Icma.az
close
up
RU
Vaşinqton İrana qarşı hərəkətə keçir

Vaşinqton İrana qarşı hərəkətə keçir

Azvision portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bu barədə İsrail mətbuatı açıq kəşfiyyat mənbələrinə istinadən məlumat yayıb. Belə iddia irəli sürülüb ki, Vaşinqtonun hazırlığı Prezident Donald Trampın İrana mümkün hücum əmri ilə əlaqədardır. Belə ki, bu ölkədə dekabrın 28-dən etibarən başlayan kütləvi etiraz aksiyaları fonunda Donald Tramp İran xalqına müraciət ünvanlamış, onlara hər an "dəstək" göstərə biləcəyini söyləmişdi.
Məlumata əsasən, sözügedən təyyarələr ABŞ-nin həm öz ərazisində, həm də Britaniyada yerləşən aviabazalarından Yaxın Şərqə göndərilib. "Times" qəzeti öz mənbələrinə istinadən yazır ki, ABŞ-yə məxsus azı 14 ədəd "C-17 Globemaster" nəqliyyat təyyarəsi və 2 ədəd ağır silahlanmış "AC-130J Ghostrider" helikopteri Britaniyanın Safokl və Qlosterşir qraflıqlarında yerləşən üç aviabazaya enib:
"Həmin təyyarələrdə isə, mümkündür ki, xüsusi əməliyyatlarda işlədilən azı 5 ədəd "MH-60M Black Hawk" və 1 ədəd "MH-47G Chinook" helikopteri var".
Bu iddialarla əlaqədar nə ABŞ-nin, nə də Britaniyanın müdafiə nazirlikləri hələlik rəsmi məlumat yaymayıb. Mütəxəssislərin fikrincə, mümkün hazırlıq ABŞ-nin İrana qarşı gözlənilən hücumundan xəbər verir. Çünki 2025-ci ilin iyun ayında da Vaşinqton İranın nüvə obyektlərini bombalamazdan qabaq oxşar tərzdə hazırlıq görmüşdü.
İran qarışır, ABŞ hədələyir, Rusiya qonaq gözləyir
Xatırladaq ki, İranda 2025-ci ilin 28 dekabrında əsasən inflyasiyanın kəskin artmasına, rialın dəyərdən düşməsinə etiraz məqsədilə kütləvi aksiyalar başlayıb. Nümayişləri əvvəla paytaxt Tehran şəhərində mağaza sahibləri qığılcımlandırıb, ardınca onlara tələbələr də qoşulublar. Etiraz dalğası tezliklə bütün ölkəyə - 31 əyalətdən 26-sına, ümumilikdə 78 şəhərə yayılıb. Məlumata əsasən, aksiyalarda indiyədək azı 19 nəfər ölüb, 50-dən çox insan yaralanıb. ABŞ Prezidenti Donald Tramp yanvarın 2-də İran xalqına müraciət ünvanlayaraq diqqətə çatdırıb ki, Vaşinqton onlara hər an dəstək göstərməyə hazırdır. Rəsmi Tehran bu hədə-qorxunu pisləyib. Eyni zamanda, ölkədə etiraz dalğası fonunda ali dini lider Əli Xameneinin ailə üzvləri və köməkçiləri ilə birlikdə Moskvaya qaça biləcəyi diqqətə çatdırılır.
Firudin Həmidli
AzVision.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:251
embedMənbə:https://azvision.az
archiveBu xəbər 07 Yanvar 2026 12:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see297

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see292

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see283

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see270

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see263

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see259

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see245

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see234

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see228

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see220

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see214

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see213

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see213

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see209

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see204

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see195

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see195

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see195

Məkkə məscidində cinsi əlaqədə oldular edam edildilər

19 Oktyabr 2026 19:59see182

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri