Icma.az
close
up
RU
Azərbaycan Rusiya xəttində YENİ GƏRGİNLİK Moskvadan Bakıya MESAJ VAR...

Azərbaycan Rusiya xəttində YENİ GƏRGİNLİK Moskvadan Bakıya MESAJ VAR...

Yenisabah portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan və Rusiya arasında münasibətlərdə yeni gərginlik yaranıb. Belə ki, Rusiya səfiri Mixail Yevdokimov Ukraynada SOCAR-a məxsus obyektlərə endirilən zərbələrlə bağlı Azərbaycan Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb. Rəsmi Bakı görüşdə bu cür hücumların ilk hal olmadığını, əvvəllər də SOCAR-ın infrastrukturunun hədəfə alındığını və bunun nəticəsində ciddi maddi ziyan, eləcə də yaralanan əməkdaşların olduğunu diqqətə çatdırıb. Azərbaycan tərəfi dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq, hücumların davam etməsinin onların məqsədyönlü xarakter daşıdığına işarə etdiyini vurğulayıb.

Son proseslər nədən xəbər verir? İki ölkə arasındakı vəziyyət bundan sonra necə davam edəcək?

"Yeni Sabah" xəbər verir ki, bu barədə Globalinfo.az-a danışan politoloq Oqtay Qasımov deyib ki, Rusiya-Ukrayna müharibəsi dövründə Moskvanın Bakı ilə əlaqəli obyektlərinin də zaman-zaman hədəfə alınır: Marqarita pizza

“Müharibənin ilk mərhələsində Xarkovdakı Azərbaycan Baş Konsulluğu zərər görüb. Həmçinin Kiyevdə bir neçə dəfə Azərbaycan səfirliyinin yaxınlığına raket zərbələri endirilib, nəticədə binaya müəyyən ziyan dəyib. Xoşbəxtlikdən, həmin hadisələr zamanı xəsarət alan olmayıb. Son bir il ərzində isə Ukraynada fəaliyyət göstərən SOCAR-a məxsus yanacaqdoldurma məntəqələri və terminallar da hücumlara məruz qalıb. Bundan başqa, Azərbaycan qazının Ukraynaya nəqlində istifadə olunan infrastrukturun hədəfə alındığı barədə məlumatlar yayılıb. Bu hadisələrlə bağlı Azərbaycan XİN dəfələrlə Rusiya tərəfinə etirazını bildirib. İki gün əvvəl SOCAR obyektlərinin hədəfə alınmasından sonra isə Azərbaycanda Rusiyaya rəsmi etiraz notası təqdim edib”.

Politoloq bildirib ki, bu cür hadisələr iki ölkə arasındakı münasibətlərə mənfi təsir göstərə biləcək amillərdir:

“Xüsusilə nəzərə alsaq ki, Azərbaycan və Rusiya 2022-ci il fevralın 22-də “Müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə” imzalayıblar. Belə addımlar həmin sənədin ruhuna uyğun gəlmir və ikitərəfli münasibətlərə kölgə salır. 2024-cü ilin dekabrında AZAL təyyarəsinin vurulmasından sonra da Azərbaycan-Rusiya münasibətlərində müəyyən gərginlik yaşandı. Lakin sonrakı mərhələdə tərəflər vəziyyəti nəzarətdə saxlamağa və münasibətlərin daha da pisləşməsinin qarşısını almağa çalışdılar. Hesab edirəm ki, bu hadisə də xoşagəlməz olsa da, tərəflər məsələni diplomatik kanallar vasitəsilə müzakirə edəcək. Azərbaycanın narahatlıqları Rusiya tərəfindən nəzərə alınmalıdır. Düşünmürəm ki, bu hadisə iki ölkə arasındakı münasibətlərin ciddi şəkildə pozulmasına səbəb olacaq. Çünki hər iki tərəf əlaqələrin normal məcrada davam etməsində maraqlıdır”.

Ekspertin sözlərinə görə, müharibə şəraitində Rusiya bəzən bu cür addımlarla müxtəlif mesajlar verməyə çalışır:

“Bu, müəyyən mənada Azərbaycanın müstəqil xarici siyasətinə verilən mesaj kimi də qiymətləndirilə bilər.Bütün hallarda Rusiya rəsmiləri Azərbaycanla münasibətləri korlamaqda maraqlı deyil. Əksinə, əməkdaşlığın davam etdirilməsi hər iki tərəfin maraqlarına uyğundur. Bunu bir neçə gün əvvəl Azərbaycan, Rusiya və İran arasında Şimal-Cənub nəqliyyat dəhlizi ilə bağlı yeni razılaşmanın imzalanması da göstərir. Buna görə də baş verən hadisə nə qədər xoşagəlməz olsa da, onun ikitərəfli münasibətlərə həlledici və uzunmüddətli mənfi təsir göstərəcəyini düşünmürəm”.


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:151
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 07 İyul 2026 22:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see357

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see297

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see296

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see296

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see288

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see280

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see273

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see271

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see271

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see259

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see253

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see252

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see252

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see249

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see248

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see244

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see239

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see238

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see227

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see223
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri