Icma.az
close
up
RU
Mourinyodan “Roma” üzərində inanılmaz qələbədən sonra sərt sözlər

Mourinyodan “Roma” üzərində inanılmaz qələbədən sonra sərt sözlər

Icma.az, Idman.biz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Real Madrid”in baş məşqçisi Joze Mourinyo UEFA Çempionlar Liqasının liqa mərhələsinin ikinci turunda “Roma” üzərində 4:3 hesablı qələbədən sonra rəqibin oyun üslubu və komandasının möhtəşəm geridönüşü barədə danışıb.

İdman.Biz xəbər verir ki, portuqaliyalı mütəxəssis “Movistar+” telekanalına açıqlamasında Can Pyero Qasperininin rəhbərlik etdiyi Roma təmsilçisinin qeyri-adi futbol nümayiş etdirdiyini vurğulayıb.

“Bu, son dərəcə çətin oyun idi. Rəqibimiz bizim öyrəşdiyimiz futboldan tamamilə fərqli idman növü ilə məşğul olur. Lakin belə yüksək tempi, intensivliyi və fərdi pressinqi 90 dəqiqə ərzində qorumaq onlar üçün də çox çətindir”, - deyə Mourinyo söyləyib.

Təcrübəli mütəxəssis “Roma”nın hesabda önə keçməyə layiq olduğunu etiraf etsə də, komandasının müdafiədə buraxdığı səhvlərdən narazı qalıb:

“Roma” hesabda önə keçməyə layiq idi. Buraxdığımız qollardan ikisi isə qətiyyən xoşuma gəlmədi. İkinci hissədə futbolçularımızın cəsarəti və xarakteri sayəsində oyunun gedişini dəyişə bildik”.

Mourinyo açıqlamasında rəqibin taktiki xüsusiyyətlərinə də toxunub:

“İtaliyada uzun illər çalışdığım üçün Qasperininin komandalarının oyun üslubunu yaxşı tanıyıram. Bununla belə, o, hücum düzülüşü və sağ cinahdan təşkil etdiyi hücumlarla bizi təəccübləndirdi. İkinci hissənin əvvəlində oyunumuz daha sabit görünürdü, lakin meydanın mərkəzindəki səhvimizdən sonra əks-hücumda qol buraxdıq. Bundan sonra futbolçularımız həm xarakter, həm də taktiki baxımdan düzgün reaksiya verdilər”.

Portuqaliyalı çalışdırıcı komandasının qələbə əzmini xüsusi qeyd edib:

“Belə güclü rəqiblə səfərdə heç-heçə də müsbət nəticə olardı. Ancaq biz qələbə uğrunda mübarizəni davam etdirdik və çox vacib uğur qazandıq. İki son dərəcə çətin rəqibi məğlub etmişik. Onların ən güclülər olduğunu demirəm, çünki qarşıda bizi “Arsenal”la oyun gözləyir. Lakin bu qələbələr sayəsində turnir cədvəlində əla mövqe tutmuşuq”.

Mourinyo “Roma”nın 3:1 hesabı ilə önə keçməsindən sonrakı vəziyyəti isə daha sərt ifadələrlə dəyərləndirib.

“Roma” üçüncü qolu vurub 3:1 hesabı ilə önə keçəndə elə düşündülər ki, oyun artıq bitib. Amma əslində, taqətdən düşən onların öz futbolçuları idi”, – deyə məşqçinin sözlərini insayder Fabrizio Romano sosial şəbəkədə paylaşıb.

Qeyd edək ki, “Real Madrid” səfərdə 1:3 hesabı ilə geridə olduğu qarşılaşmanın son dəqiqələrində Karlos Espi, Endrik və Antonio Rüdigerin qolları sayəsində 4:3 hesablı qələbə qazanıb.

Madrid təmsilçisi ilk turda “İnter”i 2:1 hesabı ilə məğlub edib. Beləliklə, Mourinyonun komandası iki oyundan maksimum nəticə - altı xal toplayıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:82
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 15 Oktyabr 2026 03:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see375

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see336

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see330

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see323

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see322

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see317

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see309

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see302

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see299

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see275

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see267

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see259

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see257

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see251

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see250

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see246

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see233

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see213

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see209

Baş ağrılarına fərqli müalicə: “Homeosiniatriya” üsulu nədir?

30 Oktyabr 2026 18:58see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri