Icma.az
close
up
RU
MTK lar məmurları da öz arxalarına alaraq sakinlərə problem yaratmamlıdır NAQİF HƏMZƏYEV

MTK lar məmurları da öz arxalarına alaraq sakinlərə problem yaratmamlıdır NAQİF HƏMZƏYEV

Icma.az, Gununsesi portalına istinadən məlumat verir.

Zaman-zaman ölkə gündəminə çevrilən bir məsələ də, təəssüf ki, problemli mülk məsələləridir.

Daha dəqiq, tikinti şirkətləri ilə mülk sahibləri arasında baş verən anlaşılmazlıqlar həllini tapmamaqda davam edir.

Tikinti şirkətləri sakinlərlə razılığa gəlmədikləri halda, sözün əsl mənasında onların yaşadıqları evi başlarına uçururlar. 

Əvvəllər, məsələn, ev yiyəsi evinə gələndə hər şeyi dağılmış halda görsə də, indi buna da ehtiyac yoxdur. Artıq ev sakinləri evdə olduqları halda da söküntü işləri apara bilirlər.

Yasamal rayonunda Mellisa Groupun həyat keçirdiyi iş də bu qəbildəndir. 

Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü Naqif Həmzəyev Gununsesi.info-ya  bildirib ki, hazırda MTK-lar və sakinlər arasında narazılıqlar, ciddi problemlər var:

“Əsas səbəblərindən biri budur ki, bəzi MTK-lar kifayət qədər vəsaitləri olmadığı halda hansısa ərazidə bina tikmək cəhdi göstərir, vətəndaşlara heç bir vəsait ödəmədən ərazidə bina tikmək, həmin vətəndaşları tikiləcək yeni binada mənzillərlə təmin etmək öhdəliyini götürürlər”.

Onun sözlərinə görə, bina tikiləcəyi müddət ərzində onların kirayə xərclərini ödəyəcəklərini deyirlər.

“MTK-lar tikinti prosesində ciddi maliyyə problemləri ilə üzləşirlər. Nəticədə sökdükləri binanı vaxtında tikib təhvil verə bilmirlər. Belə olan halda isə sakinlər uzun müddət kirayə qalmağa məcbur olurlar. Bu müddət ərzində həm sakinlərin kirayə pulunu ödəmək, həm də onları razı salmaq ciddi problemə çevrilir.Burada da hər iki tərəf arasında narazılıq yaranır. Bəzən MTK-lar hansı ərazidə bina tikmək istəyirlərsə, orada bir neçə sakinin razılığını alsalar da, digərləri ilə razılaşa bilmirlər, çünki ödəniləcək məbləğ, veriləcək evin kvadratı sakinləri qane etmir. Hər iki tərəfin haqlı olduğu məsələlər var”.

Naqif Həmzəyev bildirir ki, bəzi sakinlər bəzən kiçik kvadratlı evlərdə çox sayda sakin qeydiyyata salır və onlar daha çox vəsait əldə etmək istəyirlər. MTK isə standart qaydalar çərçivəsində həmin sakinlərə ödəniş edirlər. Bu baxımdan bir ərazidə 50 evdən 40-ı ilə razılıq əldə olunsa da, 10 evi razı salmaları mümkün olmur.

Deputat bildirir ki, bu problemlərin həllinə dair konkret qaydalar müəyyənləşdirilməlidir:

“İlk növbədə MTK-lar maksimum dərəcədə çalışmalıdırlar ki, sakinləri razı salsınlar. İkincisi, kirayə evlərin pulunun ödənişi müqaviləyə əsasən iki ildirsə, əvvəlcədən tam olaraq məbləğ iki illik ödənilməlidir. Hər ay ödəniş məsələsi dayandırılmalıdır. Onlar MTK ofislərinin qarşısında bəzən üç-dörd gün vaxt keçirirlər ki, aylıq ödənişi ala bilsinlər. Bir müddət sonra ev sahibləri kirayəçiləri evdən çıxarırlar. Sonra da kirayə mənzil tapmaq çətin olur. Çünki mütəmadi olaraq kirayə qiymətləri bahalaşır”.

Deputat son olaraq qaraj məsələsinə də toxunub:

“Bəzi sakinlərin qarajları var, onlar köhnə evlərində avtomobillərini park etməklə bağlı heç bir problem yaşamırlar. Ancaq yeni binalar tikilən zaman vətəndaşların məhz qarajlarla təmin edilməsi məsələsində də çox ciddi narazılıq yaranır. MTK-lar binanın zirzəmisini sakinlərə vermirlər, hətta bəzən ev qiymətinə satmağa cəhd edirlər. Nəticədə, sakinlərlə yanaşı şəhərdə də parklanma ilə bağlı əlavə problemlər ortaya çıxır. MTK-lar binada mənzil satırlarsa, mütləq həmin mənzili ən az bir avtomobil saxlamaq üçün qarajla təmin etməlidirlər. MTK-lar məmurları da öz arxalarına alaraq sakinlərə problem yaşatmamalıdırlar”.

Xatırladaq ki, Yasamal rayonu, Birinci Alatava massivi , Abdulvahab Salamzadə küçəsi 118B ünvanında sakinlər içəridə ola-ola söküntü işləri aparıb.

Söküntü zamanı yaşayış olan evlər ekskavator vasitəsilə dağıdılıb. Hadisə nəticəsində ev sakinlərindən xəsarət alanlar olub. Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin yaydığı məlumata görə, söküntü işləri müvafiq icazə olmadan aparılıb:

“Aparılan işlər vətəndaşlarla tam razılıq əldə edilmədən və mövcud qanunvericiliyin tələblərinə zidd aparıldığı üçün Baş İdarə tərəfindən aidiyyəti qurumlarla birlikdə dayandırılıb və aktlaşdırılıb. Qanunsuz işlər zamanı vətəndaşların mülklərinə dəymiş ziyanla bağlı müvafiq araşdırma aparılması üçün materiallar hüquq-mühafizə orqanlarına təqdim ediləcək”. Faktla bağlı söküntü işləri aparan şirkətin iş icraçısı və ekskavator sürücüsü saxlanılıb, cinayət işi açılıb.

Afət

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:133
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 28 Mart 2025 11:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see283

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see217

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see206

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see191

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see181

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see168

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see162

Yolka ağacları artıq dronlar və süni intellekt vasitəsilə yetişdirilir...

31 Dekabr 2025 04:27see161

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see157

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see157

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see154

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see154

“Tam səmimi deyəcəm: o vaxtdan bəri yalnız bir dəfə zəngləşmişik” Elvin Cəfərquliyevin ilk məşqçisi

31 Dekabr 2025 16:17see149

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see148

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see148

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see146

2025 ci ildə dünyanın ən varlı insanlarının sərvəti 2,2 trilyon dollar artıb

31 Dekabr 2025 17:21see144

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see143

Rusiya və ABŞ arasında: Avropadakı investorlar qeyri sabitlik ilinə hazırlaşmalıdır FT

31 Dekabr 2025 17:38see140

Yuventus italiyalı ulduzunu geri qaytarmaq istəyir

31 Dekabr 2025 17:38see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri