Icma.az
close
up
RU
Moskvadan SƏRT REAKSİYALAR: “Ukrayna sülh istəmir, cavabımız ağır olacaq” ÖZƏL

Moskvadan SƏRT REAKSİYALAR: “Ukrayna sülh istəmir, cavabımız ağır olacaq” ÖZƏL

Icma.az, Bizim media portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Hazırda Ukraynada qeyri-stabil vəziyyət hökm sürür. Artıq Ukraynanın nə insan resursu, nə də döyüş əməliyyatlarını davam etdirmək üçün lazım olan hərbi dəstəyi qalmayıb. Buna görə də Ukrayna öz agentlərini Rusiya ərazisində istifadə edir. Yəqin ki, pilotsuz uçuş aparatlarını Ukraynaya simpatiya bəsləyənlər və ya ukraynalı agentlər Rusiya ərazisində işə salır”.
Bu fikirləri Bizim.Media-ya açıqlamasında Rusiyanın Avrasiya Problemləri Monitorinq Mərkəzinin direktoru Aslan Rubayev deyib. Fevralın 11-də Moskvaya ən böyük PUA hücumunu şərh edən analitik, sakinlər arasında da böyük narahatlığın olduğunu qeyd edib.
“Vətəndaşlar hücumlara alışıblar”
“Şübhəsiz ki, belə hərəkətlər Moskva sakinləri arasında narahatlıq doğurur, amma hakimiyyət vaxtında və kifayət qədər səmərəli cavab verir. Əgər belə təxribatlar davam edərsə, Moskva Ukraynaya qarşı daha sərt tədbirlər görməyə başlayacaq. Rusiya vətəndaşlarında artıq bu cür hərəkətlərə qarşı immunitet yaranıb, artıq insanlar necə reaksiya verməli olduqlarını başa düşürlər, çünki vətəndaşların təhlükəsizliyini təmin etmək üçün lazımi təlimlər keçirilib. Lakin belə hərəkətlər ümumilikdə döyüş əməliyyatlarının şiddətini artırır və münaqişənin deeskalasiyasına heç bir təsir etmir”, - deyə A.Rubayev bildirib.
Ukraynanın dünyaya mesajı
Rusiya Siyasi Araşdırmalar İnstitutunun direktor müavini Daria Qrevtsova isə hesab edir ki, bu, Ukraynanın Səudiyyə Ərəbistanındakı mövcud görüşdən öncə dünyaya verdiyi mesaj kimi qiymətləndirilməlidir:
“Bu, Ukraynanın Səudiyyə Ərəbistanında Ukrayna və ABŞ nümayəndə heyətləri arasında danışıqlar başlamazdan əvvəl xüsusi olaraq etdiyi bir hərəkətdir. Ukrayna özünün silah istehsal etdiyini və bu silahlarla təyin olunmuş hədəfləri vura biləcəyini göstərmək istədi. Amma bu, daha çox Rusiyanın Hava Hücumundan Müdafiə sisteminə qarşı bir sınaq oldu. Biz gördük ki, bütün bu dronlar vuruldu və onlar əhəmiyyətli ziyan vurmadı. Həmçinin, ölü sayının minimum olduğunu görürük, baxmayaraq ki, mülki vətəndaşlar arasında da itkilər var”, - deyə D.Qrevtsova deyib.
Analitik əlavə edib ki, Rusiya Ukraynaya cavab verməyəcək:
“Lakin böyük şəhərlərə doğru uçan bu qədər çox dron, əlbəttə ki, Ukraynanın sülh istəmədiyini, əksinə vəziyyəti gərginləşdirmək və Moskvadan cavab reaksiyası gözlədiyini göstərir. Lakin cavab reaksiyası olmayacaq, çünki bu, nəhayət, adi hərbi əməliyyatlar, silahlı toqquşmalar, hətta dronlar kimi müasir silahlarla aparılan döyüşlərdir. Rusiya da öz hərəkətlərini Ukraynada davam etdirəcək. Deyə bilmərik ki, bu dron hücumu Rusiya üçün gözlənilməz oldu. Rusiya buna hazır idi”, - deyə analitik bildirib.
Tehran Orucoğlu, Bizim.Media

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:114
embedMənbə:https://bizim.media
archiveBu xəbər 12 Mart 2025 13:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see320

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see254

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see228

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see201

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see186

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see171

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see169

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see168

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see167

Göyçayda sahibkarın 5 milyonluq soyuducu anbarı 35 minə hərraca çıxarıldı VİDEO

23 Yanvar 2026 14:10see167

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see166

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see164

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see153

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see150

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see148

Alimlər günün ən çox yorğunluq yaradan dəqiqəsini açıqlayıblar

23 Yanvar 2026 08:53see146

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see145

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see143

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see143

Rusiya: Ukrayna ordusu Donbas bölgəsini tərk etməlidir

23 Yanvar 2026 15:18see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri