Icma.az
close
up
RU
Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

Icma.az, Milli.az saytına istinadən bildirir.

Qış aylarının gəlişi ilə birlikdə tənəffüs yolları infeksiyalarında, xüsusilə mövsümi qrip hallarında ciddi artım müşahidə olunur.

Milli.Az xəbər verir ki, qulaq, burun və boğaz mütəxəssisi, dosent İsmayıl Öndər Uysal bildirib ki, sadə, lakin düzgün tədbirlərlə qripə yoluxma riskini əhəmiyyətli dərəcədə azaltmaq mümkündür.

Mütəxəssis qeyd edib ki, qrip əksər hallarda yüngül keçsə də, yüksək hərarət, əzələ ağrıları, öskürək və güclü halsızlıq gündəlik həyata ciddi təsir göstərə bilər. Xüsusilə risk qrupuna daxil olan şəxslərdə xəstəlik pnevmoniya kimi ağır fəsadlara yol aça bilər.

Dosent Uysal vurğulayıb ki, mövsümi qripə qarşı ən təsirli tədbir peyvənddir. Ümumdünya Səhiyyə Təşkilatı və Səhiyyə Nazirliyi tərəfindən hər il yenilənən peyvənd yoluxma riskini 40-60 faiz, ağır xəstəlik və xəstəxanaya yerləşdirmə riskini isə 70-90 faiz azaldır. Peyvənd xüsusilə 65 yaşdan yuxarı şəxslər, xroniki xəstəliyi olanlar, immun sistemi zəif olanlar, səhiyyə işçiləri, uşaqlar və hamilə qadınlar üçün tövsiyə olunur.

Qrip virusunun təmas yolu ilə asan yayıldığını xatırladan mütəxəssis, əllərin ən azı 20 saniyə sabun və su ilə yuyulmasının və ya 70 faiz spirt tərkibli dezinfeksiyaedici vasitələrdən istifadənin yoluxma riskini azaltdığını bildirib. İzdihamlı və zəif havalandırılan qapalı məkanlarda maska taxılması da qoruyucu hesab olunur.

Güclü immunitetin xəstəliklərdən qorunmada əsas rol oynadığı vurğulanıb. Balanslı qidalanma, kifayət qədər yuxu, siqaret və alkoqoldan uzaq durmaq, məkanların tez-tez havalandırılması və həkim məsləhəti ilə D vitamini qəbulu tövsiyə edilir.

Qrip əlamətləri başladıqda ən azı 24-48 saat işdən və məktəbdən uzaq qalmaq vacib sayılır. Mütəxəssislər bunun həm şəxsi, həm də ictimai sağlamlıq baxımından mühüm olduğunu bildirirlər.

Qeyd olunur ki, qrip zamanı burun tutulması sinusitə, qulaq yollarındakı problemlər isə orta qulaq infeksiyasına səbəb ola bilər və müalicə mütləq həkim nəzarəti altında aparılmalıdır.

Fidan
Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:274
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 23 Dekabr 2025 06:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see383

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see255

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see249

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see246

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see245

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see245

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see242

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see239

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see238

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see238

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see230

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see223

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see220

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see220

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see219

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see219

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see218

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see218

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see217

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see213
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri