Motosikletçi qarğa ilə toqquşub kontuziya aldı
Lent az saytına istinadən Icma.az xəbər verir.
Moskva vilayətində motosikletçi saatda 270 kilometr sürətlə hərəkət edərkən qarğa ilə toqquşması nəticəsində xəsarət alıb.
Lent.az yerli mediaya istinadən xəbər verir ki, motosikletçi yüksək sürətlə hərəkət edərkən "aşağıdan maneə" — uçuşa başlayan quş görüb. Bir göz qırpımında baş nahiyəsinə güclü zərbə dəyib. Koordinasiyanı itirməsinə və görmə qabiliyyətinin olmamasına baxmayaraq, bayker tarazlığı qoruyub saxlaya və dayana bilib.
Zərbənin gücündən quş sözün əsl mənasında parça-parça olub. Dəbilqə zədələnib, vizor (şüşə) qırılıb. Bir müddət özünə gəlməyə çalışan kişi daha sonra təkbaşına evə çatıb və ordan xəstəxanaya gedib. Həkimlər yüngül formada kontuziya (beyin silkələnməsi/zədələnməsi) və qulaqlarda güclü səs-küy diaqnozu qoyublar. Zəng səsi bir neçə gün keçməyərək normal yatmağa mane olub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:109
Bu xəbər 09 Avqust 2026 13:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















