Icma.az
close
up
RU
Mövcud qlobal münaqişələr regionda sülh və sabitliyə təhlükə yaradır

Mövcud qlobal münaqişələr regionda sülh və sabitliyə təhlükə yaradır

Bizimyol saytına istinadən Icma.az xəbər verir.

Türkiyə Böyük Millət Məclisi İsrailin Suriyaya, xüsusilə Dəməşqə qarşı hücumlarını şiddətlə pisləyən və Suriya xalqına dəstək ifadə edən qətnamə qəbul edib. Sənədə aşağıdakı ifadələr daxildir: "İsrailin Suriyaya, o cümlədən Dəməşqə hücumlarını ən sərt şəkildə qınayırıq. Suriya xalqına dəstəyimizi bir daha bildiririk". Qətnamədə İsrailin Suriyanın ərazi bütövlüyünü pozduğu, BMT Nizamnaməsini və beynəlxalq hüququ pozduğu bildirilir.

Türkiyənin Atatürk Universiteti İqtisadiyyat və İdarəetmə fakültəsinin müəllimi, professor Kərəm Qarabulud Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Türkiyənin bütün Yaxın Şərqdə olduğu kimi İsrailin Dəməşqə hücumlarını pisləməsi və tənqid etməsi böyük əhəmiyyət kəsb edir.

Kərəm Qarabulud

“Türkiyə İslam dünyasının ən böyük və ən güclü ölkəsidir. Bölgədə çox az əhalisi və ərazisi olan İsrail ABŞ-ın dəstəyi ilə bütün qonşu ölkələrə, hətta qonşu olmayan ölkələrə də soxulub və hücum etməyə çalışır”-deyən professor qeyd edib ki, bu hücum beynəlxalq hüquqa, beynəlxalq münasibətlərə ziddir və insanların yaşamaq hüququna pozur.

“Əslində, beynəlxalq təşkilatlar belə hücumların qarşısını almalıdırlar. Təəssüf ki, beynəlxalq güclər ədalətsiz olaraq ABŞ və İsrailin tərəfindədirlər. Bu vəziyyət gələcəkdə beynəlxalq sülh və təhlükəsizliyə risk yaradır. Çünki haqsızlığa məruz qalan xalqlar fürsət tapdıqca, qisas almağa üstünlük verirlər. Başqa sözlə, İsrail beynəlxalq qan davasına səbəb olacaq mühit yaradır”-deyən Kərəm Qarabulud bildirib ki, İsrailin bu təcavüzü qarşısında ancaq Türkiyə kimi güclü dövlətlər təsirli tədbirlər görüb reaksiya verə bilər.

“Türkiyənin bu mandatı verməsi həm İsrailə xəbərdarlıq xarakteri daşıyır, həm də beynəlxalq təşkilatların və dövlətlərin diqqətini cəlb edir. Türkiyə həmçinin uzunmüddətli perspektivdə təhlükəsizliyinə təhlükə yarada biləcək hadisələtəf qarşı tədbir görür. Bu səbəblərdən Türkiyə Böyük Millət Məclisinin qərarı düzgün və məqsədəuyğundur”-deyə Kərəm Qarabulud vurğulayıb.

İradə Cəlil, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:177
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 19 İyul 2025 03:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see329

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see265

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see252

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see252

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see247

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see239

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see237

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see236

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see232

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see228

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see223

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see220

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see213

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see212

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see212

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see209

Əraqçi: İran ABŞ a Hörmüz boğazı ilə bağlı şərt qoyub

08 Noyabr 2026 22:06see195

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see189

Bir sıra avtomobil yollarında görünüş məsafəsi azalacaq

08 Noyabr 2026 22:13see188

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri