Icma.az
close
up
RU
Moskvanın 10 gün vaxtı QALDI: Vaşinqton Ukrayana üçün hərəkətə keçir

Moskvanın 10 gün vaxtı QALDI: Vaşinqton Ukrayana üçün hərəkətə keçir

News24 saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

"ABŞ Prezidenti Donald Tramp Vladimir Putinə əvvəllər verdiyi 50 günlük müddəti 10-12 günə endirdiyini açıqlayıb. Bu bəyanat Ukrayna müharibəsinin həlli üçün Rusiyaya açıq təzyiq siqnalıdır.  Artıq Tramp administrasiyasının Rusiyaya qarşı diplomatik təmkin deyil, iqtisadi təzyiq siyasəti yürütməyi düşündüyünü göstərir".

Bu fikirləri News24.az-a açıqlamasında  politoloq Polad Mehdiyev deyib. 

Onun sözlərinə görə, əgər Vladimir Putin Trampın verdiyi 10-12 günlük müddətdə Ukrayna ilə sülh istiqamətində addım atmasa, ABŞ Prezidenti Donald Trampın növbəti addımı Rusiyaya qarşı sərt iqtisadi təzyiqlər ola bilər:

"Tramp artıq bəyan edib ki, “çox sərt tariflər” tətbiq etməyə hazırdır. Bu, Rusiya məhsullarına qarşı yüksək gömrük rüsumlarının tətbiqi, enerji və maliyyə sektoruna əlavə məhdudiyyətlər, eləcə də Rusiya ilə ticarət əlaqələrinin daha da məhdudlaşdırılması kimi addımları əhatə edə bilər.

Zənnimcə Trampın məqsədi Putini danışıqlara məcbur etmək və müharibəni qısa zamanda bitirməkdir. Diplomatik təzyiq nəticə verməzsə, növbəti mərhələ iqtisadi zərbə olacaq".

Politoloq digər tərəfdən ABŞ administrasiyasının Ukraynaya hərbi dəstəyi yenidən gücləndirə biləcəyini qeyd edib.

Prezident Tramp əvvəlki dövrdə Ukraynaya silah tədarükünü məhdudlaşdırsa da, hazırkı şəraitdə Rusiyaya təzyiq vasitəsi kimi Ukraynanın silahlandırılması gündəmə gələ bilər- deyə o bildirib:

"Bu, F-16 qırıcıları, uzaqmənzilli raketlər və artan kəşfiyyat dəstəyi ilə müşayiət oluna bilər.

Bu addım həm də Trampın Moskva üzərindəki mövqeyini gücləndirmək və danışıqlarda üstünlük əldə etmək üçün rıçaq yaratmaq məqsədi daşıyır. Yəni diplomatiya nəticə verməzsə, ABŞ həm iqtisadi, həm də hərbi sahədə təzyiqi artıracaq".

Xeyrənsə Piriyeva

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:154
embedMənbə:https://news24.az
archiveBu xəbər 01 Avqust 2025 14:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see310

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see306

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see292

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see287

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see284

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see271

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see243

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see241

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see240

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see238

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see238

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see235

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see231

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see222

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see205

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see202

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see190

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri