Icma.az
close
up
RU
MTK dan narazılıq: İdman zalına görə uşaqların əyləncə avadanlığı sındı

MTK dan narazılıq: İdman zalına görə uşaqların əyləncə avadanlığı sındı

Oxu.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Yasamal rayonu, 593-cü məhəllə, Həsənbəy Zərdabi prospekti, 72 ünvanında yerləşən "Elit" və "3 Tac" yaşayış komplekslərinin sakinləri binanın meydançasının altında idman zalının yaradılması zamanı görülən işlərdən narazıdırlar.

Oxu.Az-a müraciət edən sakinlər bildirirlər ki, idman kompleksi yaratmaq üçün meydança betonlanmaq üzrədir, bu isə binaya əlavə ağırlıq yaradacaq.

Onların sözlərinə görə, bu işlər görülən zaman sakinlərin şəxsi vəsaiti hesabına alınmış masa, stullar, işıqlandırma avadanlıqları, uşaq əyləncə zonası üçün yelləncək və s. zərər görüb:

"Təxminən iki-üç ay əvvəl mənzil-tikinti kooperativi (MTK) tərəfindən bir həftəlik icazə alınaraq, sakinlərin şəxsi vəsaiti hesabına qurulmuş masa və stullar, uşaq əyləncə zonası (sürüşkən və yelləncək), eləcə də işıqlandırma avadanlıqları yerindən çıxarılaraq bir kənara qoyuldu. Sonradan həmin avadanlıqlar yenidən yerinə bərkidilmədiyi üçün küləkli havada uşaq əyləncə zonasının avadanlıqları, masa və stullar aşaraq zədələnib. Narahatlıq doğuran məsələ isə uşaq əyləncə zonasının yaxınlığında yerləşdirilməsi planlaşdırılan idman zalının kondisionerlərinin havalandırma qurğularıdır.

Eyni zamanda, həmin idman zalından birbaşa meydançaya keçid də açılıb. Bildirilir ki, bu keçid sakinlərin zala rahat keçidi üçün nəzərdə tutulub. Lakin bu yolla kənar şəxslərin də həyətə daxil ola biləcəyi ehtimalı bizi ciddi şəkildə narahat edir".

Sözügedən yaşayış komplekslərinin komendantlığından Oxu.Az-a bildirilib ki, meydançanın betonlanması bina üçün hər hansı təhlükə yaratmır:

"Hazırda ərazidə izolyasiya işləri görülür. Həmin meydançanın aşağısında idman zalı hazırlanır. Meydançada görülən işlərdə sakinlərin narahatlığına heç bir əsas yoxdur. Əksinə, görülən işlər sakinlərin xeyri üçündür. Meydançanın altını zirzəmi adlandırmaq olar, binanın iki-üç mərtəbəli zirzəmisi var. Həmin zirzəmi hissəsində tədris mərkəzləri, idman zalı və s. yaradılır. Bunlar sakinlərin xeyrinədir. Sözügedən işlərin hər biri də binanın tikintisi zamanı hazırlanan layihə əsasında aparılır. Layihə işləri davam etdirilir. Meydançaya açılan keçid isə sakinlərin hərəkətini asanlaşdırmaq üçündür".

O, sakinlərin vəsaiti hesabına meydançaya qoyulan ləvazimatların zərər görməsinə də aydınlıq gətirib.

"Biz meydançada iş görəndə qoyulan avadanlıqları səliqəli şəkildə kənara qoyduq. Hava şəraitinin qeyri-sabit keçməsi ilə əlaqədar işlərimizi görə bilmədik, yubanmalar oldu. Külək kənara qoyduğumuz bu avadanlıqların bir hissəsinin sınmasına səbəb olub. Sakinlərin vəsaiti hesabına alınan bu avadanlıqlar zərər gördüyü üçün şirkət tərəfindən bildirilib ki, hər bir avadanlıq yenisi ilə əvəz ediləcək, dəyən zərər qarşılanacaq".

Aygün Mirakif

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:152
embedMənbə:https://oxu.az
archiveBu xəbər 01 May 2025 17:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see214

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see198

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see184

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see157

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see157

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see156

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see155

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see150

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see150

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see144

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see140

Binəqədi sakinlərindən ETİRAZ: “Prezidentə necə çatdıraq ki, icra hakimiyyəti işləmir” Şikayətçi (FOTOLAR)

23 Dekabr 2025 11:50see136

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see135

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see134

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see134

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see131

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see130

“Yaxınlaşıb dedi ki, ərim səni sevir”

24 Dekabr 2025 00:44see130

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

24 Dekabr 2025 19:20see128

“Erməni kilsəsi milli siyasi manipulyasiya mərkəzi olub”

23 Dekabr 2025 10:11see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri