Icma.az
close
up
RU
Oleq Bakinski nədə ittiham olunur? Məhkəmədə yeni faktlar açıqlandı

Oleq Bakinski nədə ittiham olunur? Məhkəmədə yeni faktlar açıqlandı

Teleqraf.com portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Azərbaycanda həbsdə olan ukraynalı kriminal avtoritet "Oleq Bakinski” ləqəbi ilə tanınan Krapivin Oleq Andreyevic və Ukrayna Müdafiə Sənayesi Nazirliyinin Avrasiya Məsələləri üzrə sabiq müavini Kuçer Konstatnin Antonoviçin barəsində olan cinayət işinə dair məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elnur Nuriyevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkmişlər tərəfindən verilən mülki iddia verildiyi məlum olub.

Zərərçəkmişlərin nümayəndəsi Samir İsayev mülki iddianın nəticəsini açıqlayıb.

Məlum olub ki, “Avıazapchast” Açıq Səhimdar Cəmiyyəti 1 milyon manat, "Promyshlennye Postavkı Kazakhstan” Məhdud Məsuliyyətli Cəmiyyət tərəfindən isə 5 milyon 184 min manat manat təqsirləndirilən Kuçer Konstatnin Antonoviçinə qarşı mülki iddia qaldırıb.
Bundan başqa Valeriy Zaxarenko isə təqsirləndirilən şəxslərin hər birindən 50 min manat mülki iddia qaldırdığı məlum olub.

Məhkəmə tərəfindən mülki iddianı icraata qəbul edlib. Hakim bildirib ki, mülki iddia icraat qəbul edilməsi araşdırılması ilə bağlıdır. Onun sözlərinə görə, mülki iddialar araşdırılıdıqan sonra qərar veriləcək.

Daha sonra dövlət ittihamçısı Tural Yaqubov ittiham aktını elan edib.

İttihama görə, zərərçəkən kimi tanınan Valeriy Zaxarenkonun lisenziyası ləğv edilmiş "Günay Bank"da bir neçə milyon avro pulu olub. Həmin pulu götürmək üçün Rusiya FTX-nin əməkdaşı olan Valeriy Zaxarenko Bakıya gəlib, ancaq bank bağlandığından həmin pulları bankdan çıxarmaq problem olub.

Bu problemi yoluna qoymaq üçün Oleq Bakinski, Antoniviç Kuçer ilə Valeriy Zaxarenkonun görüşü təşkil olunub. Onların görüşü Xətai rayonunda yerləşən Babək Plazada baş tutub. Görüş zamanı tərəflər ortaq məxrəcə gələ bilməyiblər və aralarında mübahisə düşüb. Oleq Bakinski şüşə butulkası ilə Zaxarenkoya xəsarət yetirib.

Bundan sonra Zaxarenkoya tibbi yardım göstərmək üçün Yeni Klinikaya aparıblar.
Qeyd edək ki, cinayət işi üzrə Zaxarenkov Valeriy Nikolayeviç zərərçəkmiş qismində tanınıb.

İş üzrə daha iki şirkət zərərçəkmiş hesab olunub. Bunlar “Avıazapchast” Açıq Səhimdar Cəmiyyəti və “Promyshlennye Postavkı Kazakhstan” Məhdudq Məsuliyyətli Cəmiyyətdir.

Oleq Krapivin 2024-cü ilin iyulun sonlarında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən Bakıda həbs olunub.

Oleq Krapivin kriminal aləmdə “Oleq Bakinski” ləqəbi ilə tanınır.

Oleq Bakinski az ağır xəsarət yetirmə, xuliqanlıq, Konstantin Kuçer isə xuliqanlıq və dələduzluq maddələri ilə ittiham olunurlar.

Kuçer Konstantin Antonoviçin barəsində Cinayət Məcəlləsinin 178.4-cü (xüsusi ilə külli miqdarda dələduzluq törətmək) maddəsi ilə ittiham elan edilib.

Kuçer Konstantin Antonoviçindən ittihamın ona aydın olub-olmaması soruşulub. O bildirib ki, şikayət ərizəsi yalnız müəssisədə baş verən xuliqanlıqla bağlı olub. Təqsirləndirlilən şəxs ittihamlar qəbul etmədiyini, özünü təqsirli bilmədiyi deyib.

Oleq Krapivin də ittiham üzrə özünü təqsirli bilməyib.

Dövlət ittihamçısı əvvəlcə təqsirləndirilən şəxslərin dindirilməsi ilə məhkəmənin başlanmasını təklif edib. Bildirib ki, daha sonra zərərçəkmiş və şahidlərin dindirilməsi ilə prosesin davam etdirilsin.

Təqsirləndirlilən şəxslərin vəkilləri, həmçini zərərçəkmiş şəxslərin nümayəndəsi prosesini belə davam etdirilməsinə etiraz etməyiblər.

Hakimlər əvvəlcə təqsirləndirilən şəxslərin dindirilməsi, daha sonra zərərçəkmiş və şahidlərin dindirilməsi ilə bağlı prosesin davam etdirilməsi ilə prosesin davam etdirilməsi barədə qərar qəbul edilib.

Daha sonra Kuçer Konstantin Antonoviç sərbəst ifadə verib: "İyulun 24-də dostum zəng edərək bildirib ki, onun iş gördüyü iş adamları onunla görüşmək istəyir. Kucer razılaşıb, Oleq Krapivin ona zəng edib ki, qonaqlar aşağıdadır. Aşağı düşəndə çox təəccüblənib ki, bu şəxslərlə daim görüşüb, onların arxasınca aeraporta maşın göndərib. Yəni kiminsə vasitəsilə görüşmək ona qəribə gəlib. Sonra qonaqlarla birgə ofisə qalxıb və onlara yüksək səviyyədə qulluq göstərib və söhbətə başlayıblar. Bu zaman Zaxarenko vəsaitlərlə bağlı tələblərə başlayıb. Mən də dedim ki, həmin vəsaitlər ləğv olunan Günay bankadır. 5-6 dəqiqədən sonra Oleq Karpvin gəldi. Mən soruşdum digər qonaqlar hardadır. Zryanenko gəldi və onlar dedilər ki, axşam Bakıdan uçurlar. Biz çay içdik, normal söhbət etdik. Oleq Krapivin dedi ki, istədiyiniz vaxt gəlin, zəng edin. Hətta Moskvaya qayıtdıqdan sonra onlar Oleq Krapivinə zəng edib qonaqpərvərlikləri barədə təşəkkür ediblər. Mənə çox qəribə gəldi ki, bu görüşü vasitəçi vasitəsilə niyə təşkil ediblər. İyulun 31-də polis əməkdaşları gəldi ki, onları general göndərib, getməliyik. Mən də vəkilimlə zəng edərək heç bir problem yaratmadan Bakı Şəhər Baş Polisi İdarəsinə getdim. Orada müstəntiq Mahmud Quliyev bildirdi ki, mənə qarşı xuliqanlıq maddəsi ilə cinayət işi başlayıb, şikayət ərizəsi daxil olub Zaxarenko tərəfindən. Mən ərizəni göstərməyini istədim, ancaq müstəntiq vermədi. Bu günə kimi də mən həmin ərizə ilə tanış olmamışam. Xuliqanlıqla bağlı dindirilən zaman Zaxarenko dələduzluq əməli ilə bağlı şikayət etməmişdi və mənim adım heç bir şikayət ərizəsində qeyd olunmayıb. 3 aydır mən etmədiyim əmələ görə həbsdə yatıram. Hansı əsasla mən şübhəli şəxs qismində cəlb olunmuşam. Mən Bakıda yaşayırdım, mənim heç bir dələduzluq əməli törətmək fikrim olmayıb. Mən dələduz olsaydım həmin vəsaitləri başqa hesablara köçürdərdim. Mən həmçinin onları Günay Bankın rəhbəri Mahmud Məmmədovla görüşdürmək istədim.

Ancaq həmin şəxslər dedi ki, biz Kuçerlə danışmışıq. Hətta Mahmud Məmmədov həmin pulun qarşılığında daşınmaz əmlak təklif elədi, ancaq həmin əmlak borcun ancaq 30 faizini təşkil edirdi. Mən həmin əmlakı daha baha qiymətə almağa razı idim ki, insanların pulunu qaytarım. Bankın mənə 8 milyon borcu var idi, mən razı idim ki, o mənə 6 milyon qaytarsın. Ancaq Mahmud Məmmədov razılaşmadı o məbləği qaytarmağı".

Təqsirləndirilən şəxs qeyd edib ki, onların şirkətlərə arasında müqavilə olub. O bildirib ki, heç kimə qarşı dələduzluq etmək niyyəti olmayıb. Onun sözlərinə görə, müharibə başlamamışdan əvvəl Rusiya mal göndərmək barədə razılıq olub. O deyib ki, həmçinin Qazaxıstana, həm də Hindistana mal göndərmək barədə razılıq olub: "Müharibə başlayana kimi, yəni 2022-ci ilə kimi təıdarüklər yerinə yetirilib. Amma müharibə başlayandan sonra problemlər yaranmağa başladı".

Daha sonra Oleq Krapivin ifadə verib: "Mən burada deyilənlərə qulaq asıram. Deyirlər ki, bir milyon bura getdi, bu qədər bura getdi. Öz-özümə fikirləşirəm ki, Məşədi İbad demişkən mənim bir abbasın hara getdi. Mən indi demək istəyirəm ki, günahım nədir? Əgər mən butulka ilə zərərçəkmişi vurmuşamsa, həmin butulka hanı? Mən heç kimə əl qaldırmamışam. Günahım yoxdur. Mən onların nə fikirlə ora gəmisini bilməmişəm. Deyirlər ki, köynəyində qan izi var. Amma mənim qan izim olmayıb. Kameralara da olanlar varx baxmaq olar. Hədə-qorxu gəlməmişəm, şəxsi qərəzliyim yoxdur. 6 aydır ki, həbsdə olmağımın səbəbini bilmirəm. Mənim bu insanlara köməkliyin dəyib. Mən kişi adamam. Etmişəmsə, cəzamı çəkərəm. 65 yaşım var, mənim idmançı tələbələrim var. Mən qaçan oğlan deyiləm, namusum da var, vicdanım da. Mən 5 il diasporanın rəhbəri olmuşam. Belə bir hadisə olmayıb".

Növbəti proses fevralın 7-də davam edəcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:71
embedMənbə:https://teleqraf.com
archiveBu xəbər 24 Yanvar 2025 18:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Təsadüf, yoxsa səssiz yazılmış ssenari? Məryəm Bağırova yazır

16 İyul 2025 12:49see1198

Forma sponsorluq gəlirlərinə görə ən yaxşı 10 klub SİYAHI

16 İyul 2025 19:20see164

10 illik dövr başa çatdı Real dan getdi

16 İyul 2025 15:01see130

Səbail in yerli oyunçulardan ibarət 11 liy i məlumdur ADLAR

15 İyul 2025 17:49see115

Anası ilə bağlı hədiyyə Zülfiyyəni ağlatdı Video

15 İyul 2025 12:56see114

Hansı atalar qız övladlarına daha çox qayğı göstərir?

15 İyul 2025 20:22see113

Mərkəzi Asiya Avrasiyanın əsas regionuna çevrilir

15 İyul 2025 20:21see113

Ursula von der Leyen Trampa nifrət edir

15 İyul 2025 14:24see112

Sənaye sahəsi üzrə biznes kredit portfeli 2,6 milyard manatı ötüb

15 İyul 2025 15:17see112

Göbələk xərçəngin dərmanı imiş

16 İyul 2025 06:06see112

Çoxmərtəbəli binalarda yaşayanların NƏZƏRİNƏ

16 İyul 2025 00:37see111

İranla Rusiya arasında əlaqələr PİSLƏŞİB

15 İyul 2025 18:40see111

DİN vətəndaşların şəxsi məlumatlarını xarici kiberbunkerlərə ötürən şəxsi ifşa etdi

15 İyul 2025 15:12see110

Türkiyə BƏƏ Yüksək Səviyyəli Strateji Şuranın iclası keçiriləcək

16 İyul 2025 07:30see110

Tramp: Zelenski Moskvaya atəş açmamalıdır KONKRET

15 İyul 2025 21:54see110

ABŞ Ali Məhkəməsi Trampa “yaşıl işıq” yandırdı Təhsil Nazirliyini ləğv edilməsi qanuni sayıldı

15 İyul 2025 17:51see110

Azər Həşimov: Ölkə çempionatda sürpriz komanda olmağa çalışacağıq

16 İyul 2025 22:45see110

Parlamentdə İmamverdi İsmayılovun hekayəsindən sitat gətirdi Video

15 İyul 2025 13:38see109

Tələbə köçürməsinə start verildi

15 İyul 2025 13:45see109

Zelenski Trampdan Moskvaya zərbə endirmək üçün silah istədi: Versəniz, vurarıq

15 İyul 2025 14:04see109
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri