Icma.az
close
up
RU
Menu

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

ChatGPT də problem yarandı

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

MilliÖn vətəndaşı aldadıb? ŞİKAYƏT

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

“Kontakt Home”da ər arvadını bıçaqladı

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

DTX onların izinə düşüb Bakıda keçirilən gizli toplantılarda hansı plan qurulub?

Paşinyan Minsk Qrupu nun 2019 cu il təkliflərinə niyə cavab vermir? İki mühüm səbəb

Moskvadan gəırginliyi artıran addımlar: “Rusiya tərəfi anlamalıdır ki...”

Moskvadan gəırginliyi artıran addımlar: “Rusiya tərəfi anlamalıdır ki...”

Ayna saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Ceyhun Məmmədov: “Qarayaxma kampaniyası ilə, təhdid ritorikası ilə məsələnin üzərindən keçmək olmaz”

Yanvarın 27-də Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayev Rusiya Xarici İşlər Nazirliyinə dəvət edilib. XİN-in məlumatına görə, Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin Rəhman Mustafayevlə görüşündə Azərbaycan mətbuatında gedən yazılarda Rusiyaya qarşı irəli sürülən ittihamların əsassız olduğunu deyib.

“Azərbaycan mətbuatında son vaxtlar Rusiya əleyhinə tirajlanan bir sıra yazılar, eləcə də Bakıda “Rus Evi”nə qarşı aparılan dezinformasiya kampaniyası ilə bağlı çaşqınlıq ifadə olunub. Səslənən ittihamların tamamilə əsassız olduğu bildirilib. Azərbaycan Hava Yollarına məxsus təyyarənin 2024-cü il dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması mövzusu müzakirə edilərkən faciənin bütün hallarının aydınlaşdırılması üçün rəsmi araşdırmanın başa çatdırılması və onun nəticələrinin dərc edilməsinin zəruriliyi vurğulanıb”, - məlumatda qeyd edilib.

Bundan bir gün sonra isə Rusiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mixail Yevdokimov Azərbaycan XİN-ə dəvət olunub. Görüş zamanı, Rusiya mətbuatında, eləcə də Rusiyanın bəzi rəsmi dairələri tərəfindən dezinformasiya xarakterli, ölkəmizi hədəf alan yazıların dərc olunması, reportajların yayımlanmasının anlaşılmazlıq yaratdığı, bunun Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında Müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamənin məzmun və ruhuna zidd olduğu diqqətə çatdırılıb.

“Azərbaycan Hava Yollarına” məxsus təyyarənin faciəvi şəkildə qəzaya uğraması ilə bağlı ilkin təhqiqatın nəticələrinin məlum olduğu, istintaqın yekunlaşdırılması üçün iş aparıldığı, qəza ilə bağlı Rusiya tərəfindən gözləntilərimizin açıq şəkildə bəyan edildiyi xatırlanıb. Yerli mətbu orqanında “Rus evi” ilə bağlı məlumata gəldikdə, bunun rəsmi mövqe olmadığı, bu kimi təşkilatların ölkəmizin ərazisində fəaliyyətinin qarşılılıq prinsipinə əsaslandığı və qanunvericiliyin tələblərinə uyğun aparılmasının vacib olduğu bildirilib.

Bu diplomatik trafik onu göstərir ki, AZAL təyyarəsinin Rusiya tərəfindən raketlə vurularaq qəzaya uğramasından sonra Bakının Moskvadan təlb etdiyi şərtlər yerinə yetirilmədiyi üçün ölkələr arasındakı gərginlik davam etməkdədir. İctimaiyyəti narahat edən sual münasibətlərdə yaşanan gərginliyin nəticələrinin nə olacağıdır.  

Mövzu ilə bağlı AYNA-ya danışan Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib ki, Azərbaycan təyyarəsi Rusiya səmasında vurulduqdan sonra Rusiya tərəfindən hadisə ilə bağlı heç bir real addımlar atılmadı:

- Söhbət ondan gedir ki, Prezident İlham Əliyev məsələyə öz kəskin reaksiyasını verdi və Rusiya tərəfindən haqlı olaraq üzrxahlıq, kompensasiya və təyyarəni vurulması ilə bağlı günahkarların cəzalandırılsını istədi. Eyni zamanda, məsələ belə qoyuldu ki, Rusiya tərəfi təyyarə vurulduqdan sonra hadisəni olduğu kimi təqdim etsəydi, Azərbaycana bu barədə məlumat versəydi, anlayışla yanaşmaq mümkün idi. Lakin Moskvadan verilən açıqlamalar qaneedici olmamaqla yanaşı, hadisənin izini azdırmaq məqsədi güddü. Gah quş sürüsü ilə təyyarənin toqquşduğunu bildirdilər, gah dedilər oksigen balonu partlayıb və s. Bütün bunlar Azərbaycan xalqına və dövlətinə qarşı çox ciddi hörmətsiz münasibət idi. Rusiya tərəfi bizimlə münasibətlərdə belə davranış nümayiş etdirməməli idi. Dəfələrlə Bakıdan verilən suallara, tələblərə Moskvadan real reaksiya, addım görmürük.

