Icma.az
close
up
RU
Mövlud Süleymanlı və simvolizm: Yel Əhmədin bəyliyi

Mövlud Süleymanlı və simvolizm: Yel Əhmədin bəyliyi

525.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Şahanə MÜŞFİQ

Fikirlərin şəffaf çatdırılması mümkünsüz olduğu məqamlarda və ya bədiilik baxımından yazıçıdan tələb olunan ruh ortaya qoyulduqda şərti-metaforik üslubun ağ kağızın ətrafında kölgə kimi fırlandığını görməmək qeyri-mümkündür. Şərti metaforizm müəyyən bir tarixi zamanı bütün reallıqları ilə ədəbiyyatda əks etdirmək məqsədi güdən yazıçının bədii mətnindəki zamanın təsvirində istifadə etdiyi üslub formasıdır.

Hər bir bədii nəsr nümunəsində reallıq bir şəkildə, yaxud təxəyyüldə proyeksiya olunan formanın çoxölçülü variantları kimi əks olunur. Yasaqlar və kodekslər sistemi nəzərə alınarsa, 70-ci illərdə yaradıcılığa başlayan Mövlud Süleymanlı nəsrində bu proses - xüsusilə, "Yel Əhmədin bəyliyi" povestində şərtilik, reallığın simvolikası (qeyri-dəqiqlikdən uzaq olan) gerçəkliyi maneəsiz və problemsiz şəkildə, hətta daha yaxşı halda - ədəbiyyatın estetik gücünü realizə olunmuş formada ortaya qoyaraq xarakterləşmiş biçimdə qabardıb.

Əsər klassik poeziya ənənələrindən yola çıxaraq tərki-dünyalıq fonunda qələmə alınıb. Əsərdəki ünvansızlıq metaformasını ehtiva edən zaman mifoloji anlam daşıyır və bu, bədii mətnin şifrəli təqdimatını səciyyələndirir. Əsərdə mifoloji zaman sürəkliliyi reallıqla vəhdət təşkil edir. Həqiqət elə bir üsulda təqdim edilir ki, oxucu kainatın hələ yaranmadığı, zaman qavramı mövcud olmadığı prosesdə həqiqətin varlığını düşünməyə vadar olur.

Əsərdə Nəsiminin "Dünya duracaq yer deyil, ey can, səfər eylə" kimi beytlərinin işləkliyi göstərir ki, Mövlud Süleymanlının tərki-dünyalıq ilə bağlı fikirləri İran tədqiqatçısı Həcər Hüseyninin "tərk olunmuşluğu seçirəm, bu, şairin nümunə göstərdiyi səxavətdən əlavə, içində yazmış olduğu şərtləri gücləndirir" - düşüncəsi ilə paralelləşir.

60-cı illər ədəbiyyatının bədii mətnlərində fərqli məqsədlərlə can tapan simvolizmlər ədəbiyyatın başlıca cizgisinə çevrilmişdir. Reallığa qovuşmaq bütün zamanlarda bədii təfəkkürün yaradıcı tərəfində dayanır. Gerçəklik təsvirinin simvolikləşməsi oxucu təfəkkürünü düşündürür və onu məna dəryasında üzdürür.

Əsərdə simvolik məna daşıyan məfhumlardan biri yel anlayışıdır. Dərvişvari həyat sürən obrazlar Azərbaycan ədəbiyyatında Ə.Haqverdiyev, N.Vəzirov yaradıcılıqlarında qismən duyulsa da, XX əsrin 60-cı illərində E.Əfəndiyev, 70-ci illərdə isə M.Süleymanlı yaradıcılığında tamamilə fərqli deyil, lakin orijinal məna çalarları ilə birlikdə rast gəlindi.

M.Süleymanlının bu povestində yazıçı zamanı mifoloji anlamda təsvir edərkən, uydurmaçılıqdan tamamilə qaçmış, mifoloji motivli əsər yaratsa da, bədii mətnin bütün strukturu gerçəkliyi əhatə edir. M.Kaşğari "Yel" sözünün cin, cin vurması, yenə həmin kökdən gələn "yelvi" məfhumunun isə ovsun, sehr anlamlarında işləndiyini qeyd edir. Povestin hər iki qəhrəmanı - Yel Həmid və oğlu yel Əhmədin adlarının əvvəlinə təyin olunan "yel" sözü müəyyən mənada sehrlə - miflə bağlıdır.

Digər tərəfdən Yel Həmid və Yel Əhmədin qadınlarının da adları ilə bağlı mifik cizgilərə sahib olması mifoloji motivli obrazların bir sistem kimi düzüldüyünü göstərir. Göründüyü kimi, əsərin əsas qəhrəmanı Əhməd olsa da, müəllif digər obrazları əsərdə köməkçi obrazdan çox, əsas qəhrəman qədər vacib obrazlar kimi təsvir edir - onları əsərin tam mərkəzində verməklə harmoniya yaradır. Məsələn, Yel Əhmədin ulu babaları "dan əppəyini Qaradağda, günortasını Aladağda yeyir".

Povestdə yel anlayışı zamansızlığın təsvirinə yardımçı olan anlayışlardandır. Belə ki, əsərdəki "yel" məfhumu bütün bunlarla birlikdə kütlə psixologiyasının açılmasına, bu psixologiya ilə fərd psixologiyasının müqayisəsinə yardım edir. Məlum olduğu kimi, Yel Əhməd, həmçinin onun atası Yel Həmid dərvişvari həyat sürürlər.

Əsərdə Yel şərti anlam daşıyır. Sabit yerdə qala bilməmək, diyar-diyar gəzmək ənənəsi bu nəslin xarakterinə çevrildiyi üçün adına yel nəsli deyirlər. Yel nəslinə aid bilgilər sufizm fəlsəfəsinə uyğun gəldiyi üçün, aydın olur ki, hər iki obrazın həyat tərzi sufilərin həyat şəraitlərinə meyillidir. Sufilər haqqında "su üstündə getsələr də, suda batmırlar" deyimini müəllif Yel nəslinin nümayəndələrinə də aid etmişdir. Məsələn, Yel Həmid odla oynayırdı, qaynar suda üzünü yuyurdu və s. Bütün bunlar "ünvansızlıq" metaforasının təsviridir.

Əsərdə mif bədii mətnin içərisində cücərir, şaxələnir, Yel Həmid, bir üzü ağlayan, bir üzü gülən həyat yoldaşı, oğlu Yel Əhməd və onun da qadını Sarıca, həmçinin, Yel tayfasında yenicə doğulan oğlan uşaqlarının ayaqlarının altına kəpənək tozu sürtən qarısı geniş bədii təsvir mühitində dövr edir.

Əsərdə ünvansızlıq metaforası əsərin yol anlayışı vektorunda daha sabit formada istiqamətlənir. Belə ki, Həmid və Əhmədin yaşadıqları zaman fərqli olsa da, hər ikisinin xarakterində yol arzulamaq istəyi məhz ünvansızlıq metaforasının ümumfəlsəfi planda təsviridir.

Dərvişvari həyat sürən bu nəslin təsviri bədii mətndə zamansızlığın hüdudlarındadır. Buna görə də əsər daxilində dərviş obrazının bu transformasiyasının şahidi oluruq. Yel Həmidin babaları üzlərini kösövlə qırxardılar. Yel Həmid isə bir tərəfdən "mən qırxa bilmirəm, üzüm yanır", - desə də, digər tərəfdən hələ ulu əcdadlarından qalma qəzəlləri oxuyur. Bu səbəbdən bütün Azan camaatı Həmidə "dərviş", adına söz qoşan kənd camaatı isə "cinni" deyir.

Yel Əhməd isə Yel nəsli ilə əlaqələrin qırılma nöqtəsində dayanır. Yel Əhməddə dərvişvari həyatdan əsər-əlamət yoxdur. Belə ki, Əhməd maddi marağa meyilli obrazdır. Onun kəndə yüksək məbləğdə pulla gəlməsi, bundan sonra atasının adına mahnı qoşan həmkəndlilərin ona böyük hörmət bəsləmələri, pul xəbərini duyan Məzə Möyləni hıçqırıq tutması və bu kimi səhnələr əsərdə Yel Əhmədin "yelliyinin" olmamasından xəbər verir. Hətta kəndin bilmədiyi çox işləri bildiyi üçün Əhmədin qaçacağına inanmayan və hıçqıra-hıçqıra: "Pulu var onun, pulun qoyub getməz", -deyən Məzə Möylənin sözlərindən bütün bu deyilənlər öz təsdiqini tapır.

Yel Həmidin Aranda dərviş kimi tanınması, lakin öz kənd sakinlərinin onu gülüş hədəfinə çevirmələri bədii mətnin arxaik köklərlə bağlanması vəzifəsini həyata keçirmək məqsədilə verilmiş hissədir.

Həmidin bütün bunlara dözməyərək dünyadan köçməsi, kənd camaatının bundan sonra onun oğlu Yel Əhmədə nağıllar qoşması, Məzə Möylənin onun ailəsinə qarşı olan kininin təsviri ilə müəllif fərd psixologiyası və kütlə psixologiyasını qarşı-qarşıya gətirib.

Mövlud Süleymanlı əsərdə ad və rəng simvolikasından da geniş şəkildə istifadə edib. Belə ki, demək olar, əsərdəki bir çox obrazın xarakteristikası adıyla bütünləşir. Məsələn, Məzə Möylə, Ağ Molla, Qara Qazı, ərəbcədə eyni kökdən yaranan Həmid və Əhməd adları, həmçinin Sarıca Sarıqızı.

Povestdə diqqəti çəkən məsələlərdən biri də kəpənək arxetipinin Yel tayfasının adı ilə olan bağlılığıdır. Belə ki, bu tayfanın tarixi, yaranması, adlarına nə üçün yel dedikləri məhz kəpənək bağı qurulduqda üzə çıxır. Qeyd edək ki, kəpənək mifoloji fiqurundan ədəbiyyatın müxtəlif dövrlərində, xüsusilə, XX əsr Azərbaycan ədəbiyyatında, bundan başqa, incəsənətin müxtəlif sahələrində istifadə olunmuşdur. Sözügedən arxetipi araşdıran tədqiqatçıların fikrincə, Şərq və Qərb ədəbiyyatında mifopoetik fiqur kimi kəpənək ölümsüzlüyü simvolizə edir. Şamanizmdə isə kəpənək simvolunun anlamı onun rənginə görə dəyişərək, xəstəlik, saf ruh və sair şəkildə mənalandırıla bilər.

Türk tədqiqatçılarından olan Yaşar Kalafat 2013-cü ildə yazdığı Türk kültürü haqqında heyvanlarla bağlı inancları ilə bağlı araşdırmasında xalq təfəkküründə sabitlənmiş inancları tədqiq edərkən belə bir qənaətə gəlib ki, Bolqarıstan və Anadolu türklərində xoşbəxt ruhların bədəni kəpənək olaraq tərk etməsinə inanılır, bu kəpənəklə bağlı "xalq təfəkküründə yer almış inanclardandır". Deməli, kəpənək mifopoetik fiquru kültür müxtəlifliyindən fərqli anlamlar doğurur.

"Yel Əhmədin bəyliyi" povestində şərti olaraq mənalandırılan kəpənək simvolundan istifadə göydəndüşmə təxəyyül məhsulu olmayıb, folklora-mifologiyaya söykənir. Bununla yazıçı, əslində, fəlsəfi düşüncəyə əsaslanan dünyagörüş məsələsindən ziyadə, daha artıq bir funksiyanı gerçəkliyə emosional mövqedə dayanan dünyaduyum məsələsini oxucuda formalaşdırmaq niyyəti güdür.

Kəpənək fiqurunun əsərə gətirilməsi yel Həmid və ulu babalarının, bütövlükdə, bu nəslin taleyinin kəpənəklə bağlılığının çox qədim olmasına işarə edir. Məsələn, Yel Həmidin sürətli yerişi, atın onu görəndə hürkməsi və bunun kimi bir neçə detal həmin obrazın əsərdəki yerini oxucuya təqdim edir, qəhrəmanın mahiyyətini geniş biçimdə izah etmiş olur. 

Kəpənək mifik obraz kimi ölümsüzlük, yenidəndoğulma kimi anlamların əsərə fərqli libasda transformasiyasıdır. Yel Əhmədin tayfasının əsas cizgisinə çevrilən kəpənək bu nəslin müxtəlif dövrləri arasında körpü rolunu oynayır. Onun dünəni ilə bu günü arasında əlaqə qurur. Yel Əhməd ulu babalarının və atasının müasir dövrə transformasiyasıdır. Əlbəttə, yuxarıda qeyd etdiyimiz kimi, Yel Əhmədin ulu babalarından, eləcə də atasından fərqli olaraq maddi maraqları var. Lakin bütün bunlarla birlikdə hələ də, atalarından qalma qəzəlləri zümzümə edirsə, deməli, nə qədər müasir dövrdə yaşasa da, yel nəslinin adətlərindən uzaqlaşmayıb.

Yel Əhmədin ulu babalarının adətinə uyğun olaraq, Arana tərəf yox, onun əksi istiqamətinə doğru yol alması, dəmiryol tikintisində işləməsi ilə başlanan dəyişimi reallığın şərti üslubda mükəmməl təqdimidir. Belə ki, qəhrəmanın dəmiryol tikintisində işə başlaması tarixi reallıq olan dəmir yolunun çəkilməsinə işarədir.

Beləliklə, Yel Əhmədin yolunun dəyişməsi, dərvişvari həyatın, ruhlar aləmiylə olan bağlılığın nəticələnməsidir ki, özünü faytonlu zamanla əvəz edir. Və nəhayət, Məzə Möylənin: "Bu o getməkdən döyül", - fikri bütün bu deyilənləri təsdiq edir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:109
embedMənbə:https://525.az
archiveBu xəbər 27 Oktyabr 2025 18:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see241

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see229

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see229

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see198

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see183

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see163

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see163

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see154

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see154

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see153

Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? RƏSMİ

24 Yanvar 2026 18:04see151

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see150

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see147

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see144

Azərbaycanda daha 5 audit şirkətinə lisenziya verilib

24 Yanvar 2026 18:13see143

Məşhur müğənni xərçəngə qalib gəldi FOTOLAR

24 Yanvar 2026 21:00see139

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see136

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see135

A Seriyası: Komo Torino nu meydana çıxdığına peşman etdi

25 Yanvar 2026 02:48see135

Tramp ABŞ nin gizli silahının adını açıqladı Maduro ələ keçirilərkən istifadə olunub

24 Yanvar 2026 23:33see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri