Icma.az
close
up
RU
Mövcud olmayan restoran necə birinci oldu?

Mövcud olmayan restoran necə birinci oldu?

Azpost saytından alınan məlumata görə, Icma.az bildirir.

İstirahət günlərində və axşam işdən çıxanda baş çəkdiyimiz yerlərdən biri də restoranlardır. Seçim edərkən yeməklərin dadı, xidmət keyfiyyəti və məkanın məşhurluğu bizim üçün əsas meyarlardır. Təsəvvür edin ki, hər kəsin təriflədiyi, sosial şəbəkələrdə paylaşdığı, menyusundakı qeyri-adi yeməklərlə ağız sulandıran, lakin 6 həftə əvvəldən rezervasiya edilmədən masa tapılmayan bir restorana rast gəlirsiniz. Şübhəsiz, bu məkan daha da maraqlı görünəcək və orada olmaq üçün can atacaqsınız. Bəs ya bu restoran ümumiyyətlə mövcud deyilsə?

Valyuta.az sizi Londonun bir vaxtlar “TripAdvisor”da birinci yerdə qərarlaşan, amma gerçəkdə heç vaxt mövcud olmayan restoranı – “The Shed at Dulwich”in inanılmaz hekayəsi ilə tanış edir.
2017-ci ildə britaniyalı jurnalist Oobah Batler əvvəllər restoranlara pul qarşılığında saxta rəy yazmaqla məşğul olurdu. Hər yazdığı rəydən cəmi 10 funt sterlinq qazanırdı. Lakin bu təcrübə onda bir ideya doğurdu: Əgər rəylər saxta ola bilirsə və insanlar buna inanırsa, restoranın özü də saxta ola bilər.

Batler bu fikrini reallaşdırmağa qərar verdi. O, evinin arxasındakı köhnə bir daxmanı “The Shed at Dulwich” adı ilə “TripAdvisor” platformasına “restoran” kimi yerləşdirdi. “Menyuda əhval-ruhiyyəyə uyğun yeməklər” təqdim olunurdu. Paylaşılan fotoşəkillərdə isə əsl yeməklər yox, müxtəlif məişət əşyaları, hətta ayağının dabanı vardı. O da “hisə verilmiş donuz budu” kimi təqdim olunurdu.

Beləliklə, restoranın ünvanı gizli saxlanılır, yalnız əvvəlcədən rezervasiya ilə qəbul edilir. Batler isə hər zəng edənə deyir ki, ən tez 6 həftədən sonra masa boşalacaq. Bu eksklüzivlik insanlar üçün daha da cazibədar olur. Hər kəs “The Shed” haqqında danışır, saxta müştəri rəyləri yazılır: “Nəhayət burada yer tapa bildim, şanslıyam!”, “Restoran yeməkləri yaradıcı və dadlı idi”, “Londonun ən sirli restoranı!”

Sadəcə bir neçə ay ərzində bu restoran 18 min real restoranı geridə qoyaraq “TripAdvisor”un Londonda birinci yerdəki restoranına çevrilir. Halbuki burada nə yemək, nə aşbaz, nə də xidmət var idi – sadəcə rəylər və təsəvvür.

“The Shed” artıq fenomenə çevrilir. Hətta bu restoran medianın marağını cəlb edir, böyük brendlər əməkdaşlıq təklifləri ilə müraciət edir, insanlar bu məkanda masa əldə etmək üçün yarışırlar. Batler isə qərara alır ki, bu uydurmanı bir gecəlik gerçəyə çevirsin.

O,10 dostunu evinə dəvət edib, mikro dalğalı sobada dondurulmuş hazır yeməklər hazırladı. Dostu musiqi ilə məşğul oldu, ortam yaratdı. Qonaqlar isə bu şouya inandı, yeməkləri təriflədilər. Heç kim yeməyin marketlərdən alındığı hazır qida olduğunu anlamadı. Batler bu anı belə izah edirdi: “İnsanlar mənim daban şəklimə baxaraq iştahlanırdılar.”

Batler sonradan bu təcrübəni “false reality”, yəni saxta reallıq adlandırdı. Onun yaratdığı bu eksperiment bir çox nüfuzlu media orqanlarının diqqətini çəkdi. “The Guardian”, “VICE”, “The Washington Post” kimi nəşrlər bu hadisəni həm gülməli, həm də düşündürücü adlandırdı. Batlerin videosu 33 milyon baxış topladı.

Onun mesajı sadə idi: “Əgər mən öz həyətimdə Londonun “ən yaxşı restoranı”nı qura bilirəmsə, demək ki, internetdə hər şey mümkündür”.

“The Shed at Dulwich” hadisəsi göstərdi ki, onlayn rəy və reytinq platformaları asanlıqla manipulyasiya edilə bilər. İstifadəçilər məzmunun doğruluğunu yoxlamadan hər şeyə inanmağa meyllidirlər. Eyni zamanda, insanlar üçün əlçatmazlıq dəyər yaradır. Batlerin layihəsi bir sosial eksperiment, media tənqidi və eyni zamanda qida sənayesindəki pretensiyalılığa qarşı ağıllı bir satira idi. Ən vacib nəticə isə budur ki, bəzən görünən, həqiqətdən daha inandırıcı olur.

AzPost.az

Paylaş

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:158
embedMənbə:https://azpost.info
archiveBu xəbər 26 May 2025 19:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see376

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see345

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see337

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see308

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see304

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see283

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see253

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see248

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see234

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see225

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see213

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see206

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see205

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see203

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see197

Təzyiqi aşağı salan 5 əsas qida

10 Noyabr 2026 03:03see195

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

10 Noyabr 2026 08:31see195

İrandan dünyaya nüvə mesajı: Buna hazırıq

10 Noyabr 2026 04:18see193

Evdə stress yaradan 5 şey

10 Noyabr 2026 01:03see181

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri