Motosikletçi tərbiyəsizlik etdi...
Adelet.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Son aylar Bakıda motosikletlərin, mobedlərin , velosipedlərin iştirakı ilə ağır qəzalar baş verir. Heç kimə sirr deyil ki, həmin nəqliyyatlardan istifadə edənlərin çoxu kuryerlik fəaliyyəti ilə məşğuldur.
Onlar da həmişə sifarişçiyə məhsulu tez çatdırmaq üçün o nəqliyyat vasitələri yüksək sürətlə idarə edir, yol hərəkəti qaydalarını tez- tez pozurlar. Bu zaman isə ağır qəzalar qaçılmaz olur. Bir neçə gün öncə Saray- Novxanı yolunda kuryerlik fəaliyyəti ilə məşğul olan iki gənc motosikleti idarə edərkən avtomobillə toqquşub və nəticədə ağır qəza baş verib, hər iki kuryer hadisə yerində ölüb.
Çünki bu işlə məşğul olanlar həmişə tələsir, yol hərəkəti qaydalarına əməl etmir və belə faciələr baş verir. Oktyabrın 13- də saat 12:20 dəqiqədə Keçmiş Buynakski küçəsindən metronun " İçərişəhər" stansiyasına düşürdüm. Məndən əvvəl yaşlı bir kişi gedirdi. Piyada zolağına çatanda avtomobil dayandı və ona yol verdi, amma motosikleti idarə edən kuryer ona yol vermədən keçdi , qəza şəraiti yaratdı. Az qalmışdı ki, piyadanı vursun.
Yaşlı kişi isə motosikletçiyə əli ilə etiraz elədi. Çünki motosikletçı yol hərəkəti qaydasını kobud surətdə pozmuş , piyadanın həyatı üçün təhlükə yaratmışdı. O, yolu dönüb, motosikleti saxladı və yaşlı adamla mübahisə elədi , özünü haqlı saydı. Hansı ki, qayda pozuntusuna, piyadaya yol verməməyə görə,o, 50 manat civarında cərimə edilməlidir!
Gözləmək olardı ki, buna görə , piyadadan üzr istəyəcək, amma biz bunun əksini gördük! Gördük ki, motosikletçi özünü haqlı sayır və tərbiyəsiz hərəkət edir. Belə tərbiyəsiz adamlar üçün yol hərəkəti pozmaq adı haldır! Babası yaşda bir adamla kobud rəftar etməyin özü ən böyük tərbiyəsizlikdir! Və bütün hərəkət iştirakçıları yol hərəkəti qaydalarına əməl etməyə borcludur! O cümlədən həmin motosikletçi!!!
Emil FAİQOĞLU
Baxış sayı:93
Bu xəbər 13 Oktyabr 2026 14:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















