Icma.az
close
up
RU
Moskvada tutulan Vaqif Bakinski kimdir şok faktlar

Moskvada tutulan Vaqif Bakinski kimdir şok faktlar

Tribuna portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Moskvada təhlükəsizlik qüvvələri nüfuzlu azərbaycanlı “qanuni oğru” Vaqif Süleymanovu (Vaqif Bakinski) saxlayıb.

Tribunainfo.az onun barəsində mediada yayılmış məlumatları təqdim edir:

Vaqif Mədət oğlu Süleymanov 1965-ci il avqustun 15-də Gürcüstanda anadan olub, uşaqlığı orada keçib. Rusiya mediası onun gah Tiflis, gah da Marneulidə dünyaya gəldiyini yazır. Vaqifin 7–8 yaşı olanda ailəsi Bakıya köçüb və xeyli müddət burada yaşayıb.

Vaqif Süleymanovun həyatının Bakı dövrü barədə çox az şey məlumdur. Təsdiq olunmayan məlumata görə, o, hələ cavan ikən həbsxanaya düşsə də, azadlığa çıxandan sonra Bakıya qayıdıb. Onun “tacqoyma mərasimində” Nardaranlı Mirseymur, Sabirabadlı Hikmət, Çingiz Sedoy, Masallı Mamed, Qoca iştirak ediblər. Vaqif Bakinski Rusiyada cinayət yoluna digər oğrular – Asiya və ya Qafqazdan olan mühacirlər kimi başlayıb: Ded Xasanın (Aslan Usoyan) himayəsi altında. O, öldürüləndən sonra Vaqif Şakro Molodoyun (Zaxari Kalaşov) tərəfini tutub və onun himayəsinə keçib. Vaqif Bakinskinin həbsi və məhkumluğu, törətdiyi cinayətlərin sayı, çəkdiyi həbs müddətlərinin dəqiq siyahısı yoxdur.

2006-cı ildə Moskvada üzərinə baxış zamanı 33 qram həşiş aşkar edilərək saxlanılıb. Xakasiyada ümumi rejimli cəzaçəkmə müəssisəsində 3 il 6 ay dustaqlıq həyatı yaşayıb. 2013-cü ilin noyabrında yenidən saxlanılıb, boynuna daha ağır maddə qoyulub. Vaqif Bakinski 3 əlaltısı ilə moskvalı biznesmendən külli miqdarda pul alıb və həmin məbləği köçürərkən saxlanılıblar. Sahibkar pulun ondan zorla alındığını etiraf edib. Lakin Süleymanov dəmir barmaqlıqlar arxasında uzun müddət qalmayıb.

O, həm də 2016-cı ildə qətlə yetirilən Rövşən Caniyevlə (Lənkəranski) aralarında yaranmış məşhur münaqişəyə görə də tanınır. Həmin anlaşılmazlıq hələ Aslan Usoyanın sağlığında baş verib. Məlumata görə, 2010-cu ilin yazında Vaqif Bakinski ilə Rövşən Lənkəranski arasında səbəbi bəlli olmayan münaqişə başlayıb. İddialara görə, həbsdə olan Vaqifin Lənkəranski ilə telefon söhbəti gərgin keçib, bir-birinə qarşı xoşagəlməz ifadələr işlədiblər. Söhbət o həddə çatıb ki, Caniyev onu vuracağını deyib. V.Süleymanov tezliklə həbsdən buraxılıb və onlar 2010-cu ilin avqustunda münasibətlərini aydınlaşdırmaq üçün “sxodka”ya toplaşıblar. Rövşən Lənkəranski tərəfdən söhbətə Cemal Mikeladze də (“Cemo” bir neçə il bundan əvvəl vəfat edib) qoşulub. Vaqif isə görüşə “Ded Xasan”ı təmsil edən Vasi Voskreslə gəlib.

“Sxodka” məhz Cemo söz alandan sonra davaya çevrilib. Onun azərbaycanlı qanuni oğruya iradına Vaqif adekvat cavab verib. Cemo Vaqifi vurmaq istəyərkən özü zərbə alıb. Bu “sxodka” Rusiyanın kriminal dairələrində dərhal ciddi müzakirə mövzusuna çevrilib.

Gülşən Rəsul

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:254
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 04 İyul 2025 11:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see345

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see341

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see277

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see272

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see270

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see267

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see263

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see262

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see248

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see223

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see215

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see214

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see213

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see213

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see210

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see209

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see207

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see206

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see205

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri