Icma.az
close
up
RU
Fənər in bu sindromuna Mourinyo da çarə tapa bilməyib

Fənər in bu sindromuna Mourinyo da çarə tapa bilməyib

Footbal-plus saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

''Fənərbaxça'' ''Qalatasaray''la amansız çempionluq mübarizəsini davam etdirir.

''Football-plus.az'' xəbər verir ki, Joze Mourinyonun komandası son turda səfərdə ''Sivasspor''u məğlub edərək 3 xallıq fərqin artmasına imkan vermədi. Anadolu klublarına qarşı uduzmayan, ən pis halda bu rəqiblərlə görüşdə heç-heçə oynayan İstanbul nəhəngi son illərdə əsas problemi iddialı klublarla oyunlarda yaşayır.
Maraqlıdı ki, hələlik Mourinyo da bu problemə çarə tapa bilmir. Ən diqqətçəkən fakt odu ki, ''Fənərbaxça''nın Türkiyə çempionatı çərçivəsində son 7 məğlubiyyətinin hamısı güclü rəqiblər, yəni ''Qalatasaray'', ''Beşiktaş'' və ''Trabzonspor''la oyunlarda qeydə alınıb! Bu mövsüm ''sarı-lacivərdlilər'' superliqada hər iki məğlubiyyəti ''Qalatasaray'' və ''Beşiktaş''a qarşı derbilərdə yaşayıb. Ötən mövsüm komandanın yeganə məğlubiyyəti evdə ''Trabzonspor''la görüşdə qeydə alındı.
Siyahını bir qədər də uzatsaq və 2022/23-ə nəzər salsaq, ''Fənərbaxça'' 37-ci turda səfərdə ''Qalatasaray''a (0:3), 27-ci turda evdə ''Beşiktaş''a (2:4), 18-ci turda evdə ''Qalatasaray''a (0:3) və 15-ci turda səfərdə ''Trabzonspor''a (0:2) boyun əyib. Bu mövsüm ''Fənər'' ''Göztəpə'' (2:2), ''Samsunspor'' (2:2, 0:0), ''Eyüpspor'' (1:1) kimi klublarla oyunlarda da xallar itirib. Amma onlara uduzmayıb.
Cüzi irəliləyiş kimi Mourinyonun komandasının ''Trabzonspor''a qarşı uğurlu nəticələrini qeyd etmək olar. Belə ki, bu mövsüm trabzonlularla hər iki oyunda qələbə əldə olundu. Amma İstanbul nəhənglərinə qarşı eyni uğuru sərgiləmək mümkün olmayıb. Hətta ''Fənər'' kubokda da uğursuzluğa düçar olaraq tarixində ilk dəfə bir mövsümdə iki dəfə ''Qalatasaray''a evdə uduzub!
Hazırda komanda superliqada 3 oyunluq qələbə, 15 oyunluq məğlubiyyətsiz seriyaya malikdi. Maraq üçün bildirək ki, ''Fənər'' qalan 7 tur ərzində böyük klublardan yalnız ''Beşiktaş''la qarşılaşacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:228
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 18 Aprel 2025 20:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see292

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see258

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see243

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see242

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see231

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see229

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see228

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see219

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see216

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see216

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see213

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see211

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see202

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see199

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see196

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see191

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see190

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see190

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see189

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri