Icma.az
close
up
RU
Müəllimlərin imtahanından növbəti NARAZILIQ

Müəllimlərin imtahanından növbəti NARAZILIQ

Icma.az, News24 portalına istinadən məlumatı açıqlayır.

Bir neçə ildir ümumi təhsil müəssisələrində çalışan müəllimlər sertifikasiya imtahanına cəlb olunurlar. Bu il də iyunun 18-də təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsi başlanıb. Bu ildə təşkil olunacaq sertifikatlaşdırılma prosesində kimya, biologiya, fizika, coğrafiya, informatika fənlərini tədris edən müəllimlər, eyni zamanda ibtidai sinif, Azərbaycan dili və ədəbiyyat, riyaziyyat və xarici dil (ingilis dili, rus dili, Azərbaycan dili (rus bölməsi), alman dili, fransız dili və s.) müəllimləri iştirak edəcəklər.

Artıq dünən, iyunun 18-i bəzi fənlərdən imtahanlar keçirilib.

Öncəki illərdə Azərbaycan dili və ədəbiyyatı fənnindən təşkil edilən imtahanlarda iştirak edə bilməyən müəllimlər bu il özlərini sınayıblar. Lakin müəllimlər iddia edirlər ki, bu ilki imtahan sualları iki il öncəki ilk dəfə keçirilən Azərbaycan dili və ədəbiyyatı fənn imtahanından çətinlik dərəcəsinə görə xeyli fərqlənib. Onlar çox az sayda asan sualların olduğunu, 10-dan çox mətnin salındığını qeyd ediblər. Müəllimlərin sözlərinə görə, sualların çətinlik səviyyəsi ilə verilən vaxt tərsmütənasib olub.

Müqayisəyə gəldikdə isə onlar hesab edirlər ki, ilk dəfə 2023-cü ildə Azərbaycan dili və ədəbiyyatı fənnindən təşkil edilən imtahan təxminən buraxılış sinif imtahanları kimi, bu ilki imtahan isə müəllimlərin işə qəbulu imtahanları səviyyəsindədir.

İddialar nə dərəcədə reallığa uyğundur?

Mövzu barədə fikirlərini Bizim.Media-ya bildirən təhsil sahəsi üzrə ekspert Elçin Əfəndi deyib ki, hər ötən imtahan insana daha asan gəlir:

“İlk dəfə təşkil edilən imtahan sualları hər kəsə asan gələcək, çünki kənardan oturub imtahan suallarına baxmaq başqadır, imtahan zamanı iştirak etmək isə başqadır. Bu ilki imtahana girməyən məhdud sayda Azərbaycan dili və ədəbiyyat fənn müəllimi varsa, onlara da növbəti imtahan sualları çətin gələcək.

Bu, hər bir imtahanda belədir. İlk imtahan cəhdində iştirak edə bilməyənlərin hazırlıq üçün kifayət qədər vaxtları oldu. Onlar sualları daha yaxşı cavablandırmalı idilər. Çünki suallar hamısı konkret olaraq Elm və Təhsil Nazirliyinin tam orta ümumtəhsil müəssisələrində tədris etdiyi dərs vəsaitlərinə əsaslanır”.

O, hesab edir ki, sertifikasiya imtahanı kifayət qədər ədalətlidir:

“Təhsil İnstitutu tərəfindən çərçivə sənədi təqdim olunmuşdu, həmin çərçivə sənədinə baxa bilərdilər. Yaxşı olar ki, həmin şəxslər Təhsil İnstitutuna iradlarını bildirsinlər. Hər hansı yaxşı nəticə qazanmamışıqsa, günahı özümüzdə axtarmalıyıq.

Elə ölkələr var ki, onlarda sertifikasiya formatı olmasa da, attestasiya keçirilir və bir dəfə şans verilir. Keçmədilərsə, əmək müqaviləsinə xitam verilir və yola salnır. Bizdə isə ikinci şans da tanınır.

Heç vaxt istəmərik ki, övladımıza kurikulumu, öz ixtisasını, ümumiyyətlə, metodikanı bilməyən müəllim dərs desin. İstəyirik ki, təhsil müəssisələrində konkret olaraq ixtisası, bilikləri, metodikanı bilən yüksək ixtisaslı kadrlar olsun ki, bizim övladlarımızı müvafiq istiqamətlər üzrə yaxşı hazırlasınlar. Biz də əlavə olaraq repetiror hazırlığına ehtiyac duymayaq”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:270
embedMənbə:https://news24.az
archiveBu xəbər 20 İyun 2025 14:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see326

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see305

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see290

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see263

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see259

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see251

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see244

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see237

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see231

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see222

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see222

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see212

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see206

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see204

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see200

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see193

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see184

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri