Mozambikdə Şido qasırğası nəticəsində ölənlərin sayı 94ə çatıb
Icma.az, Bakivaxti portalına istinadən məlumat verir.
Mozambikdə "Şido" qasırğası nəticəsində ölənlərin sayı 94-ə çatıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə AFP məlumat yayıb.
Bildirilir ki, dekabrın 15-dən 19-dək Mozambikdə qasırğa 110 mindən çox yaşayış binasını dağıdıb.
Bundan əvvəl Kabo Delqado, Nyasa, Nampula, Tete və Sofala əyalətlərində 500-dən çox yaralı və 329 min qaçqın olduğu bildirilirdi.
Xatırladaq ki, dekabrın 7-8-də Hind okeanının cənub-şərq hissəsində yaranan qasırğa Afrika sahillərinə doğru hərəkət etməyə başlayıb. Mayot adasında qasırğa səbəbindən 30-dan çox adam həlak olub. Dekabrın 23-ü adada matəm günü elan edilib.
Mozambikdən qərbə doğru hərəkət edən qasırğa Zimbabve və Malavidə də fəsadlar törədib.

“Şido” qasırğası: Ölənlərin sayı 14ə çatıb
15 Dekabr 2024 18:10
Mayottada “Şido” qasırğası nəticəsində ölənlərin sayı 30 nəfəri ötüb
18 Dekabr 2024 21:55
Mozambikdə qasırğa nəticəsində ölənlərin sayı 120 nəfərə çatıb Xəbər saytı Son xəbərlər və Hadisələr
23 Dekabr 2024 23:23
Mayottada “Şido” qasırğasında ölənlərin sayı 14ə çatıb AzPolitika onlayn siyasiictimai qəzet
15 Dekabr 2024 18:04
Tailandda daşqın nəticəsində ölənlərin sayı 29a çatıb
04 Dekabr 2024 18:40

