Rusiya raket və pilotsuz təyyarələrlə kütləvi hücuma keçib
Yeniavaz saytına istinadən Icma.az xəbər verir.
Rusiya qoşunları raket və pilotsuz təyyarələrlə Ukraynanın bölgələrinə kütləvi hücuma keçib.
Yeniavaz.com Ukrayna mətbuatına istinadla xəbər verir ki, ölkənin əksər ərazilərində hava hücumu xəbərdarlığı elan edilib.
Ukrayna Energetika Nazirliyinin məlumatına görə, kütləvi hücumun əsas hədəfi enerji obyektləri olub.
Xarkov Rayon Hərbi İdarəsi Mirnoe rayonundakı zavoda hücum olduğunu, 4 nəfərin yaralandığını bildirib. Çerniqov Rayon Hərbi Administrasiyasının məlumatına görə, üç rayonda yaşayış evləri, idman zalı və fermaya ziyan dəyib.
Qeyd edək ki, Rusiya Ukraynada hərbi əməliyyatlara başladıqdan qısa müddət sonra bu ölkədəki enerji obyektlərini dağıtmağa başlayıb və bu proses bu günə kimi davam etməkdədir.
2024-cü ilin martında Beynəlxalq Cinayət Məhkəməsi Rusiya Qara Dəniz Donanmasının komandiri admiral Viktor Sokolov və Aerokosmik Qüvvələrinin uzaqmənzilli aviasiyasının komandiri general-leytenant Sergey Kobılaşın barəsində Ukraynanın enerji obyektlərinin qəsdən məhv edilməsi ilə bağlı həbs qərarı çıxarıb.
Bu mövzuda digər xəbərlər:Moskvaya raket və pilotsuz təyyarələrlə hücum başladı
21 Oktyabr 2025 19:34
Rusiya Kiyevə kütləvi hücuma keçib VİDEO
04 İyul 2025 10:15
Rusiya Ukraynaya pilotsuz təyyarələrlə hücum edib: ölənlər var
01 May 2025 13:20
Rusiya müxtəlif növ silahlarla Ukraynaya növbəti kütləvi hücuma keçib
21 Avqust 2025 11:16
Rusiya pilotsuz təyyarələrlə NATO ölkələrinə niyə hücum edir? Sensasion faktlar
15 Sentyabr 2025 10:33
Baxış sayı:142
Bu xəbər 13 Dekabr 2024 14:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