- Əvəzində yenə də çalışırlar ki, iz azdırsınlar...

- Bəli, bu istiqamətdə müxtəlif cəhdlər edilir. Eyni zamanda, Rusiya mediasında deputatlar, rəsmi şəxslər davamlı olaraq Azərbaycan əleyhinə qarayaxma kampaniyası həyata keçirirlər. Bu kampaniya da son dövrlər artan xətlə inkişafdadır. Azərbaycan ictimaiyyəti də təbii olaraq, bu prosesə müşahidəçi ola bilməz və olmadı.

Əvvəl Azərbaycanın Moskvadakı səfiri Rusiya XİN-ə çağırıldı, etiraz bildirildi. Sonra da Rusiyanın Bakıdakı səfiri Azərbaycan XİN-ə çağırıldı, səfirin diqqətinə iradlarımız çatdırıldı. Hesab edirəm ki, bu, addım atılmalı idi. Diplomatik qaydalar məhz bunu tələb edir. Rusiya tərəfi düşünürsə ki, onlar bizə qarşı addımlar atacaqlar, təxribatlar törədəcəklər və cavab olmayacaq, yanlış düşünürlər. Bu, qeyri-mümkündür. Çünki Azərbaycanın tələbləri haqlıdır. Rusiya tərəfi Azərbaycanın mövqeyini nəzərə almalıdır. İki dövlət arasında strateji müttəfiqlik haqqında sənəd var. Bu sənədin bədlərini pozan Bakı yox, Moskvadır. Rusiya rəsmiləri, mediası ard-arda anti-Azərbaycan təbliğatı aparıb, buna Azərbaycanın anlayış göstərməsini, reaksiya verməməsini, sükutla yanaşmasını gözləməməlidir. Onlar anlamalıdır ki, bu ritorika ilə, təxribatlarla, sadəcə münasibətlərin daha da gərginləşməsinə və korlanmasına nail ola bilərlər.

- Bu gərginlik nə qədər davam edə bilər və nəticəsi nə ola bilər?

- Azərbaycan bütün dövlətlərlə münasibətlərin inkişafında maraqlıdır. Xüsusilə, Azərbaycan tərəfi region dövlətləri ilə mehriban qonşuluq şəraitində yaşamağın, əməkdaşlığın inkişaf etməsinin, bir-birinə hörmətin tərəfdarıdır. Amma Rusiya tərəfinin addımları fərqlidir. Hesab edirəm ki, Rusiya tərəfi bir daha düşünməli, münasibətlərin normal məcrada davam etməsi, gərginliyin aradan qaldırılması üçün real addımlar atmalıdır. Düşünməsinlər ki, indiki davranışlarla Azərbaycanın mövqeyinə təsir göstərəcəklər. Belə fikirləşirlərsə, yanılırlar. Biz beynəlxalq hüquqa istinadən prosedura başlamışıq, tələbimiz də haqlıdır. İstəyirik ki, günahkarlar cəzalandırılsın, digər rəsmi prosedurlar həyata keçirilsin. Cəmiyyətin, ictimaiyyətin də gözləntisi odur ki, Rusiya hadisənin düzgün qiymətləndirilməsi istiqamətində addımlar atacaq. Qarayaxma kampaniyası ilə, təhdid ritorikası ilə məsələnin üzərindən keçmək olmaz. Gərginliyin davam edib-etməməsi, nəticənin nə olub-olmaması Rusiyanın atacağı addımlardan asılı olacaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:137
embedMənbə:https://ayna.az
archiveBu xəbər 31 Yanvar 2025 15:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see494

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see396

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see385

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see331

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

03 Dekabr 2025 00:42see297

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see296

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

03 Dekabr 2025 00:38see288

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

03 Dekabr 2025 16:27see242

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see213

MilliÖn vətəndaşı aldadıb? ŞİKAYƏT

02 Dekabr 2025 21:03see203

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

03 Dekabr 2025 00:10see196

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

03 Dekabr 2025 09:08see181

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

02 Dekabr 2025 20:43see171

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see168

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

02 Dekabr 2025 15:20see156

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

03 Dekabr 2025 15:21see140

“Kontakt Home”da ər arvadını bıçaqladı

02 Dekabr 2025 22:20see136

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

03 Dekabr 2025 12:22see131

DTX onların izinə düşüb Bakıda keçirilən gizli toplantılarda hansı plan qurulub?

02 Dekabr 2025 19:44see129

Paşinyan Minsk Qrupu nun 2019 cu il təkliflərinə niyə cavab vermir? İki mühüm səbəb

02 Dekabr 2025 21:29see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri