Motosikletlər velosiped zolaqlarında ciddi təhlükə yaradırlar NARAZILIQ
Oxu.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Bakı şəhərində salınan velosiped zolaqlarında motosikletlərin hərəkəti ciddi narazılığa səbəb olub.
Oxu.Az xəbər verir ki, sosial şəbəkələrdə yayılan şikayətlərə görə, bu cür vəziyyət velosipedçilər və skuterçilər üçün real təhlükə yaradır.
Velosiped zolaqlarında motosikletlərin hərəkəti qanuni hesab olunurmu?
Bakı Şəhəri Baş Polis İdarəsinin bölmə rəisi Toğrul Nəsirli Oxu.Az-a açıqlamasında bildirib ki, bəzən vətəndaşlar motosiklet və moped anlayışlarını qarışdırırlar:
"Velosiped zolaqlarında skuter və velosipedlərdən başqa mopedlərin hərəkəti qadağan edilmir. Əgər söhbət dövlət nömrə nişanı olan motosikletlərdən gedirsə, onların velosiped zolağı ilə hərəkət etməsi də digər nəqliyyat vasitələri kimi, İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq, 2 cərimə balı və 100 manat məbləğində cərimə yaradır", - deyə T.Nəsirli vurğulayıb.
Əzizə İsmayılova
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:43
Bu xəbər 09 Noyabr 2024 11:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















