Icma.az
close
up
RU
İstanbulda azərbaycanlı rəssamın fərdi sərgisi açılıb

İstanbulda azərbaycanlı rəssamın fərdi sərgisi açılıb

Azertag saytına istinadən Icma.az xəbər verir.

İstanbul, 3 may, AZƏRTAC

İstanbulda azərbaycanlı rəssam, Türkiyənin Karamanoğlu Mehmetbey Universitetinin sənət, dizayn və memarlıq fakültəsinin rəngkarlıq bölməsinin müəllimi Elçin Mustafayevin “Şəhərin yaddaşı” mövzusunda fərdi sərgisi açılıb.

AZƏRTAC xəbər verir ki, İstanbulun Hasan Sarıtaş Qalereyasında baş tutan açılış mərasimində Azərbaycanın Əməkdar rəssamları Teymur Rzayev, Yaşar Zeynalov, Azərbaycanın Xalq artisti, balaban ifaçısı Əlixan Səmədov, Əməkdar artist İslam Manafov kimi Türkiyədə fəaliyyət göstərən bir çox görkəmli sənətkarlarımız, Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının (TADEF) sədrinin müşaviri Pərviz Məmmədzadə və bir çox ictimaiyyət nümayəndələri iştirak ediblər.

İstanbul gecələrinə həsr edilən sərgi şəhərin yalnız fiziki bir quruluş deyil, eyni zamanda, kollektiv yaddaşın çoxqatlı daşıyıcısı olması ideyası üzərində qurulub.

E. Mustafayevin rəsmlərində diqqət çəkən əsas xüsusiyyət, işığın sadəcə təsviri vasitə olmaqdan çıxaraq yaddaş daşıyıcısına çevrilməsidir. Gecə mənzərəsində parlayan şəhər silueti fərdi və kollektiv təcrübələrin izlərini daşıyır. Bu baxımdan rəssam şəhər mənzərəsini təsvirdən daha çox bir “qavrayış sahəsi” kimi təqdim edir.

Əsərlərdəki memarlıq elementləri divarlar, qüllələr və sahil xətti ilə tarixi davamlılığı göstərir, onları əhatə edən müasir şəhər mühiti ilə keçmiş arasındakı keçirici sərhədləri vurğulayır.

Qeyd edək ki, sərgi mayın 11-dək davam edəcək.

Günel Karatepe

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:175
embedMənbə:https://azertag.az
archiveBu xəbər 03 May 2026 16:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see502

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see299

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see290

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see289

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see280

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see264

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see264

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see259

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see246

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see242

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see235

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see230

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see230

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see230

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see227

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see226

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see223

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see215

“Çıraq” platformasından indiyədək hasil edilən neft və qazın həcmi açıqlanıb

07 Noyabr 2026 10:27see214

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see212
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri