Icma.az
close
up
RU
Moskvanın dəhliz planı pozuldu, Bakı üçün yeni fürsət EKSKLUZİV

Moskvanın dəhliz planı pozuldu, Bakı üçün yeni fürsət EKSKLUZİV

News24 saytına istinadən Icma.az xəbər verir.

“Yekaterinburqdakı hadisələri kənardan, xüsusən də Qərbdən müşahidə edənlər üçün vəziyyət qaranlıq və izaholunmazdır”.

News24.az xəbər verir ki, bu sözləri irlandiyalı siyasi ekspert, analitik, tarixçi Patrik Uolş Globalinfo.az-a açıqlamasında bildirib:

“Orada açıq-aşkar qəddarlıq var idi, bu vəhşiliyi həyata keçirənlər dövlət təhlükəsizlik qüvvələri olduğu üçün məsələ daha böyük əhəmiyyət kəsb edir. Onların bu hərəkətlərinə səbəb olduğu iddia edilən cinayətlərin çox zaman əvvəl yaşandığını nəzərə alsaq, Rusiya tərəfinin izahı şübhələnməyə əsas verir. Buna görə də müşahidəçilər Azərbaycan-Rusiya münasibətlərinin pisləşməsinin əsl səbəbini başqa yerlərdə axtarırlar. Hesab edirəm ki, buna əsaslı səbəbləri var”.

P.Uolş qeyd edib ki, şübhəsiz, münasibətlərin pisləşməsinə AZAL-a məxsus mülki təyyarənin vurulması təkan verdi:

“Ruslar daha öncə yaşanan bu hadisə ilə bağlı təkəbbürlü və açıq desək, axmaq bir yanaşma sərgiləyirlər. Əgər onlar Bakı ilə müttəfiqliklərini qiymətləndirirlərsə, bu cür davranmamalıdırlar. Deməli, baş verənlərdə daha ciddi bir şey olmalıdır. Mən bunun arxasında Zəngəzur dəhlizi məsələsinin dayandığından şübhələnirəm. Əgər ermənilərin məlumatları doğrudursa və ABŞ Prezidenti Donald Trampın dəhlizin Rusiyanın nəzarəti ilə açılmasına mane olmaq təklifi varsa, bu, həqiqətən də problemin həlli ola bilər. Beləliklə Rusiya artıq Cənubi Qafqazda heç kimə lazım olmaz. Ermənistan Moskvadan asılılığına ancaq Türkiyə və Azərbaycanla anlaşma yolu ilə son qoya bilər”.

Politoloqun sözlərinə görə, Türkiyə Ermənistanın Qərbə gedən yeganə yoludur və İrəvan Qarabağın işğalını başlatmaqla bunu bütöv bir nəsil üçün təxirə salıb:

“Qarabağ işğal olunmazdan və 750.000 azərbaycanlıya qarşı etnik “təmizlik” həyata keçirilməzdən əvvəl türklər Ermənistan üçün müstəqillik yolunu asanlaşdırmağa çalışırdılar. İndi deyəsən Ermənistanın Baş naziri Nikol Paşinyan məhz bu yolu tutub. Rusiyanın çətinliyi Cənubi Qafqazın fürsətidir! Paşinyan uğur qazanarsa, regionda Moskvanın hegemonluğundan kütləvi şəkildə qurtulmaq mümkün olacaq. Amma belə görünür ki, Azərbaycan Rusiyanın təxribatları nəticəsində, daha geniş geosiyasi səviyyədə baş verənlərlə bağlı öz heyrətamiz dərəcədə uğurlu balanslaşdırılmış xarici siyasətinə son qoyur və ya ən azından onu əsaslı şəkildə korrektə edir.

Hakimiyyətə məxsus dəhlizlərdə insanların nə bildiyini və pərdə arxasında nələrin baş verdiyini bildiyimi iddia edə bilmərəm. Mühakimə edə bilən yalnız tarixdir və biz cənab Tramp da daxil olmaqla çox qeyri-sabit bir dünyada yaşayırıq. Təkcə onu əlavə edə bilərəm ki, mən çoxqütblü dünyanın tərəfdarıyam və bu, köhnə hegemon dövlətlərdən kənar ölkələr üçün  fəaliyyət azadlığının artması deməkdir”.

Patrik Uolş həmçinin, ABŞ şirkətinin Zəngəzur dəhlizində təhlükəsizliyə nəzarət edəcəyi iddisına da fikir bildirib:

“Trampın belə bir təşəbbüsü ilə bağlı iddia inandırıcı görünür və bu, şübhəsiz ki, iri biznesmenin cəhd edə biləcəyi bir işdir. Ağ Ev lideri hər yerdə gündəm yaratmağı xoşlayır və görünür, problemlərin həllinə həddən artıq həvəslidir. Qeyd olunan təşəbbüs, Rusiyanın dəhlizdə gözlənilən hökmranlığını pozaraq və ABŞ-a itirdiyi regionda müəyyən təsir rıçaqlarını verməklə Moskvaya zərbə olacaq. Bu, həm erməni, həm də Azərbaycanın nöqteyi-nəzərindən məsələni həll etməyə imkan verir”.

Ekspert hesab edir ki, bunun üçün Trampın öz səbəbləri var:

“Birincisi, o, beləliklə, Cənubi Qafqaza sülh gətirən şəxs kimi tanınacaq. İkincisi, ABŞ-ın regionda biznes maraqlarını irəli sürür. Üçüncüsü, Rusiyanın nəbzini yoxlayır və Ukraynada Putinə qarşı sülh danışıqlarında yeni kart əldə edir. Dördüncüsü, Nobel Sülh Mükafatı uğrunda mübarizə aparmaq üçün öz CV-sini hazırlayır, əminəm ki, bu, onun çox ürəyincə olacaq”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:73
embedMənbə:https://news24.az
archiveBu xəbər 05 İyul 2025 19:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see180

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see177

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see175

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see158

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see155

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see153

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see148

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see148

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see146

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see146

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see144

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see141

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see138

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see137

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see136

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see134

Qəbələ Kəpəz i məğlub edib

10 Yanvar 2026 16:39see134

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see133

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri