Mossad üçün işləyən iki şübhəli həbs edildi
Turkstan.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
İsrail kəşfiyyat xidməti Mossadda çalışdıqları iddiası ilə saxlanılan Mehmet Budak Derya və Veysel Kerimoğlu həbs ediliblər.
Turkustan.az xəbər verir ki, bir müddətdir nəzarət altında olan və Milli Kəşfiyyat İdarəsi (MİT), İstanbul Baş Prokurorluğu və İstanbul Vilayət Polis İdarəsinin birgə əməliyyatı nəticəsində tutulan Derya və Kərimoğlunun məhkəmə prosesi İstanbul Məhkəməsində başa çatıb.
Hakim şübhəlilərin "siyasi və ya hərbi casusluq məqsədləri üçün dövlət sirlərini əldə etmək" ittihamı ilə həbs olunmasına qərar verib.
Bir müddətdir Türkiyə Milli Kəşfiyyat Təşkilatı (MİT) tərəfindən izlənilən şirkətin sahibi Mehmet Budak Derya və onun işçisi Veysel Kerimoğlunun İsrail kəşfiyyat xidməti Mossad-a məlumat ötürdüyü müəyyən edilib.
Aytən Yaşar/ Turkustan.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:112
Bu xəbər 10 Fevral 2026 13:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















