Icma.az
close
up
RU
Moskvadan sanksiya hədəsi: Uduzan Azərbaycan deyil, Rusiya olacaq

Moskvadan sanksiya hədəsi: Uduzan Azərbaycan deyil, Rusiya olacaq

Icma.az, News24 portalına istinadən məlumatı açıqlayır.

Rusiya Dövlət Dumasının deputatı Andrey Qurulev Azərbaycan mallarının ölkəyə idxalının qadağan edilə biləcəyini istisna etməyərək deyib ki, əgər Rusiyada Azərbaycan malları olmayacaqsa, biz bundan heç nə itirməyəcəyik, amma onlar üçün vəziyyət ciddi dəyişəcək. 

Doğurdanmı Azərbaycanın Rusiyadan iqtisadi asıllığı var? Qarşılıqlı ticarətdə potensial qadağalar hansı ölkəyə daha çox ziyan vura bilər?

Məsələ ilə bağlı deputat Vüqar Bayramov News24.az-a açıqlamasında bildirib ki, hər iki ölkənin yayımladığı statistika təsdiq edir ki, idxal qadağan edilərsə bundan uduzan tərəf Azərbaycan deyil, Rusiya olacaq:

Belə ki,  2024-cü ildə Rusiya Azərbaycan arasında ticarət dövriyyəsi 4 milyard 799 milyon dollar olub. Azərbaycan Rusiyadan 3 milyard 621 milyon dollarlıq mal idxal edib. Rusiyaya isə 1 milyard 178 milyon dollar mal göndərmişik. Bu isə o deməkdir ki, xarici ticarətdə Azərbaycanın Rusiya ilə 2 milyard 443 milyon dollarlıq mənfi saldosu var. Yəni, Rusiya Azərbaycan ilə ticarətdən yalnız ötən il 2 milyard 443 milyon dollar qazanc əldə edib. Deməli, qarşılıqlı ticarətdə istənilən qadağalar Azərbaycandan Rusiyaya daxil olan valyutanın həcmini azaldacaq. Bu isə o deməkdir ki, bundan daha çox Rusiyalı iş adamları ziyan görəcəklər.

Digər tərəfdən, Azərbaycanın Rusiya ixracı ölkəmizin ümumi ixracatının cəmi 4.4 faizini təşkil edir. Deməli, 26 milyard 338 milyon dollarlıq ixracatımızın 95 faizindən çox Rusiyadan kənar ölkələrə yönəlib. Bu isə o deməkdir ki, reallıq heç də Rusiyalı deputatın qeyd etidyi kimi deyil. Rəqəmlər təsdiq edir ki, hətta Rusiyanın Azərbaycandan idxalı qadağan edəcəyi halda belə bu ölkəmizin ixrac potensialına xüsusi təsir göstərməyəcək.

Rusiyadan Azərbaycana köçürülən pulların məbləğinə gəldikdə, həm əvvəlki illərdə, həm də bu ilin geridə qalan aylarında ciddi azalmalar qeydə alınıb. 2024-cü ildə fiziki şəxslər tərəfindən Rusiyadan Azərbaycana 496 milyon 753 min dollar pul köçürülüb. Bu  isə əvvəlki illə müqayisədə 53 faiz azdır. Deməli, Rusiyadan remittensi, yəni pul köçürmə asıllığı da yoxdur. Nəzərə almaq lazımdır ki, remiTtensinin ÜDM-dəki payına görə Azərbaycan regionda ən yaxşı göstərciyə malik dövlətlərdəndir. Beynəlxalq maliyyə qurumlarının hesablamalarına görə, Azərbaycanda bu göstərici 3 faizdən azdır. Deməli, bu istiqamətdə Azərbaycanın, nə Rusiyadan, nə də hər hansı digər bir ölkədə heç bir asıllığı yoxdur. 

Göründüyü kimi, hətta Rusiyanın özünün statistik rəqəmləri belə Dumanın bəzi deputatlarının Azərbaycan ilə ticarət haqqında dediklərini təsdiqləmir. Hərdən statistikaya baxmaq lazımdır, cənablar.

Aqil Qarayev

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:155
embedMənbə:https://news24.az
archiveBu xəbər 11 Avqust 2025 16:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see298

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see262

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see248

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see248

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see240

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see238

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see234

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see224

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see222

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see221

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see218

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see215

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see207

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see206

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see204

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see201

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see198

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri