Icma.az
close
up
RU
Moskvadan Bakıya zəng: Rusiya nəyə hazırlaşır?

Moskvadan Bakıya zəng: Rusiya nəyə hazırlaşır?

GlobalInfo saytına istinadən Icma.az xəbər verir.

Rusiya Azərbaycanla buzları əritmək istəyir. Martın 15-də Rusiya Prezidenti Vladimir Putinin Prezident İlham Əliyevi Moskvaya, 9 May paradına dəvət etməsi bu baxımdan diqqət çəkir.

İkinci detal isə Rusiya Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenkonun martın 16-da Azərbaycana gəlməsidir.

Əvvəlcə qeyd edək ki, Azərbaycanla Rusiya arasında gərginlik davam edir. Xüsusilə Kreml Bakının tələblərinin bir çoxunu yerinə yetirməyib. Açıq suallar çoxdur. Bununla belə, gərginliyin uzun müddət davam etməyəcəyi bəllidir.

Azərbaycan-İran ya da Azərbaycan-Rusiya münasibətləri hər zaman dalğalı olub. Hər iki ölkə vaxtaşırı Bakıya diş göstərmək və ya təzyiq etməyə çalışıb. Lakin şərtlər və reallıqlar əsaslı surətdə dəyişib. Azərbaycan artıq zəif deyil və yeri gəldikdə böyük ölkələrə adekvat cavab verir.

Azərbaycan üçün regionda, eləcə də dünyada əməkdaşlıq və sülh prioritetdir. Bundan başqa, dəyişən geosiyasi şərtlər fonunda Bakı şimal və cənub qonşusu ilə gərginliyi davam etdirmək istəmir. Ən önəmlisi Rusiya normallaşmaq üçün addım atır və Bakının buna cavab verməsi başadüşüləndir.

Moskvada qeyri-rəsmi görüş keçirən Rusiya Prezidenti Vladimir Putin, Belarus Prezidenti Aleksandr Lukaşenko və Tacikistan Prezidenti İmaməli Rəhmanın Azərbaycan Prezidenti İlham Əliyevə zəng etməsi bu baxımdan diqqət çəkir.

Putinin İlham Əliyevi Moskvada keçiriləcək təntənəli tədbirlərə dəvət etməsi və dövlət başçısının razılaşması Bakının da normallaşmada maraqlı olduğunu deməyə əsas verir.

Turan Rzayev
Globalinfo.az-ın siyasət yazarı

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:215
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 18 Mart 2025 05:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see324

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see321

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see314

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see282

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see277

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see269

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see264

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see260

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see258

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see251

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see232

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see231

Yoxa çıxan avropalı müşahidəçilər: “təhlükəsizlik mütəxəssisləri” haradadırlar?

21 Oktyabr 2026 10:33see230

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see228

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see225

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see222

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see220

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see217

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see213

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see210
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri