Icma.az
close
up
RU
Moskvanın dostu Bakı ilə razılaşdı 44 günlük müharibədən sonra...

Moskvanın dostu Bakı ilə razılaşdı 44 günlük müharibədən sonra...

Icma.az, GlobalInfo portalına istinadən məlumat yayır.

Azərbaycan ilə Belarus arasında əlaqələrin son dövrlərdə sürətlə inkişaf etməsi, iki ölkənin strateji tərəfdaşlıqda yeni mərhələyə qədəm qoyduğunu göstərir. Mayın 5-də Bakıda keçirilən Azərbaycan-Belarus Hökumətlərarası Komissiyasının 14-cü iclası çərçivəsində imzalanan sənədlər bu yaxınlaşmanın əsasını təşkil edir.

Tərəflər sənaye əməkdaşlığını gücləndirmək, birgə istehsal müəssisələri qurmaq və yüksək texnologiyalı məhsulların istehsalını artırmaq niyyətində olduqlarını bəyan ediblər. Xüsusilə Gəncə Avtomobil Zavodunda Belarus istehsalı olan traktorlar, elektrik avtobusları və digər mühəndislik məhsullarının istehsalı diqqət mərkəzindədir. Bundan əlavə, kənd təsərrüfatı texnikası, yanğınsöndürmə avadanlıqları və dərman vasitələrinin birgə istehsalı planlaşdırılır.

Ticarət sahəsində də əhəmiyyətli irəliləyişlər müşahidə olunur. 2023-cü ildə Belarusun Azərbaycana ixracı 300 milyon dolları keçib və tərəflər illik ticarət dövriyyəsini 500 milyon dollara çatdırmağı hədəfləyirlər. Azərbaycanın Belarus bazarına meyvə, tərəvəz, neft məhsulları və kimyəvi məhsullar ixracı artıb.

Globalinfo.az-a danışan siyasi şərhçi Əli Züfürqaroğlu deyib ki, Belarus ilə Azərbaycan arasında yaxın müttəfiqlik əlaqələri mövcuddur:

“Rəsmi Minsk, istər işğal dövründə, istərsə də 44 günlük müharibədən sonra Azərbaycanın prinsipial mövqeyini dəstəkləyərək Bakının etimadını qazanıb. Belarus, Azərbaycana qarşı hər zaman ədalətli mövqe sərgiləyib və ikitərəfli münasibətləri inkişaf etdirməkdə maraqlıdır.


Əli Zülfüqaroğlu

İki ölkə arasında yalnız siyasi deyil, həm də iqtisadi və hərbi-sənaye sahələrində sıx əlaqələr mövcuddur. Rəsmi Bakı, xüsusilə iqtisadi sahədə əməkdaşlığın inkişafında böyük maraq göstərir. Son illərdə hərbi sənaye sahəsində ciddi təmaslar olmuşdu, amma artıq belə təmaslar real əməkdaşlığa çevrilib. Ekspertlər bu sahədəki əməkdaşlıq imkanlarının geniş olduğunu və iki ölkənin bu istiqamətdə önəmli nəticələr əldə edə biləcəyini qeyd edirlər”.

Turan Rzayev
Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:121
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 07 May 2025 12:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see170

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see163

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see158

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see156

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see156

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see150

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see147

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see142

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see138

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see134

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see133

SON DƏQİQƏ Siqaret satışı ilə bağlı QƏRAR VERİLDİ

22 Dekabr 2025 11:25see133

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see133

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see133

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see133

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see133

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see132

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see131

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see128

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri