Icma.az
close
up
RU
Mövlud Çavuşoğlu: Azərbaycanın haqlı mübarizəsini müdafiə etmək hamımızın borcudur

Mövlud Çavuşoğlu: Azərbaycanın haqlı mübarizəsini müdafiə etmək hamımızın borcudur

Icma.az, Report.az saytına istinadən bildirir.

Azərbaycanın haqlı mübarizəsini müdafiə etmək hamımızın borcudur.

"Report" xəbər verir ki, bunu Türkiyənin sabiq xarici işlər naziri, Türkiyə Böyük Millət Məclisinin üzvü və NATO Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Mövlud Çavuşoğlu Beynəlxalq Demokratlar Birliyinin (UİD) Bakıda yerləşən Türk Ticarət Mərkəzində keçirilən iclasında çıxışı zamanı deyib.

O qeyd edib ki, 2020-ci ildə Azərbaycan Ordusu İlham Əliyevin liderliyində torpaqlarını işğaldan azad edib.

"Azərbaycanda sabah baş tutacaq Qərbi Azərbaycan İcmasının tədbirinə qatılmaq üçün gəlmişəm. Bu gün Prezident İlham Əliyev tərəfindən qəbul edilməkdən qürur duydum. Milli Məclis üzvləri ilə də görüşməkdən çox şad oldum. Bütün bunlar göstərir ki, biz xoş gündə də, dar gündə də birlikdəyik".

M.Çavuşoğlu daha sonra Azərbaycan-Ermənistan sülh danışıqlarından söz açaraq müsbət nəticələrin əldə ediləcəyinə inamını vurğulayıb:

"Müzakirələr davam edir və müsbət nəticələr əldə ediləcəyinə inanırıq. Ermənistanın Azərbaycanın xoş niyyətli təkliflərinə müsbət cavab verməlidir".

Millətvəkili yurd-yuvalarından didərgin düşmüş qərbi azərbaycanlıların da öz torpaqlarına qayıtmalı olduğunu qeyd edib:

"Bu gün Azərbaycanın işğaldan azad edilən ərazilərində üzləşilən problemlər arasında mədəniyyət abidələrinin dağıdılmış şəkildə olması və mina təhdidi kimi problemlər mövcuddur. Ancaq bərpa-quruculuq işləri də sürətlə həyata keçirilir və məcburi köçkünlər işğaldan azad olunmuş ərazilərə qayıdırlar. Qərbi azərbaycanlıların da qayıtmasına şərait yaradılmalıdır".

M.Çavuşoğlu Cənubi Qafqazın enerji baxımından rolunun artmasına da diqqət çəkib:

"Bölgənin enerji və digər bir sıra məsələlərlə bağlı rolu artır və bu da əməkdaşlıq imkanlarını daha da genişləndirir. UİD-in yarandığı gündən qət etdiyi yol olduqca təqdirəlayiqdir. Birlik olduğu yerlərdə türk icmaları üçün böyük işlər həyata keçirib, həmçinin azərbaycanlılarla üçün də xidmət göstərməyə səy göstərib. Hazırda diqqətdə olan məsələlərdən biri xaricdə yaşayan azərbaycanlılarının haqq və hüquqlarının müdafiə edilməsinə daha çox dəstək göstərməkdir ki, bu istiqamətdə UİD-nin işlərinin genişlənəcəyinə inanırıq".

Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı isə çıxışı zamanı Beynəlxalq Demokratlar Birliyinin Bakı bürosunun əhəmiyyətli işlər həyata keçirəcəyinə böyük inam bəslədiyini bildirib:

"Azərbaycanda aktiv şəkildə fəaliyyət göstərən və iş dünyasını təmsil edən Azərbaycan -Türk İş Adamları Birliyi və MÜSİAD Azərbaycanın da olduğu bir yerdə UİD Azərbaycanın Bakıda yeni bir komanda ilə fəaliyyətə başlaması mühüm addımdır. Türkiyənin Avropada təsis etdiyi bu təsisatın Bakıda da bürosunun fəaliyyət göstərməsi birliyimizi daha da gücləndirir və əməkdaşlığımızın inkişafına zəmin yaradır".

Bizim Telegram kanalımıza abunə olun

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:177
embedMənbə:https://report.az
archiveBu xəbər 04 Dekabr 2024 18:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see286

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see277

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see262

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see250

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see237

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see236

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see225

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see221

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see215

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see210

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see210

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see210

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see210

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see198

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see196

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see193

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see185

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see182

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri