Icma.az
close
up
RU
Motivasiyanı qorumaq üçün 6 yol Sizi uğura apara bilər

Motivasiyanı qorumaq üçün 6 yol Sizi uğura apara bilər

News24 saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bəzən hər şey planladığımız kimi getmir. Nəyinsə planını qurur, müsbət enerjiyə köklənib davamını gətirmək istəyirik, lakin işlər birdən-birə gözlədiyimiz kimi getmir və bu bizim motivasiyamızı aşağı salır. Hətta elə olur ki, ən yaxşı şərtlər altında belə motivasiyamızı qoruyub saxlamaq çətin ola bilir. 

Ən gözəl göründüyünüz fotonuzun göz önündə olması üçün soyuducunuzun üzərinə, özünüzə 1 milyonluq çek yazıb kompüterinizin ekranına yapışdırmaq və s. kimi motivasiya verici üsullardan biz də xəbərdarıq, lakin unutmamalıyıq ki, motivasiya sehr deyil. Heç kim həyatımıza sehirli çubuqla toxunmur.  Ancaq ümidsiz olmayın, çünki motivasiyanızı artırmaq və saxlamaq üçün edə biləcəyiniz bir şey var.

Çətin vəziyyətdəsinizsə, özünüzə sual verin, soruşun ki, motivasiyanızı necə saxlaya bilərsiniz?

Daha sonra hansı sahədə motivasiyanıza ehtiyacınızın olduğunu müəyyən edin. Yeni bir işə başlamaq istəyirsiniz? 10.000 hissədən ibarət bir pazılı bitirmək? Yoxsa dünyanın ən yüksək dağına dırmanmaq?

News24.az sizə motivasiyanızı qoruyub saxlamağa kömək edəcək 7 addımı təqdim edir: 

Bir məqsəd təyin edin və bu məqsədi ən kiçik detallarına qədər vizuallaşdırın

Məqsədinizi görün, hiss edin və hətta məqsədinizə çatdığınız zaman sizi müşayiət edəcək bütün səsləri təsəvvür edin. Küləyin saçlarınızdan axdığını hiss edin və alqışları eşidin. Eynilə dünya şöhrətli idmançılar kimi. Onlar həmçinin finiş xəttini keçərkən üzlərindən damcılanan tər qoxusuna qədər öz performanslarını vizuallaşdırırlar. Nəinki bu, hətta performanslarını zamandan kənara daşımağı bacarırlar.

Məqsədinizlə bağlı bir siyahı hazırlayın

Bəzən öz hisslərimizə nəzarəti itirmək asan olur. Buna görə də özünüzü hədəfinizə cəmləməlisiniz. Əgər aranızda “uğur”un daha güclü qarantiyası istəyənlər varsa, onlara ən qısa zamanda qələmlərini əllərinə alıb məqsədlərini kağıza köçürmələrini tövsiyə edirik.

Tədqiqatlar göstərir ki, yazı hərflərlə təkbətək əlaqə qurmağa imkan verdiyi üçün beynimizin daha aktiv işləməsini təmin edir. Lakin bunları kompüterdə yazmaq yalnız hərflərin seçilməsini ehtiva edən avtomatik bir funksiyadır və bu yolla yazdıqlarınızla zehni əlaqə qurma sürəti çox aşağıdır. Bu, yazdıqlarınızın gerçəkləşmə ehtimalını ciddi şəkildə azaldır.

Məqsədinizi kiçik hissələrə ayırın, ara məqsədlər və ya mükafatlar təyin edin

Bu hadisəni "bölmə" olaraq adlandırırıq. Hətta bizim fikrimizcə, məqsədləri kiçik hissələrə bölmək diqqət pozğunluğunun ən təsirli antidotudur. Düşünün, həyatımızdakı ən böyük stress, çox sayda işin olmasının yaratdığı hissdən qaynaqlanmırmı? Bir layihəyə qoşulub hər şeyi bir anda etməyə çalışsanız, bu yükün altında əzilmirsinizmi?

Bölmə metoduna gəldikdə, dediyimiz sistem bir layihənin hissələrə ayrılmasını ehtiva edir.

Məqsədlərinizi kiçik və real addımlara bölürsünüz və hər dəfə birini həyata keçirirsiniz. Yəni, almanı bütövünü yemək əvəzinə kiçik bir dişləmək ilə başlayırsınız. Neyrobiologiya bizə hər bir kiçik uğurun beynin mükafat mərkəzini hərəkətə gətirərək yaxşı hiss etməyimizi təmin edən dopamin buraxdığını deyir. Bu da hər hansı bir işə diqqət yetirməyimizi asanlaşdırır və bizə bir addım daha atmaq üçün lazım olan ilhamı verir. Bu üsulu etməyə həvəsli olmadığınız işlərdə, məsələn, sənədlərinizi və ya ödənişlərinizi qaydaya salmaqda və ya yeni iş tapmaqda istifadə edə bilərsiniz. Bir strategiya hazırlayın, lakin lazım olduqda yolunuzu dəyişdirməyə hazır olun.

Lampanı icad edən Tomas Edison sizə bu mövzuda ilham versin: “Mən uğursuz oldum” yox, “mən işləməyəcək 10.000 yol tapdım” deməyi öyrənməlisiniz. Bizim ən böyük zəifliyimiz təslim olmağımızdır. Uğur qazanmağın ən etibarlı yolu həmişə bir dəfə daha cəhd etməkdir. ”

Ehtiyacınız olan yardımı alın

Teorik olaraq, məqsədinizi tək başına yerinə yetirə bilərsiniz, amma məqsədlərinizi başqaları ilə paylaşmanın dəyəri ölçülməzdir. İnsanlar məhz buna görə niyyətlərini başqalarına elan edirlər, Məsələn, evlənmək üçün şahidlərə ehtiyac duyurlar. Niyyətinizi dünyaya bəyan etmək, hətta daha əhəmiyyətlisi, öz şüuraltınıza çox güclü bir mesaj göndərib və bu bəzən ən yaxşı cəhdlərimizi belə sabotaj edə bilər. Üstəlik, bacarıqlarımızı şişirtmə meylimiz də var. Amma kimə nə deyəcəyimizi və kimdən kömək istəyəcəyimizi seçərkən diqqətli olmalıyıq. Bütün bu ziddiyyətlər arasında doğru alət və ya doğru şəxsi tapmaq, motivasiyanızı qorumağınıza lazımlı dəstəyi təmin edəcək.

Özünüzdən başladığınız işə davam etmək üçün səbəblərinizin nə olduğunu soruşun

 “Apple”ın baş direktoru Stiv Cobs bu məqaləni mükəmməl şəkildə təcəssüm etdirir. O, müsahibələrinin birində deyib: “İnanıram ki, zamanla davamlı olaraq öz üzərində uğur qazanmaq üçün işləyən insanların çoxu bunu həvəslə edirlər. Bu, məhz belə olmalıdır. Çünki insanların dəyişən düşüncə və şıltaqlıqlarını nəzərə alsaq, tez-tez tənqidlərə məruz qalacağınız bir həqiqətdir və tənqid olunmağı həzm etmək çox çətindir. Təbii ki, tənqid olunanda siz də arxada dayanmağı və qarşıdakı insanı dinləməyi öyrənirsiniz.

Üstəlik, bu cür tənqidlər sonda tərif almağı bacarsanız da, sizi müəyyən qədər iltifatlı sözlərin sehrindən uzaqlaşdırır. Beləliklə, tərif sizin üçün bir az əhəmiyyət kəsb edir, hətta tənqid də əhəmiyyətini itirir. Bu andan etibarən daha çox daxili impulsla hərəkət etməyə başlayırsınız”. /valyuta.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:70
embedMənbə:https://news24.az
archiveBu xəbər 09 Mart 2025 07:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see271

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see247

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see240

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see236

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see226

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see217

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see197

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see196

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see196

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see191

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see189

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see172

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see171

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see161

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see160

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see157

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see147

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see146
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri