillərini unutmamalıdırlar. Əsərlərimdə xalqımızın adət-ənənələrini, ruhunu çatdırmağa çalışıram”, - deyə o bildirib.

Əsgər Məmmədov Qarabağda dünyaya göz açıb. Gənc rəssam olarkən o, böyük faciə ilə üzləşib: evində baş verən yanğın zamanı bütün əsərləri yanıb. Amma sənətkar həmişə yaxşılığa, ədalətin təntənəsinə inanıb.

“İkinci Qarabağ müharibəsindən əvvəl Ağdamda sərgim keçirilirdi. Həmin vaxt ərazinin bir hissəsi işğal altında idi. Rəsmlərimin nümayiş olunduğu binanın pəncərəsindən erməni postları, onların arxasında isə bir addım məsafəsində olan doğma torpaqlarımız görünürdü. Və o zaman “Xarıbülbül” tablosunun yaradılması ideyası ağlıma gəldi, kətanda təsvir olunan, qələbəmizin simvolu olan Xarıbülbülə uzanan qanayan əl”, - əməkdar rəssam qeyd edib.

Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Tatyana Şirokova bildirib ki, qurumda da Əsgər Məmmədovun rəsm sərgisinin keçirilməsi planlaşdırılır: “Mən Əsgər Məmmədovun yaradıcılığı ilə 15 ildir ki, tanışam. “Nar dastanı” sərgisi məndə dərin təəssürat yaratdı. Rəssamın rəsmlərindəki nar cücərtiləri bu gün çox aktual olan sülhə çağırışdır. Əsgər Məmmədov incə sənətkar, gözəl insandır və mən ona bundan sonra da yaradıcılıq uğurları arzulayıram”.

Sərginin açılışında, həmçinin Paytaxt Rəssamlar Qalereyasının direktoru Lyudmila Titova, Azərbaycan Mədəniyyətinin İnkişaf Fondunun nümayəndəsi Elşən İbrahimov, şair və tərcüməçi Sultan Mərzili, Rusiya Elmlər Akademiyasının Psixologiya İnstitutunun əməkdaşı Bayan Uzıxanova və başqaları iştirak ediblər.

Sərgi dekabrın 20-dək davam edəcək.

Əsgər Məmmədov Rusiya Rəssamlar İttifaqının və Rusiya Kinematoqrafçılar İttifaqının, UNESCO-nun Beynəlxalq Rəssamlar Federasiyasının, Paris Elm və İncəsənət Akademiyasının üzvü, həmçinin Rusiya Rəssamlıq Akademiyasının fəxri üzvüdür. Rəssamın fərdi sərgiləri Fransa, İspaniya, İsrail, Türkiyə, Latviya, Rusiya və digər ölkələrdə keçirilib.

Bizim Telegram kanalımıza abunə olun

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:177
embedMənbə:https://report.az
archiveBu xəbər 15 Dekabr 2024 17:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see371

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see369

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see330

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see320

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see319

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see303

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see302

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see296

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see263

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see245

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see238

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see234

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see225

2027 ci ildə zamanın hesablanması dəyişəcək Saatlar necə olacaq?

21 Oktyabr 2026 20:32see198

İldırım vuran sevgilisini iki dəfə “diriltdi”

21 Oktyabr 2026 21:17see197

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see196

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see182

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see181

Xorvatiyada “Turan”a məğlubiyyəti şərh etdilər: “Evdə daha yaxşı oynayacağıq”

21 Oktyabr 2026 21:19see178

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri