Moskvaya raket və pilotsuz təyyarələrlə hücum başladı
Lent az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Rusiya və Ukrayna mediası Moskva və Moskva vilayətinə genişmiqyaslı birgə hücumdan xəbər verir.
Bir neçə Telegram kanalının məlumatına görə, səmada Rusiya paytaxtına doğru hərəkət edən bir neçə hədəf qrupu - raketlər və pilotsuz təyyarələr aşkar edilib.
Lent.az xarici KİV-ə istinadla bildirir ki, Ukraynanın monitorinq resursları hadisəni Rusiya ərazisinə “ən kütləvi zərbələrdən biri” adlandırır. Onlar havaya "çox yaxşı hədəflər" atıldığını iddia edirlər və sosial media istifadəçiləri yaxın saatlarda "yaxşı xəbər" alacağına ümidlərini ifadə ediblər.
Rusiyalı hərbi müxbirlər, öz növbəsində, səmada on bir Ukrayna təyyarəsinin görünməsi barədə məlumat veriblər və Storm Shadow (Fırtına Kölgəsi) qanadlı raketlərinin atılacağını irəli sürüblər.
Ukraynanın ictimai qrupları Rusiyadan gələn xəbərlərə ironik reaksiya verib və qeyd ediblər ki, onlar “təkcə atışları deyil, həm də enişləri gözləyirlər”. Yazılarda həmçinin Moskva vilayətinə yönəlmiş pilotsuz təyyarələrin və raketlərin təxmini uçuş yolları da yer alıb.
Rusiya mətbuatının məlumatına görə, altı raket Moskvaya doğru gedir. Ukrayna sosial mediası bunu müsbət əlamət kimi qəbul edərək, “nəhayət yaxşı xəbər gəlir” kimi şərhlərlə çıxış edib.


