Icma.az
close
up
RU
Moskvanın planı pozuldu, yalanı ifşa edildi: Ruslar üçün gerisayım başlayır

Moskvanın planı pozuldu, yalanı ifşa edildi: Ruslar üçün gerisayım başlayır

GlobalInfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Payız-qış ayları yaxınlaşdıqca Ukrayna münaqişəsinin taleyi narahatlıq doğurur. Döyüşlərin davam etdiyi müddətdə Kiyev və Moskvanın bu fəsillərdə çətinliklərlə üzləşəcəyi, hava şəraitinə görə hücum imkanlarının məhdudlaşacağı, hətta müharibənin bitəcəyi barədə fikirlər səsləndirilirdi. Bu il də oxşar düşüncələr xüsusilə Ukrayna üçün gündəmdədir.

Müharibənin yaxın aylarda bitməsi nə dərəcədə mümkün görünür? Əlverişsiz hava şəraiti səbəbindən tərəflər atəşkəs razılaşmasına gedə bilərmi?

Globalinfo.az-a danışan politoloq Oqtay Qasımov deyib ki, qış aylarında hərbi əməliyyatların aparılması spesifik çətinliklərlə müşayiət olunur:

“Bu, hava şəraiti və iqlimlə bağlı problemlərdən, havanın temperaturundan, hərəkətin çətinliyindən, qaranlıq dövrün uzunluğundan və s. ibarətdir. Qeyd olunan amillər hərbi əməliyyatların gedişatına ciddi təsir göstərir. Digər tərəfdən, Rusiya ordusunun yay aylarında həyata keçirdiyi hücumlar uğursuzluqla nəticələndi. Moskva planlaşdırırdı ki, bu müddət ərzində Ukraynanın xüsusilə Donbass, Donetsk və Zaparojye vilayətlərində hələ işğal etmədiyi ərazilərin böyük hissəsini ələ keçirərək məqsədlərinə çatacaq. Lakin bu, baş vermədi.

Ukrayna ordusu Rusiyanın hücumlarını böyük ölçüdə dəf edə bilsə də, onun potensialı sonsuz deyil və kifayət qədər həssas vəziyyətdədir. Kiyev hazırda Qərbin verdiyi dəstəkdən çox asılıdır. Yaxın aylarda atəşkəsin baş tutması real görünmür. Bu, iki ölkənin daxili iradəsindən daha çox, onları dəstəkləyən güclərin qərarlarına bağlıdır”.

Həmçinin oxuyun:

Rusiya-Ukrayna müharibəsi ilə bağlı bədbin PROQNOZ


Oqtay Qasımov

Politoloq bildirib ki, Rusiya Ukraynada hədəflərinə çatmadan müharibəni dayandırmaq istəmir:

“Bu, həm də Avropanın qlobal oyunçuya çevrilmək iddialarına qarşı duruşdur. Rusiyanı dolayısı ilə Çin dəstəkləyir və onun məğlubiyyətini istəmir. Avropa ölkələri də ABŞ-ın dəstəyi ilə Ukraynanı müdafiə edir, onun müqavimət gücünü artırmağa çalışırlar.

Müharibə başladıqdan bir il sonra gərgin bir mərhələyə daxil oldu. Son bir ildə Rusiya ordusunun ciddi cəhdlərinə və verdiyi itkilərə baxmayaraq, Kreml yalnız Ukrayna ərazilərinin təxminən 1 faizini işğal edə bilib. Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov da bunu təsdiqləyib. Gerasimov bildirib ki, mart ayından bu yana işğal olunan ərazi təxminən 3500 kvadrat kilometrdir, lakin sonradan açıqlanan məlumatların şişirdildiyi məlum oldu. Əgər 7 ay ərzində Rusiya yalnız bu qədər ərazi işğal edə bilibsə, digər torpaqları ələ keçirmək üçün uzun vaxt lazım olacaq. Tərəflər hücumlara davam edir, nəticə olaraq müharibənin uzanması qaçılmazdır”.

Safura Bənnayeva
Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:107
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 08 Sentyabr 2025 18:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see275

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see267

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see255

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see250

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see227

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see204

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see199

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see193

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see178

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see171

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see167

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see162

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see159

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see156

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see153

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see151

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see145

“iPhone”larda geri düyməsinin olmamasının səbəbi bu imiş

22 Yanvar 2026 06:18see141

Qarabag ın baş məşqçisi: Bəhlulun bütün səhvlərini bu qola görə bağışlamaq olar

22 Yanvar 2026 01:55see140

Qarabağ dan möhtəşəm qələbə: Ağdam 3:2 Frankfurt

21 Yanvar 2026 23:52see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri