Yevlaxda “Zəfər nəsli” festivalında idman və əyləncə bir arada FOTO
Icma.az bildirir, Idman.biz portalına istinadən.
Yevlax şəhərində Gənclər və İdman Nazirliyi və Yevlax Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Zəfər nəsli” uşaq və gənclər festivalı keçirilib.
İdman.Biz xəbər verir ki, bu barədə Gənclər və İdman Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Gənclər və idman naziri Fərid Qayıbov və Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı Anar Tağıyev festivalın ərazisindəki zonalar və stendlərlə tanış olub, gənclərlə görüşüblər.
Festival 3000-ə yaxın uşaq, gənc və şəhər sakinini bir araya gətirib. Tədbir çərçivəsində zəka, yaradıcılıq, uşaq və gənclər evləri, vətənpərvərlik, sosial təşəbbüslər, idman və əyləncə zonaları fəaliyyət göstərib. İştirakçılar intellektual oyunlar, sorğular, viktorinalar, məntiq yarışları, yaradıcılıq məşğələləri, ustad dərsləri, komanda yarışları və müxtəlif interaktiv fəaliyyətlərə qoşulublar.
Festivalın səhnə proqramında uşaq yaradıcılıq kollektivlərinin çıxışları, gənc istedadların musiqi və rəqs nömrələri, interaktiv oyunlar və viktorinalar yer alıb.
Proqram Mərdan Kazımovun konserti və DJ performansı ilə davam edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:56
Bu xəbər 21 Noyabr 2026 16:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















