Icma.az
close
up
RU
MSK nın tərkibi dəyişdirilir TƏFSİLAT

MSK nın tərkibi dəyişdirilir TƏFSİLAT

Icma.az xəbər verir, Olke.az saytına əsaslanaraq.

Sonuncu parlament seçkilərindən sonra Mərkəzi Seçki Komissiyası, dairə və məntəqə seçki komissiyaları yenidən formalaşdırılmayıb. Qanunun tələbinə görə, parlamentin yeni tərkibinə uyğun seçki komissiyaları bu ilin aprelində formalaşdırılacaq.

Qeyd edək ki, 2024-cü il sentyabrın 1-də seçilmiş Milli Məclisdə 11 partiya təmsil olunur. Yeni Azərbaycan Partiyasının 67, Vətəndaş Həmrəyliyi Partiyasının 3, Ədalət, Hüquq, Demokratiya Partiyasının 2, Böyük Azərbaycan Partiyası, Respublikaçı Alternativ Partiyası, Demokratik İslahatlar Partiyası, Böyük Quruluş Partiyası, Azərbaycan Milli İstiqlal Partiyası, Ana Vətən Partiyası, Milli Cəbhə Partiyası, Azərbaycan Demokratik Maarifçilik Partiyasının 1 mandatı var. YAP-ın deputatı Ramil Həsənlinin başqa vəzifəyə keçməsinə görə mandatına xitam verildiyi üçün deputat mandatının sayı 68-dən 67-yə düşüb. Partiyasız şəxslər isə 44 mandata sahibdir. Qanuna görə, MSK-da 6 yeri parlamentdəki çoxluqda olan partiyanın, 6 yeri azlıqda olan partiyaların, 6 yeri partiyasız deputatların təqdim etdiyi nümayəndələr tutur. Üzvləri Milli Məclis seçir.

Hazırda MSK-da Yeni Azərbaycan Partiyasının nümayəndələri Məzahir Pənahov (sədr), Rövzət Qasımov (sədr müavini), Şaitdin Əliyev, Ramiz İbrahimov, Validə Kazımova və Hüseyn Paşayev, azlıq partiyalarının nümayəndələri Mikayıl Rəhimov (katib), Bəxşeyiş Əsgərov, Tofiq Həsənov, Almas Qəhrəmanlı, Etibar Quliyev və İlkin Şahbazov, partiyasız deputatların nümayəndələri Arifə Muxtarova (katib), Fuad Cavadov, İlham Məmmədov, Nizami Nadirxanlı, Qabil Orucov və Nailə Əsgərovadır. Məzahir Pənahov MSK-ya 2000-ci ildən sədrlik edir.

"Ölkə.az" Musavat.com-a istinadla xəbər verir ki, aprel ayında formalaşdırılacaq seçki komissiyalarında 1 sentyabr seçkilərində parlament təmsilçliyi qazanan Milli İstiqlal Partiyası və Böyük Azərbaycan Partiyasının da nümayəndələri təmsil olunacaq. MSK-nın tərkibində dəyişikliklər olacaq. Hazırkı üzvlərin bəziləri, xüsusilə YAP-ı və bitərəfləri təmsil edənlərin əksəriyyəti bu dəfə MSK üzvlüyünə təqdim edilməyəcək və onların əvəzinə yeni şəxslər təqdim ediləcək. Parlamentdə yeni təmsilçilik qazanan iki partiyadan biri olan AMİP-in MSK-da təmsil olunacağı da daxil olan xəbərdə qeyd edilir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:177
embedMənbə:https://olke.az
archiveBu xəbər 08 Yanvar 2026 21:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Unudulmaz media xadimi

25 Avqust 2026 11:50see438

Sabah , yoxsa Hapoel ?

25 Avqust 2026 12:14see380

Bakı “Fly to Baku. Art Weekend. Sense the Future NOW” festivalına ev sahibliyi edəcək

25 Avqust 2026 12:32see266

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2026 cı ilin sentyabr ayında vətəndaşların qəbulu CƏDVƏLİ

25 Avqust 2026 18:07see249

Qol vurdu, “ən yaxşı” oldu

25 Avqust 2026 22:16see240

Nəsli kəsilməkdə olan növlərin qorunmasını ləğv etdi

26 Avqust 2026 01:38see234

Fransa Ukraynaya qoşun göndərir

25 Avqust 2026 13:51see226

“Zirə”dən güclü olduğumuzu göstərmək istəyirik”

26 Avqust 2026 01:47see222

“TikTok”da Azərbaycanı təhqir etdi: “Köləmiz olacaqsız”

25 Avqust 2026 09:09see219

DSMF 7 ayda 267 mindən çox vətəndaş müraciətini cavablandırıb

25 Avqust 2026 10:35see198

İrəvan KTMT dən çıxsa, həssas vəziyyətə düşəcək

26 Avqust 2026 09:11see196

“Qayıtmaq yalnız evə dönmək deyil: Qarabağda yenidən qurulan həyat“

25 Avqust 2026 22:22see192

Azərbaycanın müəllimlər məbədi yeni yüzillikdə

25 Avqust 2026 11:46see185

Birinci vitse prezident Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib

26 Avqust 2026 16:22see184

ABŞ nin sanksiyaları iqtisadi terrorizmdi SƏFİR

26 Avqust 2026 22:40see181

Yaponiyada ayı xarici turistə hücum ETDİ

25 Avqust 2026 19:53see180

Mehriban Əliyeva Bakıda incəsənət məktəbinin AÇILIŞINDA

26 Avqust 2026 16:25see179

Məktəbə hazırlıq təkcə geyim, çanta, dəftər deyil: Psixoloqdan valideynlərə məsləhətlər

26 Avqust 2026 20:02see175

Bakıda SALAM Beynəlxalq Kino Festivalının ikinci günü: çəkilişlər və səmimi söhbət (Foto)

26 Avqust 2026 16:51see164

E vitamini ilə zəngin 5 məhsul

27 Avqust 2026 05:09see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri