Icma.az
close
up
RU
Mövcud olmayan sensasiya

Mövcud olmayan sensasiya

Ayna portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Ortada heç bir əsas yoxdur axı...

Baxmaq və görmək iki fərqli məsələdir. Bir sıra KİV-lərin xarici nəşrlərə istinadən yaydığı xəbərləri təhlil edərək buna bir daha əmin oldum - yazdılar ki, “ABŞ bu həftə Ukraynaya əvvəllər İsraildə saxlanılan “Patriot” zenit-raket kompleksləri üçün 90-a yaxın raket göndərib”.

Bu xəbərin orijinal mənbəyi öz mənbələrinə istinad edən “Axios”dur. Bildirilir ki, raketlər Polşaya çatdırılıb, oradan da Ukraynaya ötürülməsi nəzərdə tutulur. Və sonra əsas, ən yanlış ifadə gəlir: “Bu, 2022-ci ildə münaqişə başlayandan bəri İsraildən Kiyevə ən böyük silah tədarükü idi”.

Portalın məlumatına görə, İsrail Hərbi Hava Qüvvələri özünün hava hücumundan müdafiə sistemlərinin inkişafı fonunda köhnəldiyini nəzərə alaraq, 2024-cü ilin aprelində “Patriot” sistemini sıradan çıxarıb. Ukrayna hakimiyyəti raketlərin modernləşdirilməsi və Kiyevə təhvil verilməsi üçün ABŞ-a qaytarılmasını təklif edib, lakin İsrail Rusiyanın mümkün reaksiyasından ehtiyat edərək, bu qərarı təxirə salıb.

Bu mesajın məntiqindən nə çıxır? İsrail rəhbərliyinin xeyli fikirləşdikdən və şübhələndikdən sonra, son nəticədə Ukraynaya “Patriot” zenit-raket kompleksləri üçün 90-a yaxın raket göndərmək qərarına gəlməsi, əslində, belə deyil. İsrail öz silahlarını Ukraynaya ötürməyib. Ancaq İsrail ərazisində Amerika silahları və ABŞ sursatlarının Amerika anbarları var. 1990-cı illərin əvvəllərinə aid köhnə Amerika “Patriot” batareyaları İsraildə ordudan çıxarılıb.

Amerikalılar İsrailin razılığını almadan anbarlarını və avadanlıqlarını sərəncama verə bilərlər. İsrailin Baş naziri Benyamin Netanyahu bacardığı qədər məsələni uzatdı. Nəticədə amerikalılar Amerika raketlərini (köhnələrini) əvvəlcə Almaniyaya, sonra Rzeşova apardılar. İsrail Amerika silahlarının hərəkətinə təsir göstərə bilməz. Amma İsrail öz silahlarını nə Ukraynaya, nə də Rusiyaya verir.

Sonuncu cümlə kontekstin düzgün başa düşülməməsi səbəbindən yanlış nəticələr çıxarıldığı yöndəmsiz vəziyyətlərə düşməmək üçün, heç omasa, vurma cədvəlini öyrənməyin vacibliyi kimi bir şeydir. Təəssüf ki, belə hallar nadir deyil. Və bu yaxınlarda yerli media İsrailin hərbi əməliyyatlar zamanı “Hizbullah”dan ələ keçirdiyi Rusiya istehsalı silahları Ukraynaya təhvil verməyi təklif etdiyi barədə məlumatları yenidən dərc etdi.

Doğrudan da, bunu İsrail xarici işlər nazirinin müavini Şaren Haskel Ukraynanın İsraildəki səfiri Yevgeni Korniyçuk ilə görüşdə bildirib. “Kan 11” Ukrayna diplomatik missiyasının məlumatlarına istinad edərək, yazır ki, səfirin təklifə görə minnətdarlığını bildirib və hər iki ölkənin üzləşdiyi mövcud təhlükələrin qarşılıqlı tanınmasının vacibliyini vurğulayıb.

Belə görünürdü ki, İsrailin sözügedən silahları Ukraynaya təhvil verməsi bitmiş sövdələşmədir. Ancaq yenə də hər şey tamamilə fərqli oldu. Fakt budur ki, Şaren Haskel Ukraynanın İsraildəki səfiri ilə görüşdə səsləndirdiyi təklifi həyata keçirmək üçün kifayət qədər səlahiyyətə malik deyil. Nəticədə, İsrail hökumətində heç kim Ş.Haskelin təklifinə münasibət bildirmədi.

Bu da təəccüblü deyil. Axı İsrailin Baş nazir Benyamin Netanyahunun seçdiyi strateji kurs ondan ibarətdir ki, nə Ukrayna, nə də Rusiya üçün ciddi silah verilsin. Təl-Əviv bu münaqişədə bitərəf qalmağa üstünlük verir.

Bunu İsrailin Ukraynadakı səfiri Mixael Brodski də təsdiqləyib. O bildirib ki, hazırda Livanda ələ keçirilən Rusiya silahlarının Ukraynaya təhvil verilməsi ehtimalından söhbət getmir. O, “Azadlıq” radiosuna müsahibəsində qeyd edib ki, İsrail Ukraynanı dəstəkləyir və Rusiyanın təcavüzünü pisləyir. Bununla belə, Ukraynaya hərbi dəstəkdən söhbət getmir.

"Əsas nəzərə alınacaq məqam Rusiya ilə əlaqələrimizi pozmaq istəməməyimiz, təhlükəsizliyimizi riskə atmaq istəməməyimizdir, çünki biz başa düşürük ki, bu, İsrailin təhlükəsizliyi üçün çox ciddi nəticələrə gətirib çıxara bilər", - deyə səfir izah edib.

Belə. Heç bir “sensasiya” yox idi, çünki bunun sadəcə olaraq heç bir əsası yox idi. Sadəcə, yerli mətbuatda, o cümlədən xarici nəşrlərə istinadla dərc olunan xəbərlərin mahiyyətini başa düşmək lazımdır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:250
embedMənbə:https://ayna.az
archiveBu xəbər 04 Fevral 2025 10:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see545

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see406

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see298

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see293

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see287

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see279

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see269

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see268

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see256

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see247

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see235

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see228

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see221

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see201

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see192

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see185

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see184

Məktəbli geyimi, hicab və iqtisadiyyatın yeni rəqəmləri Həftənin əsas xəbərləri

17 Oktyabr 2026 13:33see183

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see174

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri