Icma.az
close
up
RU
Türkiyənin düşməni Ermənistanın dostu oldu XTQ 44 günlük müharibədən əvvəl...

Türkiyənin düşməni Ermənistanın dostu oldu XTQ 44 günlük müharibədən əvvəl...

Icma.az, GlobalInfo portalına istinadən məlumatı açıqlayır.

Ermənistan ordusunun Baş Qərargah rəisi Edvard Asryanın Kipr Respublikasının Milli Qvardiyasının Baş Qərargah rəisi Georgios Tsitsikostas ilə görüşü diqqət çəkib. Ermənistan nümayəndə heyətinin Kiprə səfəri çərçivəsində tərəflər hərbi əməkdaşlığın gələcək inkişaf istiqamətlərini müzakirə ediblər.

Bu cür görüşlərin regionda gərginliyin azaldığı bir dövrdə keçirilməsi müxtəlif istiqamətlərdən dəyərləndirilir. Ekspertlərin fikrincə, belə əməkdaşlıqlar Kiprin Yunanıstanla yaxın əlaqələri fonunda Türkiyə və Azərbaycanla münasibətlərə dolayısı yolla təsir göstərə bilər.

Globalinfo.az-a danışan siyasi şərhçi Əhəd Məmmədli deyib ki, bu tip görüşlərin keçirilməsi təəccüblü deyil:

“Əslində, belə görüşlər hələ İkinci Qarabağ müharibəsindən əvvəl də baş tuturdu. Hətta Ermənistanın xüsusi təyinatlı qüvvələri Cənubi Kiprdə təlimlər keçib. Ümumiyyətlə, 1990-cı illərdən bu yana Kipr və Ermənistan bir-birinə dəstək göstərirlər. Onları birləşdirən əsas amil isə anti-Türkiyə yanaşmasıdır. Bu səbəbdən də hərbi sahə başda olmaqla əməkdaşlıqları hər zaman mövcud olub.

İrəvan bu gün hərbi tərəfdaşlıq coğrafiyasını daha da genişləndirir. Əgər əvvəllər Ermənistanın əsas hərbi tərəfdaşları yalnız Yunanıstan və Kipr idisə, artıq bu siyahıya Hindistan və Fransa da daxil olub. Beləliklə, Ermənistanın regional hərbi-siyasi aktivliyini artırdığı görünür”.


Əhəd Məmmədli

Ekspert bildirib ki, Azərbaycan da mövcud reallıqda öz hərbi üstünlüyünü qoruyub saxlamalı və yeni tərəfdaşlıqlara can atmalıdır:

“Biz bu prosesləri diqqətlə izləməli və Ermənistanın güclənməsinə yol verməməliyik. Hər zaman bu ölkənin üzərində hərbi baxımdan üstün olmalıyıq. Fikrimcə, Çin, Cənubi Koreya kimi hərbi texnologiyada inkişaf etmiş ölkələrlə əməkdaşlığımızı genişləndirməli, imkanlarımızı artırmalıyıq.

Ermənistanın hələlik Azərbaycan və Türkiyəyə qarşı hərbi-siyasi baxımdan ciddi bir addım atmaq imkanı və gücü yoxdur. Odur ki, bu cür təşəbbüsləri daha çox siyasi mesaj kimi dəyərləndirmək lazımdır”.

Turan Rzayev
Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:145
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 23 May 2025 20:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see198

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see197

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see195

ABŞ Venesueladan icazəsiz çıxan bütün tankerləri ələ keçirəcək

13 Yanvar 2026 00:04see193

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see185

İcra başçısının nümayəndəliyi möhürü itirdi

13 Yanvar 2026 02:27see173

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see169

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see165

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see165

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see162

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see157

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see152

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see150

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see149

İran çıxılmaz vəziyyətə düşüb? KONKRET

11 Yanvar 2026 20:10see148

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see140

Qızılın qiyməti BAHALAŞDI

12 Yanvar 2026 09:52see140

İsraillə Almaniya arasında təhlükəsizlik sahəsində strateji əməkdaşlıq bəyannaməsi imzalandı

12 Yanvar 2026 03:43see138

ABŞ lı analitikdən diqqətçəkən paylaşım FOTO

11 Yanvar 2026 22:26see133

PUA ların dövriyyəsinə xüsusi icazə və dövlət qeydiyyatı artıq “mygov”da

12 Yanvar 2026 10:10see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri